Günel Əbilova/AZADİNFORM. Obama yenə də “soyqırımı” ifadəsini işlətməyəcək.

Günel Əbilova/AZADİNFORM. Türkiyənin Qars şəhərindəki “İnsanlıq abidəsi” heykəlinin uçurdulmasına başlanılıb. “Azadinform” “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, artıq heykəlin təməl daşları sökülüb.

AZADİNFORM. Özbəkistan Prezidenti İslam Kərimovun qızı Lola Kərimova Fransanın “Rue89” informasiya saytını məhkəməyə verib. «Azadinform” «Uznews»a istinadən xəbər verir ki, o, saytın xəbərlərində atasının diktator adlandırılmasına etiraz olaraq bu addımı atıb.

/AZADINFORM/ Misirdə eks-prezident Hüsni Mübarəkin lider olduğu Milli Demokratlar Partiyası buraxılıb. Onun bütün aktivləri dövlətin sərəncamına verilib.

AZADINFORM. Səslərin ilkin hesablanması zamanı bəlli olub ki, Finlandiyada populist Əsl Finlərin Partiyası öz tarixində ilk dəfə olaraq ölkənin ən iri üç parlament partiyası sırasına düşüb. Aprelin 17-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, mühafizəkar Milli Koalisiya Partiyası 20, müxalifətdə olan Sosial Demokrat 19 və Əsl Finlərin Partiyası 19 faiz səs toplayıb.

AZADINFORM. Misirin sabiq prezidenti Hüsnü Mübarəkə qarşı irəli sürülmüş ittihamlar sübut olunarsa, o, ölümə məhkum edilə bilər. Bu barədə “Azadinform” «news.bigmir.net»ə istinadən xəbər yayıb.

AZADİNFORM. Birləşmiş Ştatlar 2011-ci ildə Gürcüstana 87 milyon dollar ayıracaq. “Azadinform” «Biznes Qruziya»ya istinadən yaydığı xəbərdə göstərib ki, belə bir məlumat ABŞ-ın xarici əlaqələr komitəsində səslənib. Həmin komitənin iclasında beynəlxalq maliyyə yardımının ayrılması müzakirə olunub.

AZADİNFORM. Burkino-Faso prezidenti Blez Kompaore paytaxt Uaqaduqunu tərk edib. «Azadinform” «İTAR-TASS»a istinadən yaydığı məlumatda göstərib ki, buna səbəb prezident alayının yüzlərlə hərbçisinin hakimiyyətə qarşı qiyam qaldırmasıdır.

Günel Əbilova/AZADİNFORM. İranda “Halal Internet” şəbəkəsi yaradılacaq. “Azadinform” İRNA agentliyinə istinadən xəbər verir ki, bu məlumatı İran vitse-prezidentinin müavini Əli Ağamuhəmmədi verib.

Günel Əbilova/AZADİNFORM. İlin ilk rübündə Ermənistana 31 mindən çox iranlı turist gəlib. “Azadinform” NEWS.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənsitanın İqtisadiyyat Nazirliyinin rəsmisi Mexak Apresyan deyib.

AZADİNFORM. Yayılan xəbərlərə görə, Gürcüstan parlamentinin binası özəlləşdirməyə çıxarılacaq. «Azadinform» «İnterpressNyus»a istinadən xəbər verir ki, parlamentin binasına artıq ərəb və yunan investorlar baxıblar. Sayt bu informasiyanı dəqiqləşdirmək üçün parlament aparatının rəhbəri David Canişviliyə müraciət etsə də, buna müvəffəq ola bilməyib.

AZADİNFORM. Almaniya prezidenti Kristian Vulfa yumurta atıblar. O, «yumurta atəşi”nə Viesbaden şəhərinə səfəri zamanı tutulub. Ona bələdiyyə binasının önündə yumurta atılıb.

AZADİNFORM. Dünyaca məşhur «Forbes» jurnalının Rusiya versiyası Rusiyanın ən varlı 200 biznesmeninin reytinq cədvəlini müəyyən edib. Bəlli olub ki, onların varidatı 500 milyard dolları keçir.

AZADİNFORM. Yaponiyanın hakimiyyət orqanları paytaxt Tokionun mümkün köçürülməsi ilə bağlı müvafiq ərazi yaratmaq istəyirlər.

AZADİNFORM. Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, ölkədə gürcü dilini təlqin etməyi gücləndirmək gərəkdir. O, qeyri-gürcü məktəblərində fənlərin minimum 30 faizinin gürcü dilində keçirilməsinə tapşırıq verib. «Azadinform” «RİA Novosti»yə istinadən xəbər verir ki, dövlət başçısı bunu Ana dili günü ərəfəsində deyib.

AZADINFORM. Rusiya Müsəlmanları İdarəsinin Ali Mütfisi Talqat Tadcuddin Rusiya gerbinə islamın simvolunu əks etdirən qızıl ayparanın əlavə olunmasını təklif edib.

Elvin Xəzər/AZADİNFORM. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin dayandırılması ilə bağlı bu ölkəyə xəbərdarlıq edib. “

AZADİNFORM. Suriyada yeni hökumət formalaşıb. «Agence France-Presse» yerli televiziyaya istinadən yaydığı xəbərdə göstərir ki, kabinet baş nazir Adel Safarın rəhbərliyi ilə formalaşıb.

AZADINFORM. Liviyada hərbi əməliyyatlar Qəddafi ölkə rəhbəri vəzifəsindən səlahiyyətlərini yerə qoyanadək davam edəcək. «Azadinform» «LENTA ru»ya istinadən xəbər verir ki, bu sözləri ABŞ, Böyük Britaniya və Fransa liderləri bəyan ediblər.

AZADİNFORM. Moskvanın qərbində hüquq-mühafizə orqanları miqrantların yaşadığı özünəməxsus yeraltı "şəhərcik" aşkar ediblər. Bombardmanlardan daldalanmaq üçün xüsusi yeraltı məxfi obyektdə 100 nəfərdən artıq miqrant yaşayırdı. AZADINFORM «BBC»-yə istinadən yaydığı xəbərdə göstərib ki, obyektə giriş elə də asan olmayıb.

 
Страница 618 из 620 << < 614 615 616 617 618 619 620 > >>
 Лента новостей
21.08.2017
17.08.2017
15.08.2017
14.08.2017
11.08.2017
 Архив
«Авг.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo