AZADİNFORM. Azərbaycan Milli Paralimpiya Komitəsi nəzdində fəaliyyət göstərən oturaq voleybol idmanı üzrə milli komandası cari ilin iyul ayında İngiltərənin Kettering şəhərində keçiriləcək Avropa oturaq Voleybolu Federasiyasının təşkil etdiyi beynəlxalq Kontinental Kubok uğrunda yarışda iştirak etmək üçün rəsmi dəvət alıb.

Günel Əbilova/AZADİNFORM. Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan futbolunun 100 illiyi münasibətilə futbolun inkişafındakı xidmətlərinə görə bir sıra idmançılara fəxri adlar təqdim olunub. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda futbolun zəngin tarixə malik olduğunu bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Tennis Federasiyasında iyulun 16-da ilk dəfə olaraq Bakıda start götürəcək qadınlar arasında beynəlxalq Bakı Tennis Kuboku (BakuCop) ilə bağlı mətbuat konfransı keçirilib.

AZADİNFORM. Türkiyənin “Qalatasaray” futbol klubu Atletiko Madridin üç futbolçusunu heyətinə qatıb.

Seymur Əliyev/AZADİNFORM. Rusiyanın “Terek” klubu baş məşqçi Ruud Qullitlə yollarını ayırıb. “Azadinform” xəbər verir ki, Qroznı təmsilçisinin Premyer Liqada uğursuz çıxışı rəhbərliyin səbr kasasını daşdırıb.

AZADİNFORM. FİFA referisi Anar Salmanov və çimərlik futbolu üzrə FİFA referisi Fuad Həsənov yeni təyinat alıb. AFFA-dan “Azadinform”a verilən məlumata görə, Anar Salmanov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının iyulun 20-dən avqustun 1-ə qədər Rumıniyada keçiriləcək final mərhələsinin oyunlarında iştirak edəcək.

Seymur Əliyev/AZADİNFORM. Dağıstanın Çarada şəhərində Davud Məhəmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnirdə iştirak edən yığmamızın üzvləri 5 medal – 1 qızıl, 2 gümüş və 2 bürünc qazanıblar.

AZADİNFORM. İyunun 17-də Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək.

Seymur Əliyev/AZADİNFORM. İngiltərənin "Mançester Yunayted" futbol klubu daha bir uğurlu transfer reallaşdırıb.

Seymur Əliyev/AZADİNFORM. İyunun 15-16-da  Dağıstanın Çarada şəhərində Davud Məhəmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir keçiriləcək. Məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə 6 güləşçimiz qüvvəsini sınayacaq. Bu barədə məlumatı “Azadinform”a Güləş Federasiyasından veriblər. Yığmamızı Emin Əzizov, Elmir Qəmbərov (hər ikisi 66 kq), Aqil Quliyev, Elnur Əliyev (hər ikisi 74 kq), Mehman İmanquliyev (96 kq) və Əli İsayev (120 kq) təmsil edəcək.

Seymur Əliyev/AZADİNFORM. Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə V.Balavadze və G.Kartozia adına Qızıl Qran-Pri turniri keçirilib.

Seymur Əliyev/AZADİNFORM. “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında Azərbaycan Futbolunun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZADİNFORM. Beynəlxalq maliyyə nəzarəti şirkəti “Deloitte” futbol klubları arasında apardığı sorğu nəticəsində hazırladığı hesabatda İngiltərə Premyer Liqasında futbolçulara verilən maaşların 2009-2010-cu il mövsümünün sonunda 68% artaraq rekord göstəricini keçdiyini açıqlayıb.

Seymur Əliyev/AZADİNFORM. AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov ölkəmizdə səfərdə olan İsveç Futbol Federasiyasının prezidenti Lars-Ake Laqrel ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. Sabah 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Caspian Cup turnirinə start veriləcək.

AZADİNFORM. “Formula 1”-in prezidenti Berniye Ekloston oktyabr ayına kimi təxirə salınmış “Formula 1 – Bəhreyn” yarışlarını ləğv etdiyini bildirib. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, mart ayında keçirilməsi planlaşdırılan yarışlar oktyabr ayına kimi təxirə salınmışdı.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində FİFA-nın prezidenti Yozef Blatter tərəfindən 2012-ci ildə Azərbaycan keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipi təqdim edilib.

C.Əsgərov/AZADİNFORM. «100 il ərzində qazandığımız az olub. SSRİ dönəmində yalnız bir dəfə bürünc medal qazanmışıq. Təsadüfi qələbələrimiz olsa da, stabil irəliləyişə nail ola bilməmişik». Azərbaycan Milli yığmasının sabiq baş məşqçisi Şahin Diniyev “Azadinform”a müsahibəsində 100 yaşı tamam olan Azərbaycan futbolunun nailiyyətlərini belə qiymətləndirib.

AZADİNFORM. İranın qadınlardan ibarət futbol üzrə yığma komandası 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Seymur Əliyev/AZADİNFORM. İyunun 10-12-də Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə V.Balavadze və G.Kartozia adına Qızıl Qran-Pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş yığmamızın bəzi üzvləri iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a Güləş Federasiyasından veriblər.

 
Страница 243 из 250 << < 239 240 241 242 243 244 245 246 247 > >>
 Лента новостей
20.07.2018
18.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo