Günel Əbilova/AZADİNFORM. Obama səhvə yol verərsə, Buşdan da pis vəziyyətə düşəcək.

AZADINFORM. ABŞ prezidenti Barak Obama Üsəma bin Ladeni aradan götürmüş qrupu Pakistan hərbçiləri və polisləri ilə mümkün döyüşlərə hazır olmağa çağırıb. “Azadinform” “The New York Times”a istinadən xəbər verir ki, ABŞ Ladeni məhv etməklə ona qarşı loyal Pakistanla münaqişəyə girmək riskini artırmış olub.

AZADINFORM. «Müxalifət bu gün küçələrə 10 min insanı çıxarmaq  iqtidarında deyil». «Azadinform»un məlumatına görə, bu sözləri eks-prezident Eduard Şevardnadze «Asaval-Dasavali» həftəliyinə müsahibəsində deyib. Eks-prezident vurğulayıb ki, inqilabları nə müxalifət, nə də xalq həyata keçirir:

AZADINFORM. İranın gələnilki büdcəsi 508 milyard dollar olacaq. «Azadinform» «İRNA» rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, 2012-ci ilin martından qüvvəyə minəcək büdcə builkindən 40 faiz daha çoxdur. Səbəbi isə neftin qiymətinin qalxması, yanacaq, ərzaq və enerjiyə görə dövlətin bu günə qədər verdiyi subsidiyaların ləğv edilməsiylə bağlıdır.

AZADINFORM. Pakistanın baş naziri Yusuf  Rza Gilani parlamentdəki çıxışında Üsəma bin Ladenlə bağlı ölkəsinə yönələn ittihamlara münasibət bildirib.

Günel Əbilova/AZADİNFORM. Suriya prezidenti Bəşər Əsəd növbəti zərbəni həyat yoldaşı Əsma Əsəddən aldı.

AZADINFORM. Kuba hökuməti qeyri-adi qərar qəbul edib. «Azadinform» «Miq nyus»a istinadən xəbər verir ki, sosialist inqilabından sonra ilk dəfə olaraq kubalılara xaricə turist kimi səfər etməyə icazə veriləcək.


Günel Əbilova/AZADİNFORM. Biz Diyarbəkirdə  “erməni soyqırımı” abidəsinə qarşı deyilik və gənc nəslin baş vermiş hadisədən xəbəri yoxdur. “Azadinform” “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Diyarbəkir şəhərinin bələdiyyə başqanı Osman Bəydəmir erməni saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyənin AB-yə üzv olmasının tərəfdarıyıq, amma AB-yə üzvlüyün Türkiyə-Ermənistan problemini həll edə biləcəyini düşünmürük.

AZADINFORM. Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarsenegger və onun xanımı Mariya Şrayver ayrılmaq qərarına gəliblər. «Azadinform»un «Associated Press»ə istinadən məlumatına görə, bu barədə ər-arvad özləri bəyan ediblər.

AZADINFORM. Bu gün NATO komandanlığı altında olan koalisiya qüvvələrinin təyyarələri Tripoliyə növbəti zərbə endiriblər. «Azadinform» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, bu bombardmanlar son üç gündə ən irimiqyaslı olub.

AZADINFORM. Cənubi Afrika məhkəməsi milli təhlükəsizlik naziri Siyabonqi Kvelenin xanımı barədə hökmünü elan edib. Narkotik ticarətində günahlandırılan Şeril Kvele 12 il müddətinə həbs edilib. «Azadinform» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, o, narkotrafikdə iştirakını boynuna almayıb.

AZADINFORM. «Əl-Qaidə» terror təşkilatı liderləri Üsəma bin Ladenin ölümünü rəsmən təsdiqləyib.

AZADINFORM. Çinin Dövlət Radio, Kino və Televiziya İdarəsi televiziya kompaniyalarına romantik serialların, eləcə də kriminal və casus seriallarının yayımını dayandırmağa çağırıb. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, bununla bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

AZADINFORM. Pakistanda yüzlərlə insan küçələrə çıxaraq Ladenə həsr olunan mitinqlərə qatılıblar. «Azadinform» «Fransa Press» agentliyinə istinadən xəbər verir ki, aksiyalar Kvetta şəhərində keçirilib. Ladeni dəstəkləyənlər ABŞ-a qarşı müqəddəs müharibəyə başlayacaqlarını bildiriblər. Onlar ABŞ-ın bayraqlarını da yandırıblar.

AZADINFORM. Fransa Müəmmar Qəddafiyə sadiqlik nümayiş etdirən 14 liviyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. «Azadinform» «Associated Press»ə istinadən xəbər verir ki, diplomatlar 48 saat ərzində ölkəni tərk etməlidirlər. Söhbət bir ay bundan öncə qapadılan səfirliyin işçilərindən gedir.

AZADINFORM. İranın hakimiyyət orqanları prezident Mahmud Əhmədinejadın bir sıra tərəfdarlarını həbs edib. Onlar cadugərlikdə və cinləri çağırmaqda ittiham olunublar.

AZADINFORM. Ermənistan əhalisinin sayı 2 milyondan da azdır. «Azadinform» «Qrarapak» qəzetinə istinadən məlumat verir ki, bu göstəricini Ermənistandakı Avropa ölkələrindən birinin səfiri göstərib.

AZADINFORM. Braziliya Ali Məhkəməsinin hakimləri eyni cinsdən olanların nikaha girməsinə icazə verən qərar qəbul ediblər. «Azadinform» «MIGnews.com»a istinadən xəbər verir ki, hüquq-müdafiə təşkilatları və cinsi azlıqların nümayəndələri bu qərarı bayrama çeviriblər.

Günel Əbilova/AZADİNFORM. Bin Ladenin cəsədini dənizə atmağımız, onun cəsədinə olan hörmətimizdir”. “Azadinform” CNNTürkə istinadən xəbər verir ki, bu sözləri CBS telekanalında bazar günü yayımlanacaq “60 dəqiqə” proqramına qonaq olan ABŞ prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, 11 sentyabr terror hadisələrində 3 min insanı öldürən Bin Ladenə hörmtə etdiyimiz açıq görünür.

AZADINFORM. İtaliyanın baş naziri Silvio Berluskoni ordunu Neapol küçələrini zibildən təmizləmə işlərinə cəlb edib. «Azadinform» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, 170 hərbçi mayın 9-dan başlayaraq Neapol küçələrini təmizləməyə başlayacaq.
Artıq 15 ildir ki, Neapolda zibillə bağlı məsələ mürəkkəbliyini saxlayır.

 
Страница 673 из 686 << < 669 670 671 672 673 674 675 676 677 > >>
 Лента новостей
7.12.2018
6.12.2018
 Архив
«Дек.2018»
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo