AZADINFORM. Ukrayna parlamentində maraqlı hadisə yaşanıb. Bu gün səhər parlamentin iclasında baş nazir Nikolay Azarovun qəfil öz çıxışını dayandıraraq çölə çıxması iclas zalında narahatçılıq yaradıb.

Günel Əbilova/AZADİNFORM. ABŞ-ın birinci xanımı Mişel Obamanın olduğu təyyarə az qala Amerika ordusuna məxsus hava gəmisi ilə toqquşacaqmış.

AZADINFORM. «Rusiya iqtisadiyyatı böhrandan çıxacaq və 2012-ci ilin əvvəlinə kimi itkilərini qısa zaman kəsiyində bərpa edəcək». Bu sözləri Rusiyanın baş naziri Vladimir Putin Dövlət Dumasında hökumətin ötən ilki fəaliyyəti ilə bağlı hesabat çıxışında bəyan edib.

AZADINFORM. İçkeriya Çeçen Respublikasının ilk prezidenti Cövhər Dudayevin necə öldürülməsi ilə bağlı maraqlı məlumat yayılıb. Bəlli olub ki, Çeçenistanın Rusiyadan ayrılmasını istəyən Dudayev 15 il bundan öncə xəyanətin qurbanı olub.

AZADINFORM. Ermənistan yeni atom enerji bloklarının ilkin maliyyələşməsi ilə bağlı Rusiyaya müraciət edib. Bu barədə «Azadinform» «İnterfaks»a istinadən məlumat yayıb.

AZADINFORM. Bu gün Yerevan şəhər məhkəməsi müxalifəti təmsil edən boksçu Samson Xaçatryan barədə qərarını elan edib. «Azadinform» «Armenia Today»a istinadən yaydığı xəbərdə göstərib ki, idmançı bir ay bundan əvvəl polisə hücum etdiyi üçün saxlanılıb. Məhkəmə onun bir il müddətinə şərti həbs olunması barədə qərar çıxarıb.

AZADINFORM. «Microsoft» kompaniyasının yaradıcısı Bill Geyts istirahət etdiyi Braziliyadan qovulub. Bu barədə “Azadinform” «Agence France-Presse»ə istinadən məlumat yayıb. Geytslə yanaşı onun bir neçə dostu da ölkəni tərk etməli olub. Onlar Riu-Neqru çayında, Amazonkanın ən böyük axınında qayıqla gəzərkən saxlanılıblar. Belə ki, onların gəzdikləri qayığın fəaliyyət göstərməsi ilə bağlı icazəsi olmayıb.

AZADINFORM. Böyük Britaniya Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfi bu ölkəyə təhvil verməkdən imtina edib. Bu barədə «Azadinform» Pakistanın «DawnNews» qəzetinə istinadən məlumat yayıb.

AZADINFORM. Suriya hökuməti istənilən etiraz aksiyasının keçirilməsinə total şəkildə qadağa qoyub. Bu barədə «Azadinform» «Agence France-Presse»ə istinadən məlumat yayıb.

AZADINFORM. İtaliyanın baş naziri Silvio Berlsukoninin reytinqi rekord dərəcədə aşağı düşüb. «Azadinform» «La Repubblica» qəzetinə istinadən xəbər verir ki, keçirilən rəy sorğusunun nəticələri baş nazirin reytinqinin 31 faiz təşkil etdiyini üzə çıxarıb. 58 faiz isə Berluskoniyə artıq etibar etmədiyini, 11 faiz isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

 

AZADINFORM. Pakistan yeni taktiki raketinin sınağını keçirib. «Azadinform» «Aaj-TV» telekanalına istinadən xəbər verir ki, «Nəsr» adlanan raketin sınağı uğurlu olub.

AZADINFORM. Ermənistan Milli Konqresi ölkədə baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Bu barədə «Azadinform» «ArmTodey»ə istinadən məlumat yayıb. Bəyanatda son günlər rejimin üzündən beynəlxalq ictimaiyyətin ölkəyə üç ağır zərbə vurduğu bildirilib. Birincisi, Ermənistanın «Minilliyin çağırışı» proqramı çərçivəsində maliyyələşməsinin dayandırılmasıdır. Bunu əsas gətirən ABŞ ölkədə demokratiya ilə bağlı irəliləyişlərin olmadığını göstərib.

Günel Əbilova/AZADİNFORM. Qəddafinin həyatı təhlükədədir. “Azadinform” “Zaman” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Liviyada müxalifətin qurduğu Müvəqqəti Milli Şuranın sədri Mustafa Abdulcəlil ilə görüşündə İtaliyanın xarici işlər naziri Franko Frattini deyib. Onun sözlərinə görə, bütün liviyalılar kimi ona da kömək ediləcək.

Həbibə Abdulla/AZADİNFORM. “Standard & Poor's” beynəlxalq reytinq agentliyi ABŞ-ın uzun və qısamüddətli reytinqlərini “ААА/А-1+” səviyyəsində təsdiq edib. Bu zaman uzunmüddətli reytinqin proqnozu “sabit”dən “neqativ”ə dəyişib.

AZADINFORM. Özbəkistan prezidenti İslam Kərimov Konstitusiyaya dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər parlamentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.

AZADINFORM. Çernobıl nüvə zavodunda təhlükəsizlik tədbirlərinin davam etdirilməsinə vəsait artırılması üçün Ukraynada beynəlxalq konfrans və sammit işə başlayıb. Konfrans radiasiyanı yayılmağa qoymayan yeni strukturun maliyyələşdirilməsinə 1 milyard dollar vəsait ayırmağı qarşısına məqsəd qoyub.

AZADINFORM. ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone Vaşinqtonun Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılması təşəbbüsünü dəstəkləməli olduğunu deyib.

Günel Əbilova/AZADİNFORM. İran 30 illik fasilədən sonra Misirə səfir təyin edib. “Azadinform” “CNNTürk”ə istinadən xəbər verir ki, bu addım İran xarici işlər naziri Əli Əkbər Salehi və Misir xarici işlər naziri Nabil əl-Ərəbi arasındakı danışıqlardan sonra atılıb. Qahirəyə təcrübəli diplomat Əli Əkbər Sibuyehin səfir kimi təyin olunduğu bildirilib.

AZADINFORM. Nigeriyanın hazırkı prezidenti Qudlak Conatan prezident seçkilərinin qalibi elan olunub. Bülletenlərin hesablanıb başa çatdırılmasından sonra məlum olub ki, ona seçicilərin 57 faizi səs verib.

AZADINFORM. Kuba Kommunist Partiyasının altıncı qurultayı ölkə əhalisinə daşınmaz əmlakın alqı-satqısına icazə verib. Kuba lideri Raul Kastro xəbərdar edib ki, hakimiyyət orqanları mülkiyyətin bir şəxsin əlində cəmləşməsinə imkan verməyəcək. Qeyd edək ki, qadağa 1959-cu il inqilabından sonra qoyulub.

 
Страница 621 из 625 << < 617 618 619 620 621 622 623 624 625 > >>
 Лента новостей
16.02.2018
15.02.2018
 Архив
«Фев.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo