AZADİNFORM. Yayılan xəbərlərə görə, Gürcüstan parlamentinin binası özəlləşdirməyə çıxarılacaq. «Azadinform» «İnterpressNyus»a istinadən xəbər verir ki, parlamentin binasına artıq ərəb və yunan investorlar baxıblar. Sayt bu informasiyanı dəqiqləşdirmək üçün parlament aparatının rəhbəri David Canişviliyə müraciət etsə də, buna müvəffəq ola bilməyib.

AZADİNFORM. Almaniya prezidenti Kristian Vulfa yumurta atıblar. O, «yumurta atəşi”nə Viesbaden şəhərinə səfəri zamanı tutulub. Ona bələdiyyə binasının önündə yumurta atılıb.

AZADİNFORM. Dünyaca məşhur «Forbes» jurnalının Rusiya versiyası Rusiyanın ən varlı 200 biznesmeninin reytinq cədvəlini müəyyən edib. Bəlli olub ki, onların varidatı 500 milyard dolları keçir.

AZADİNFORM. Yaponiyanın hakimiyyət orqanları paytaxt Tokionun mümkün köçürülməsi ilə bağlı müvafiq ərazi yaratmaq istəyirlər.

AZADİNFORM. Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, ölkədə gürcü dilini təlqin etməyi gücləndirmək gərəkdir. O, qeyri-gürcü məktəblərində fənlərin minimum 30 faizinin gürcü dilində keçirilməsinə tapşırıq verib. «Azadinform” «RİA Novosti»yə istinadən xəbər verir ki, dövlət başçısı bunu Ana dili günü ərəfəsində deyib.

AZADINFORM. Rusiya Müsəlmanları İdarəsinin Ali Mütfisi Talqat Tadcuddin Rusiya gerbinə islamın simvolunu əks etdirən qızıl ayparanın əlavə olunmasını təklif edib.

Elvin Xəzər/AZADİNFORM. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin dayandırılması ilə bağlı bu ölkəyə xəbərdarlıq edib. “

AZADİNFORM. Suriyada yeni hökumət formalaşıb. «Agence France-Presse» yerli televiziyaya istinadən yaydığı xəbərdə göstərir ki, kabinet baş nazir Adel Safarın rəhbərliyi ilə formalaşıb.

AZADINFORM. Liviyada hərbi əməliyyatlar Qəddafi ölkə rəhbəri vəzifəsindən səlahiyyətlərini yerə qoyanadək davam edəcək. «Azadinform» «LENTA ru»ya istinadən xəbər verir ki, bu sözləri ABŞ, Böyük Britaniya və Fransa liderləri bəyan ediblər.

AZADİNFORM. Moskvanın qərbində hüquq-mühafizə orqanları miqrantların yaşadığı özünəməxsus yeraltı "şəhərcik" aşkar ediblər. Bombardmanlardan daldalanmaq üçün xüsusi yeraltı məxfi obyektdə 100 nəfərdən artıq miqrant yaşayırdı. AZADINFORM «BBC»-yə istinadən yaydığı xəbərdə göstərib ki, obyektə giriş elə də asan olmayıb.

Günel Əbilova/AZADİNFORM. Türkiyənin F-35 hərbi təyyarələri 25 il sonra havaya uçacaq. AZADINFORM “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Həsən Aksay deyib.

Günel Əbilova/AZADİNFORM. Hüsnü Mübarək və oğullarının məhkəməyə çıxacağı gün məlum olub. AZADİNFORM “Zaman” qəzetinə istinadən xəbər verir ki, Mübarək və oğulları aprelin 19-da məhkəməyə çıxacaq.

Günel Əbilova/AZADİNFORM. Rusiya prezidenti Dmitri Medvedev xarici işlər naziri Serqey Lavrovu istefaya göndərəcək. AZADİNFORM “Arqumenti nedeli”yə istinadən xəbər verir ki, Medvedevin Rusiyanın Xarici Işlər Nazirliyindən narazılığı Afrika və Yaxın Şərq ölkələrində baş verən hadisələrdən sonra kəskinləşib.

AZADİNFORM. İsrailin xarici işlər naziri Aviqdor Liberman barəsində cinayət işi açıla bilər. AZADINFORM-un «Newsru. com»a istinadən yaydığı məlumata görə, o, rüşvətxorluqda şübhəli bilinir.

AZADİNFORM. Opponentlərinin korrupsiyada ittiham etdikləri Qırğızıstanın baş nazirinin müavini Omurbek Babanov səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb.

AZADINFORM. Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ səfəri zamanı bəyan edib ki, amerikalı milyarder Donald Tramp hər zaman ölkəsinə mühacirət edə bilər. Əgər o, Gürcüstanda keçiriləcək prezident seçkilərində iştirak edərsə, qalib gələcək.

AZADINFORM. Belarus prezidenti Aleksandr Lukaşenko Minsk metropolitenində törədilən terror aktının üstünün açıldığını bəyan edib.

AZADINFFORM. Nüfuzlu “National Geographic” jurnalı Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının dünyadakı ən təhlükəli stansiyalardan biri olduğu barədə məlumat yayıb.

AZADİNFORM/ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Strasburq şəhərində Almaniya, Fransa və ətraf ölkələrdən gələn təxminən 5 min türklə bir araya gəlib. Toplantıda xaricdə yaşayan türklərə səslənən Ərdoğan "Qürbətdə tək deyilsiniz, arxanızda Türkiyə Cümhuriyyəti var" mesajı verib.

Günel Əbilova/AZADİNFORM. Serj Sarkisyanın yaxın vaxtlarda Türkiyə rəhbərləri ilə görüşü nəzərdə tutulmur. AZADİNFORM ARMTODAY-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan deyib.

 
Страница 650 из 652 << < 646 647 648 649 650 651 652 > >>
 Лента новостей
20.07.2018
18.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo