AZADİNFORM. Suriyada üsyanlar başladığı gündən bəri yüzlərlə insanın ölümünə şahidlik etmiş Həma sərhədlərində yenə ölüm qoxusu var.

AZADİNFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə bu gün xarici işlər naziri Əhməd Davudoğlunun paytaxt Dəməşqdə Suriya prezidenti ilə görüşü gözlənilir.

AZADİNFORM. İngiltərənin Müdafiə Nazirliyi Əfqanıstanda bir ingilis əsgərinə qarşı qaldırılan iddianı araşdırır. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, iddiaya görə, talibançılarla silahlı qarşıdurmadan sonra ingilis əsgərlərindən biri xatirə saxlamaq üçün ölmüş bir “Taliban” yaraqlısının barmaqlarını kəsib.

AZADİNFORM. Yupiter planetini araşdırmaq üçün düzəldilən “Cuno” kosmik cihazı səyahət turuna başlayıb. “Azadinform” UPİ-yə istinadən xəbər verir ki, cihaz ABŞ-a 1,1 milyard dollara başa gəlib.

AZADİNFORM. Ötən həftə Türkiyə Ali  Hərbi Şurasında ard-arda gələn istefa və iclaslarda yaşanan böhranın əks-sədası hələ də gəlir. “Azadinform” “The Financial Times”a istinadən xəbər verir ki, artıq ölkədə əsgərin nüfuzu sarsılıb. “Üzücü bir böhran sonunda ordunu diz çökdürən” Ərdoğan hökumətinin indi də Şuranın maliyyə və hüquqi səlahiyyət çərçivəsini daraltmağa çalışdığı bildirilir.

AZADİNFORM. Ötən həftə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriya hökumətinə xitabən işlətdiyi “səbrimiz tükənir artıq” ifadəsi Avropanın diqqət mərkəzindədir. “Azadinform” “The Guardian”a istinadən xəbər verir ki, Türkiyə bu sözlərlə əslində, İngiltərənin Suriyaya göndərə bilmədiyi xəbərdarlığı verib.

AZADİNFORM. Xərçəngdən müalicə kursu keçən Venesuela prezidenti Uqo Çaves bəyan edib ki, bu bəlanı üstələyəcəyinə əmindir. Çünki «ruhlara və düzəngahlar allahına inanır».

AZADİNFORM. ABŞ-ın Kabuldakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəliyi başına götürən pişiklərin əlində aciz qalıblar. «Azadinform» «The Washington Post» qəzeti yazır ki, onlar pişikləri necə oradan çıxarmağın yollarını arayırlar. Özü də bununla bağlı diplomatlar arasında fikir ayrılığı da yaranıb.

AZADİNFORM. Rusiya prezidenti Dmitri Medvedyev suriyalı həmkarı Bəşər Əsədin vəd etdiyi islahatları həyata keçirmədiyi təqdirdə onun aqibətinin acınacaqlı olacağını deyib. Medvedyev deyib ki, Əsəd islahatları təcili şəkildə həyata keçirməli, sülhü bərqərar etməli və müasir bir dövlət qurmalıdır.

AZADİNFORM. ABŞ-ın vitse-prezidenti Co Bayden bu ay Çin, Monqolustan və Yaponiyaya səfərə hazırlaşır. Açıqlamada deyilir ki, vitse-prezident avqust ayının 16-da Çinə səfər edəcək.

AZADİNFORM. Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko rus dilini unudub. O, bu barədə bəyanatı «qaz işi» ilə bağlı gedən və müttəhim kimi çıxış etdiyi məhkəmə prosesində bəyan edib. «Azadinform» «İnterfaks»a istinadən xəbər verir ki, növbəti şahid kimi prosesdə ifadə edən baş nazir Nikolay Azarov rus dilində ifadə verməyə başlayanda Timoşenko: «Mən rusca bilmirəm, ona görə Ukrayna dilində danışa bilməyən baş nazirlə aramızda tərcüməçi təyin edin» deyib.

AZADİNFORM. İtaliya müsəlmanları deputatların müsəlman qadınlara ictimai yerlərdə üzü bağlayan niqabın taxılmasını qadağan edən qanun layihəsini qəbul etməsinə etiraz əlaməti olaraq aksiya keçirəcəklər. «Azadinform» «NEWSru.com» istinadən xəbər verir ki, qanun layihəsinə İtaliya parlamentində yay tətilindən sonra baxılması nəzərdə tutulub. Sənədə görə, bu qadağanı pozanları 300 avro və yaxud məcburi ictimai işlər gözləyə bilər.

AZADİNFORM. Dünya iqtisadiyyatının növbəti böhrana yuvarlanmasına dair qorxular fonunda ABŞ və Avropada səhm birjalarında indeks kəskin düşüb. «Azadinform» «voanews.com»a istinadən xəbər verir ki, ABŞ-da günorta çağınadək aparıcı səhm birjaları dəyərin 2 faizini itirib.

AZADİNFORM. Çilidə islahat tələb edən istəyən tələbələrlə müəllimlər paytaxt Santyaqonu müharibə meydanına çevirib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, universitet xərclərinin azaldılmasını və təhsil xərclərinin artırılmasını istəyən tələbələrlə müəllimlər küçələrdə barrikadalar quraraq polislə toqquşublar. Polis minlərlə nümayişçini təzyiqli su və gözyaşardıcı bombalardan istifadə etməklə dağıtmağa çalışıb.

AZADİNFORM. Türkmənistanda prezident seçkiləri 2012-ci il fevralın 12-də keçiriləcək. «Azadinform»un məlumatına görə, bunu RİA «Novosti» türkmən televiziyasına istinadən yayıb. Seçkilərin keçirilmə tarixini Türkmənistan parlamenti təyin edib. Artıq seçkilərdə iştirak üçün müxalifət liderləri - Xudayberdı Orazov və Nurmuxamedov Xanamov namizədliklərini irəli sürüblər. Onlar ölkə hüdudlarından kənarda yaşayırlar. Lakin prezident Qurbanqulu Berdıməhəmmədov bu günlərdə bildirib ki,  mühacirətdə olan bütün müxalifətçilərə ölkəyə gəlmələri üçün hər cür şərait yaradır.

 

AZADİNFORM. Kosovonun şimalında gərginlik hər gün artır. Şimaldakı yolların hamısında barrikadalar quraraq gecə-gündüz növbə çəkən serblər Mitroviça-Raşka yolu üzərində 7 metr yüksəklikdə metaldan xaç qoyublar.

“The Guardian”: “İqtisadi çaxnaşma 2007-ci ilin avqustunu xatırladır”

 

AZADİNFORM. Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, gürcü həmkarı Mixail Saakaşvili öz postunda qaldığına görə ona minnətdar olmalıdır. Onun sözlərinə görə, əgər 2008-ci il hərbi münaqişəsi zamanı rus qoşunları Tbilisiyə daxil olsaydılar, çox güman ki, Gürcüstanda başqa şəxs prezident olardı.

AZADİNFORM. ABŞ-ın müdafiə naziri Leon Panetta və Birləşmiş Hərbi Qərargahlar rəisi Maykl Müllen müdafiə xərclərinin ixtisar edilməsindən narahatlıqlarını bildirib.

AZADİNFORM. Liviya hakimiyyəti bəyan edib ki, Eliten şəhəri tamamilə hökumət qoşunlarının nəzarəti altındadır. Üsyançılar bir neçə həftə bu şəhər uğrunda döyüşlər aparıb. «Azadinform» «İTAR TASS»a istinadən xəbər verir ki, paytaxt Tripolinin ələ keçirilməsi üçün Eliten şəhəri əhəmiyyətli mövqe sayılır.

 
Страница 636 из 691 << < 632 633 634 635 636 637 638 639 640 > >>
 Лента новостей
18.01.2019
17.01.2019
 Архив
«Янв.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo