Seymur Əliyev/AZADİNFORM. Türkiyənin “Qalatasaray” futbol klubu növbəti transferini reallaşdırıb. “Azadinform” klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, “Qalatasaray”  “Trazbonspor”un yarımmüdafiəçisi Selcuk İnanın transferi ilə bağlı razılıq əldə edib.

Seymur Əliyev/AZADİNFORM. Mayın 27-29-da  Dağıstanın Şamil rayonunda  sərbəst güləş üzrə yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək. Yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Vahid Məmmədov, məşqçilər Əsgərxan Novruzov və Elşad Abdullayevin rəhbərliyi altında 14 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Bu barədə məlumatı “Azadinform”a Güləş Federasiyasından veriblər.

Seymur Əliyev/AZADİNFORM. Sabah Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun I mərhələsi start götürəcək. Nüfuzlu yarışda Azərbaycanı ilk dəfə 4 avarçəkən təmsil edəcək. Bu barədə məlumatı “Azadinform”a Milli Avarçəkmə Federasiyasından veriblər.

Seymur Əliyev/AZADİNFORM. Mayın 31-də, saat 18:00-da, Lənkəran şəhər Mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu işıqlandırmaq istəyən KİV nümayəndələrinə (hər KİV-dən 2 nəfər olmaqla – televiziyalardan 1 müxbir, 1 operator, qəzet və agentliklərdən 1 müxbir, 1 fotoqraf) AFFA tərəfindən şərait yaradılacaq.

Seymur Əliyev/AZADİNFORM. Mayın 20-də Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.

Seymur Əliyev/AZADİNFORM. Mayın 27-28-də Almaniyanın Plauen şəhərində sərbəst güləş üzrə gənclər arasında Dünya Kuboku yarışları keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Sabah UEFA tərəfindən Kütləvi Futbol Günü elan olunub. Bununla əlaqədar AFFA tərəfindən bir neçə tədbir təşkil olunacaq.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə iyunun 6-da, saat 20:00-da, “Buta Palace”da təntənəli mərasim keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Xəbər verdiyimiz kimi, 2011-ci il iyunun 6-da, saat 20:00-da, Buta Palace-da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda “İnetr” və “Xəzər Lənkəran” komandaları arasında NBC Bank Azərbaycan kubokunun final oyunu keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycanın kamandan ox atma üzrə komandasının 6 üzvü Fransanın Boe şəhərində təşkil olunmuş “Avropa Qran -Pri” turnirinə yollanır. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Almaniya oyununu yunanıstanlı hakimlər idarə edəcək.

 


Seymur Əliyev/AZADİNFORM. Mahaçkalada Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından “Azadinform”a bildiriblər ki, sərbəst güləş üzrə yığmamız turniri 1 qızıl və 1 gümüş medalla başa vurub.

Seymur Əliyev/AZADİNFORM. FİFA-nın Oyun Meydançaları Proqramının meneceri Stüart Larman və FİFA-nın təbii ot örtüyü üzrə məsləhətçisi Stefan Baker Azərbaycanda səfərdə olub.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycanın Qusar rayonunda təbii qayalarda idman qayayadırmanması üzrə Respublika Çempionatı keçirilir. “Azadinform” xəbər verir ki, Çempionat Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının bu gün başlayan toplanışına dəvət olunmuş daha iki futbolçu zədə səbəbindən hazırlıq prosesindən kənarda qalıb. 

Seymur Əliyev/AZADİNFORM. Türkiyənin “Qalatasaray” futol klubu yeni sezon üçün  (2010/2011) ilk rəsmi transferini gerçəkləşdirib.

Seymur Əliyev/AZADİNFORM. “Qalatasaray”ın baş məşqçi postuna yenidən Fatih Terim gətirilib. “Azadinform” “Qalatasaray” futbol klubunun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, F.Terimlə imzalanan müqavilənin detalları açıqlanmır.

Mübariz Aslanov/AZADİNFORM. Mayın 20-22-də Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı təbii qayalarda idman qayayadırmanması üzrə Açıq Respublika Çempionatı keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Bu gün “Vətən” Futbol Məktəbinin AFFA və Təhsil Nazirliyi tərəfindən birgə inşa olunmuş yeni idman bazasının açılış mərasimi keçirilib.

 
Страница 248 из 252 << < 244 245 246 247 248 249 250 251 252 > >>
 Лента новостей
19.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo