AZADİNFORM. Dünyaca məşhur Las-Veqas şəhərinin meri dəyişib. Şəhərə 1999-cu ildən rəhbərlik edən Oskar Qudman öz yerini arvadı Kerolin Qudmana verib. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki,  qələbədən sonra arvadını təbrik edən Oskar:

AZADİNFORM Nyu-Yorkda Adolf Hitlerin məktubunun mətni açıqlanıb. Məktubda o, yəhudiləri qırmaq barədə planlarını açıqlayır. «Azadinform» «Associated Press»ə istinadən xəbər verir ki, Hitler bu məktubu 1919-cu ildə öz əli ilə yazıb. O zaman  alman ordusunun təbliğat bölməsində işləyən Adolf məktubu daha yuxarı rütbəli zabitə - Adolf Hemlixə ünvanlayıbmış.

AZADİNFORM Avropa İnsan Haqları Məhkəməsi Rusiyanın rekord məbləğdə cərimə olunması barədə qərar çıxarıb. Çeçenistan vətəndaşlarının iddiasını təmin edən məhkəmə Rusiya hökumətinin onlara 245 min avro ödəməli olduğunu bildirib.

AZADİNFORM. Liviyanın dövlət televiziyasında audio müraciətində ölkə lideri Müəmmar Qəddafi NATO-nu və yerli üsyançıları ittiham edib və bildirib ki, o, son nəfəsinə kimi təslim olmayacaq.

AZADİNFORM. Dünyanın neft nəhənglərindən sayılan Səudiyyə Ərəbistanı OPEC-in iclasına çox az bir vaxt qalmış neftin qiymətini aşağı salmağa çalışır. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, bu məqsədlə ölkə neft istehsalını artırıb. İstehsalın birdən-birə artması isə təbii ki, neft ehtiyatlarının istifadəyə verilməsi hesabına təşkil ediləcək.

AZADİNFORM  Gürcüstan prezidenti Mixail Saakaşvili müxalifətin ünvanına sərt ittiham ünvanlayıb. Ölkə prezidenti bəyan edib ki, «Gürcüstan Demokratik Hərəkatı»nın lideri Nino Burcanadze Rusiyadan külli miqdarda pul alıb. «Azadinform»un məlumatına görə. «The New Times»-ın Gürcüstan kütləvi informasiya vasitələrində Burcanadzenin Rusiyadan 13-17 milyon dollar alması barədə yayılan məlumatlarla bağlı ona ünvanlanan sualı şərh edən Saakaşvili bildirib ki, müxalifət həqiqətən də Rusiyadan maliyyələşir: «Burda heç bir şübhə yeri yoxdur».

AZADİNFORM. Ermənistanda fəaliyyət göstərən «Texut» müdafiə Qrupu ölkədəki vəziyyətlə bağlı bəyanat yayıb. «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, bəyanatda göstərilib ki, Ermənistan ətrafı mühitin qorunması üzrə əksər beynəlxalq təşkilatlara üzv olsa da, bu sahədə vəziyyət ağır olaraq qalır.

Elcan/AZADİNFORM. Qərb siyasətçilərinin fikrincə, Orta Şərq və Şimali Afrikadakı diktatorların iqtidardan uzaqlaşdırılması işinin tezləşdirilməsi Səudiyyə Ərəbistanı və Türkiyənin diplomatik işinə bağlıdır.

AZADİNFORM  Bu gün Avropada dünyada günəş enerjisi ilə hərəkət edən ilk qatar işə düşüb. Birinci «yaşıl qatar» Paris-Amsterdam marşrutu ilə hərəkət edir.

AZADİNFORM  46 yaşlı amerikalı siyasətçi, konqresmen-demokrat Entoni Vaynerin adı gurultulu qalmaqalın mərkəzinə düşüb. “Azadinform” «Newsru.com»a istinadən yaydığı xəbərdə göstərir ki, Vayner özünün lüt şəkillərini internet vasitəsilə dünyanın müxtəlif ölkələrinə göndəribmiş.

“The Financial Times”: “Türkiyədəki seçkiləri sərt taktikalar əhatə edir”

 

AZADİNFORM.  BMT-nin baş katibi Pan Qi Mun rəsmən ikinci dəfə qurumun baş katibi olmaq istədiyini açıqlayıb. «Azadinform» "İnterfaks"a istinadən bildirir ki, baş katib bununla bağlı Baş Assambleyaya və Təhlükəsizlik Şurasına məktub göndərdiyini açıqlayıb.

AZADİNFORM. Fransanın xarici işlər naziri Alan Jupe bildirib ki, Suriya prezidenti Bəşər Əsəd nümayişçilərə qarşı zorakı davranışı üzündən ölkəni idarə etmək üçün «öz legitimliyini itirib».

AZADİNFORM. Bu gün İraqda ABŞ-ın 6 əsgəri həlak olub. «Azadinform» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, Pentaqonun bəyanatında hərbçilərin hansı şəraitdə ölməsi göstərilmir.

AZADİNFORM  Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın ünvanına tənqidi fikirlər səsləndirib. «Azadinform» «CNN Türk»ə istinadən xəbər verir ki,  CHP lideri bildirib ki, «baş nazir səhər-axşam, günorta Kılıçdaroğludan danışır. Mən əminəm, yatağına girincə də röyasında Kılıçdaroğlunu görüb qan-tər içində oyanır».

Elcan/AZADİNFORM. İngiltərə hökuməti bu il dəfələrlə uşaq və gənclərlə bağlı qərar və layihələrlə gündəmə gəldi. Onlara dünyadakı ən yaxşı təhsil və tibb müayinə hüququ verən hökumət indi də öz gələcəyini mənəvi və psixoloji cəhətdən sağlam mühitdə böyütməyin qayğısına qalır.

AZADİNFORM. Hərbi cinayətlərdə və soyqırımında ittiham olunan Ratko Mladiç Haaqa məhkəməsi onun tələblərini yerinə yetirməyəcəyi təqdirdə quru aclıq aksiyasına başlayacağı ilə hədələyib.

AZADİNFORM  Rusiyalı oliqarx Roman Abramoviçin yaxtası venesiyalıları əməlli-başlı özündən çıxarıb. Hər səhər Müqəddəs Mark körfəzinə baxmağa öyrəşən şəhər sakinləri indi milyarderin Venesiya sahillərində yan alan «Luna» yaxtasına baxmalı olurlar.

AZADINFORM  Pakistanda Amerikaya məxsus pilotsuz təyyarənin endirdiyi hava zərbəsi nəticəsində 14 yaraqlı öldürülüb. «Azadinform»  RİA «Novosti»yə istinadən xəbər verir ki, Pakistan təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, zərbələrdən ikisi Cənubi Vəziristana endirilib. Ölən yaraqlılar arasında əcnəbilərin də olduğu bildirilir.

AZADİNFORM  Cərrahlar Yəmən prezidenti Əli Abdulla Salehin üzərində iki uğurlu əməliyyat həyata keçiriblər. «Azadinform» «İTAR TASS»-a istinadən yaydığı xəbərdə bildirir ki, əməliyyat Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilib.

 
Страница 649 из 675 << < 645 646 647 648 649 650 651 652 653 > >>
 Лента новостей
16.10.2018
15.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo