Günel Əbilova/AZADİNFORM. Türkiyənin F-35 hərbi təyyarələri 25 il sonra havaya uçacaq. AZADINFORM “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Həsən Aksay deyib.

Günel Əbilova/AZADİNFORM. Hüsnü Mübarək və oğullarının məhkəməyə çıxacağı gün məlum olub. AZADİNFORM “Zaman” qəzetinə istinadən xəbər verir ki, Mübarək və oğulları aprelin 19-da məhkəməyə çıxacaq.

Günel Əbilova/AZADİNFORM. Rusiya prezidenti Dmitri Medvedev xarici işlər naziri Serqey Lavrovu istefaya göndərəcək. AZADİNFORM “Arqumenti nedeli”yə istinadən xəbər verir ki, Medvedevin Rusiyanın Xarici Işlər Nazirliyindən narazılığı Afrika və Yaxın Şərq ölkələrində baş verən hadisələrdən sonra kəskinləşib.

AZADİNFORM. İsrailin xarici işlər naziri Aviqdor Liberman barəsində cinayət işi açıla bilər. AZADINFORM-un «Newsru. com»a istinadən yaydığı məlumata görə, o, rüşvətxorluqda şübhəli bilinir.

AZADİNFORM. Opponentlərinin korrupsiyada ittiham etdikləri Qırğızıstanın baş nazirinin müavini Omurbek Babanov səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb.

AZADINFORM. Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ səfəri zamanı bəyan edib ki, amerikalı milyarder Donald Tramp hər zaman ölkəsinə mühacirət edə bilər. Əgər o, Gürcüstanda keçiriləcək prezident seçkilərində iştirak edərsə, qalib gələcək.

AZADINFORM. Belarus prezidenti Aleksandr Lukaşenko Minsk metropolitenində törədilən terror aktının üstünün açıldığını bəyan edib.

AZADINFFORM. Nüfuzlu “National Geographic” jurnalı Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının dünyadakı ən təhlükəli stansiyalardan biri olduğu barədə məlumat yayıb.

AZADİNFORM/ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Strasburq şəhərində Almaniya, Fransa və ətraf ölkələrdən gələn təxminən 5 min türklə bir araya gəlib. Toplantıda xaricdə yaşayan türklərə səslənən Ərdoğan "Qürbətdə tək deyilsiniz, arxanızda Türkiyə Cümhuriyyəti var" mesajı verib.

Günel Əbilova/AZADİNFORM. Serj Sarkisyanın yaxın vaxtlarda Türkiyə rəhbərləri ilə görüşü nəzərdə tutulmur. AZADİNFORM ARMTODAY-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan deyib.

AZADİNFORM. Liviya lideri Müəmmar Qəddafi müxalifət nümayəndələrinə atəşkəsin dayandırılması və barışıq barədə şərtlərini göndərib. «AZADINFORM» ərəblərə məxsus «Asharq Al-Awsat» qəzetinə istinadən xəbər verir ki, şərtlərin sayı üçdür.

AZADİNFORM/ İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər gərginləşir. İranın «Bəsic» hərəkatının üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə 6-7 ədəd içərisində yandırıcı maye olan şüşə qablar atıblar.

Günel Əbilova/AZADİNFORM. Barak Obama 2008-ci ildə seçki kompaniyasına 730 mln. dolar xərcləib.

Günel Əbilova/AZADİNFORM. Türkiyədə növbəti terror aktınnı qarşısı alınıb. AZADİNFORM Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, Konyada PKK gəncliyinin qurulması məqsədilə aparılan əmliyyatda 20 nəfər həbs olunub. Həbs olunanlar arasında universitet tələbələri də var.
Əməliyyat davam edir.

AZADİNFORM/ Misir hakimiyyət orqanları eks-prezident Hüsnü Mübarəki həbs edib. Bu barədə məlumatı “AZADINFORM” «Lenta ru» ya istinadən yayıb. İlkin məlumatlara görə, Mübarəkin saxlanılması müddəti 15 gün çəkəcək.

Günel Əbilova/AZADİNFORM. Türkiyədə növbəti terror aktınnı qarşısı alınıb.

AZADİNFORM. Filippin məhkəməsi keçmiş diktator Ferdinand Markosun arvadı İmelda Markosun dövlətdən oğurlanmış 280 min dolları gələn ayadək qaytarması barədə qərar qəbul edib. Məhkəmənin qərarında deyilir ki, keçmiş birinci ledi bu pulu qaytarmasa, bu işə məcbur ediləcək.

Günel Əbilova/AZADİNFORM. Mübarəkin iki oğlu həbs olundu. AZADİNFORM Lenta.ru-ya istinadən xəbər verir ki, Misirin sabiq prezidenti Hüsnü Mübarəkin hər iki oğlu bu ilin yanvar-fevral aylarında etiraz nümayişlərinin dağıdılmasında və korrupsiyada ittiham olunurlar. 

AZADİNFORM/ Türkiyənin xüsusi xidmət orqanları «Əl-Qaidə» terror şəbəkəsinin yerli qanadı ilə əlaqədə şübhəli bilinən 40 nəfəri həbs edib.

AZADINFORM/ ABŞ-ın Hərbi-Dəniz Qüvvələri ilk dəfə Amerikanın Kaliforniya ştatının sahillərində lazer topunu sınaqdan keçirib. Bunu “AZADINFORM” Amerikanın "Los-Anceles Tayms" qəzetinə istinadən xəbər verib.

 
Страница 619 из 620 << < 615 616 617 618 619 620 > >>
 Лента новостей
21.08.2017
17.08.2017
15.08.2017
14.08.2017
11.08.2017
 Архив
«Авг.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo