Seymur Əliyev/AZADİNFORM. Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

Seymur Əliyev/AZADİNFORM. Türkiyənin paytaxtı Ankarada gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 14-cü Beynəlxalq Çempionlar turniri keçirilib.

AZADİNFORM. İngiltərə FİFA-nın tərkibindən çıxa bilər.

Seymur Əliyev/AZADİNFORM. Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Almaniya yığmasının mayın 29-da Uruqvay, iyunun 3-də Avstriya komandaları, iyunun 7-də isə millimizlə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Unibank” Premyer Liqasının XXXI turu çərçivəsində bu gün Quzanlı Olimpiya İdman Kompleksində keçiriləcək “Qarabağ”-“Neftçi” oyununu stadionda izləyəcək.

AZADİNFORM. Çexiyada həvəskarlar arasında keçirilən “Heydər Əliyev kuboku” turniri başa çatıb. “Azadinform”un verdiyi məlumata görə, 12 komandanın iştirak etdiyi turnirin final mərhələsinə 4 komanda yüksəlib. 1-ci və 2-ci yerlər uğrunda Azərbaycan və Sudan, 3-cü və 4-cü yerlər uğrunda isə Rusiya və Fələstin komandaları arasında final oyunları keçirilib. Rusiya ilə Fələstin arasında keçirilən oyun Rusiyanın 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Seymur Əliyev/AZADİNFORM. AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən “Yaz turniri” başa çatıb.


Mübariz Aslanov/AZADİNFORM. Dünyanın 40 ölkəsindən futbol federasiyası nümayəndələri Azərbaycana gələcək. “Azadinform” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib. 

Seymur Əliyev/AZADİNFORM. Azərbaycanın yeniyetmə akademik avarçəkənləri Almaniyanın Münhen şəhərində keçirilmiş ənənəvi "Internationale DRV-Junioren-Regatta” turnirində çıxış ediblər.

Seymur Əliyev/AZADİNFORM. AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə start verilib.

Mübariz Aslanov/AZADİNFORM. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekosport” İdman Klubunun üzvlərinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşü uğurla başa çatıb. Bu barədə məlumatı “Azadinform”a ETSN-nin mətbuat xidmətindən veriblər.


Aytən İmanova/AZADİNFORM. Bu gün “Şahin” hərbi oyunlarının  Respublika finalı keçirilib. Oyun general Cümşüd Naxçıvanskinin 40 illik yubileyinə təsadüf edib. “Azadinform” xəbər verir ki, final Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin təşkilatçılığı ilə 1998-ci ildən həyata keçirilir.

Elvin Xəzər/AZADİNFORM. Ümümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Sayokan döyüş sistemi üzrə II açıq Respublika Turnirinə Binəqədi İdman Kompleksində yekun vuruldu.

AZADİNFORM. Mayın 12-də Azərbaycan jurnalistləri ilə Milli Məclisinin deputatları arasında futbol oyunu keçiriləcək. Mətbuat Şurasından “Azadinform”a verilən məlumata görə, matç saat 16.30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Seymur Əliyev/AZADİNFORM. Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar sabah Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə (3751 metr)  növbəti yürüş başlayacaq. Bu barədə məlumatı “Azadinform”a Hava və Ekstremal İdman Növləri Federasiyasından veriblər.

Aytən İmanova/AZADİNFORM. Azərbaycan, Gürcüstan, Litva və İran komandalarının qatıldığı “Böyük Qafqaz” beynəlxalq velosiped turnirinə mayın 10-u start veriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunan “Grand Caucases” beynəlxalq velosiped turniri keçiriləcək.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan futbol üzrə “Parlament kuboku-2011” yarışmasının püşk atması keçirilib. “Azadinform” xəbər verir ki, kubokda bir sıra dövlət qurumlarını təmsil edən 11 komanda iştirak edir.
Bura Milli Məclis, Prezident Administrasiyası, Xarici İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Vergilər, İqtisadi İnkişaf, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Konstitusiya Məhkəməsi daxildir.

Seymur Əliyev/AZADİNFORM. AZAL Peşəkar Futbol Klubu tərəfindən stadion inşa olunmasını AFFA yüksək qiymətləndirib. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

Seymur Əliyev/AZADİNFORM. Avqustun 10-da Bakıda Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

 
Страница 240 из 243 << < 236 237 238 239 240 241 242 243 > >>
 Лента новостей
19.10.2017
18.10.2017
17.10.2017
 Архив
«Окт.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo