AZADİNFORM. Hollandiya parlamentinin aşağı palatası insident yarada biləcək bir qanun layihəsini təsdiqləyib. Nümayəndələr Palatası və Heyvanlar Partiyasının (PvdD) hazırladığı layihə halal kəsimin qadağan edilməsini nəzərdə tutur. Qanun layihəsinin lehinə 116, əleyhinə isə 30 millət vəkili səs verib.

AZADİNFORM. Çin və Almaniya 15 milyard dollarlıq müqavilə imzaladı. “Azadinform” BBC-yə istinadın xəbər verir ki, iki ölkə arasında ticarət üzrə müqavilə Çin baş naziri Ven Ciabonun Berlin səfəri zamanı Almaniya baş naziri Angela Merkel ilə görüşündən sonra imzalanıb. Ven və Merkel iki ölkə arasındakı ticarət həcmini növbəti beş il üçün 200 milyard avroya qaldırmağı planlaşdırdıqlarını açıqlayıblar.

AZADİNFORM. Bu gün Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun Kiyevdə məhkəməsi başlayır.

AZADİNFORM. ABŞ prezidenti Barak Obama Ağ evdə Kolorado «Repids» futbol klubunun rəhbərliyini, məşqçiləri və futbolçuları qəbul edib. «Azadinform» «Marca» nəşrinə istinadən xəbər verir ki, bu klub MLS-in çempionu titulunu qazanıb.

“The İndependent”: “Britaniya tərəf tutur”

 


AZADİNFORM. Misir paytaxtı Qahirənin mərkəzi yenidən kütləvi etiraz aksiyalarının mərkəzinə çevrilib. Belə ki, beş min insanın iştirak etdiyi aksiya sonradan polislə qarşıdurmaya çevrilib.

AZADİNFORM. «Taliban» yaraqlıları Əfqanıstan paytaxtı Kabildə bahalı bir mehmanxanaya hücum ediblər. Yeddi əfqan öldürülüb, səkkiz nəfər yaralanıb. Yaralananlar arasında iki polis də var. NATO qüvvələri iki intiharçını öldürəndən sonra bu səhər "Interкontinental" otelinin mühasirəsi sona çatıb.

AZADİNFORM. Latviya prezidenti Valdis Zatlers ölkəsinin nüfuzundan çox ciddi narahatçılıq keçirdiyini bəyan edib. Onun sözlərinə görə, Latviyanı artıq mafioz dövlət kimi tanıyırlar.

AZADİNFORM. Rusiyada dərc olunan «Atlas» jurnalı ölkəmizin ərazi bütövlüyünə qarşı saxtakarlığa və kobud yanlışlığa yol verib. «Azadinform» «News.am»a istinadən xəbər verir ki, jurnalın 36-cı nömrəsində dərc olunan və İrana həsr olunan «Atlas. Bütün dünya sənin əllərindədir» başlıqlı məqalədə atlas dərc olunub.

AZADİNFORM. Rusiyanın "İnter RAO" şirkəti bəyan edib ki, onun Belarusa ötürdüyü elektrik enerjisinə görə Minsk borclarını ödəmir. «Azadinform»un BBC-yə istinadən yaydığı xəbərə görə, bu səbəbdən də iyunun 29-u saat 00-00-da bu ölkəyə ötürülən enerji tamamilə kəsiləcək.

AZADİNFORM. Sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı Gürcüstanın Baş Prokurorluğu cinayət işi qaldırıb. «Azadinform»un  “Novosti-Qruziya” agentliyinə istinadən yaydığı məlumata görə, Okruaşvili qanunsuz silahlı birləşmələr yaratmaqda və ona rəhbərlik etməkdə ittiham olunub. Prokurorluq keçmiş nazir haqqında həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edəcək.

AZADİNFORM. Özbəkistan prezidenti İslam Kərimov bəyan edib ki, gənclərə internetdə bəlli olmayan «destruktiv qüvvələr» təhlükə törədir. «Azadinform» «Fərqanə» agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bunu KİV işçiləri günü münasibətilə keçirilən tədbirdə deyib. «Gəncləri pis yola çəkməyə çalışan destruktiv qüvvələr internetdən öz çirkin məqsədləri üçün yararlanırlar.

Elcan/AZADİNFORM. Nyu-York şəhərindən adı açıqlanmayan bir xanım “Google” İdarə Heyətinə etdiyi müraciətdən sonra qəribə bir iddia ilə çıxış edib.

AZADİNFORM. İran İslam İnqilabı Keşikçiləri Korpusu təlimlər zamanı 14 raketi sınaqdan keçirib. «Azadinform»un məlumatına görə, bu barədə yerli dövlət televiziyası xəbər verir.

AZADİNFORM. «Dəmir ledi» Marqaret Tetçerin bir vaxtlar hakimiyyətinin simvoluna çevrilmiş qara çantası hərracda 40 min dollara satılıb. «Azadinform» «Franc-Press» agentliyinə istinadən xəbər verir ki, bu aksesuar çoxsaylı rəsmi görüşlərin şahidi olub. Bunlara ingilis baş nazirin Ronald Reyqan və SSRİ-nin ilk prezidenti Mixail Qorbaçovla danışıqlar da daxildir.

AZADİNFORM. Suriya hökuməti ölkədəki problemi həll etmək məqsədi ilə müxalifətə 10 iyulda masaya oturmağı təklif edib. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, təklif mart ayından bəri davam edən və 1300 nümayişçinin ölümü ilə nəticələnən silahlı qarşıdurmanı bitirməyə istiqamətlənib.

AZADİNFORM. Rusiya Daxili İşlər Nazirliyi pullu informatorların xidmətini ödəmək üçün büdcədən 280 mln. rubl ayrılmasını xahiş edib. «Azadinform» «İzvestiya» qəzetinə istinadən xəbər verir ki, qurum 2012-ci ildən etibarən informatorlarına maliyyə ayıracaq. Qəzet hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər verir ki, əvvəl bu pul yerli hakimiyyət orqanlarının hesabına həyata keçirilirdi.

 

AZADİNFORM. Hindistanın Madya Pradeş əyalətində 300 qız uşağının ailələrinin istəyi ilə cərrahiyyə əməliyyatı yolu ilə oğlan edildiyi iddiaları dünya mətbuatının gündəminə damğa vurub.

“The Guardian”: “Suriyadan qaçan əsgər deyir ki, ona silahsız insanlara atəş açmaq əmri verilib”

 

AZADİNFORM. Liviya hökuməti Beynəlxalq Haaqa Məhkəməsinin Müəmmar Qəddafi və onun yaxın adamlarının həbsinə order verilməsi qərarını pisləyib. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, ədliyyə naziri əl-Qamodi Beynəlxalq Cinayət Məhkəməsinin qərarını «Qərb dünyasının üçüncü dünya liderlərini təqib etmək vasitəsi» adlandırıb.

 
Страница 624 из 658 << < 620 621 622 623 624 625 626 627 628 > >>
 Лента новостей
20.08.2018
17.08.2018
 Архив
«Авг.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo