Hacı Zeynalov/AZADİNFORM. Bakı Apelyasiya Məhkəməsində Rusiya vətəndaşı İqor Bajilevski və Azərbaycan vətəndaşı Anar Nuriyevin Baş Prokurorluğun protesti əsasında məhkəməsi başa çatıb. AZADİNFORM xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nərimanov rayonunda yerləşən “Yaşıl bazar”da qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Siyavuş Məhərrəmova hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Siyavuş Məhərrəmova 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

AZADINFORM. Rusiyanın Tver şəhərində baş verən atışma milli zəmində törədilib. «Komsomolskaya pravda»ya hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, atışma şəhərin Silikatnoe zavodu ərazisində baş verib. «Azadinform» xəbər verir ki, insidentdə Azərbaycan və erməni icmasını təmsil edən 60-a yaxın şəxs iştirak edib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Ceyhun Cəfərovun məhkəməsi başlayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Füzuli Hərbi Məhkəməsində “dedovşina”da təqsirləndirilən hərbi qulluqçuya hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Əmrah Nəcəfovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kiçik çavuşu Ramil Cavanşir oğlu İslamov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ramil İslamov, həmçinin 400 manat dəyərində də cərimə olunub.

Hacı Zeynalov/AZADİNFORM. Tərtər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Tərtər rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Bəyomsarof kəndində qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Gəncə şəhərində ağır qətl hadisəsi baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda mağazadan oğurluq edən şəxslər tutulub. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən “Azadinform”a verilən məlumata görə, rayonun Fətəliyev küçəsində yerləşən mağazadan oğurluq edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda narkotik alveri ilə məşğul olan şəxslər tutulub. Nərimanov rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Toğrul Əsədov həbs edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində İran-Azərbaycan-Türkiyə-Rusiya marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb. AZADİNFORM xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Zeynal Myasnikov, Tacəddin Həsənov və Mehman Baxışovun apelyasiya şikayəti üzrə qərar açıqlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Əlizadə küçəsində yerləşən “Simpaty” gecə klubunda baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulub.

Hacı Zeynalov/AZADİNFORM. Bakı sakini qadınları İrana apararaq cinsi istismara məruz qoyması ilə bağlı tutulub. AZADİNFORM xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüxsarə Cavadova tutulub.

Hacı Zeynalov/AZADİNFORM. Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Mingəçevir şəhər Polis şöbəsindən “Azadinform”a verilən məlumata görə, hadisə Yeni Həyat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əlvan Qasımov münaqişə zəminində həmyerlisi İlkin Əliyevi bıçaqlayıb.

Hacı Zeynalov/AZADİNFORM. Siyəzəndə bıçaqlanma hadisəsi baş verib. Siyəzən rayon Polis şöbəsindən “Azadinform”a verilən məlumata görə, şəhər sakini Abdulla Mehdiyev münaqişə zəminində həmyerlisi Elçin Əsgərova bıçaqla xəsarət yetirib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Ruslan Nuriyevə hökm oxunub. AZADİNFORM xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Nuriyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “Azadinform” xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı aprelin 27-nə təyin olunub.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzillərdən oğurluq etməkdə təqsirli bilinən Lerik rayon sakini Bağdagül Səmədovaya hökm oxunub.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində küllü miqdarda narkotik vasitə satmaqda təqsirli bilinən Bakı sakini Mehman Məmmədova hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə Mehman Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluq edən Bakı sakini Elşən Cəfərovun məhkəməsi başlayıb.

 
Страница 203 из 206 << < 199 200 201 202 203 204 205 206 > >>
 Лента новостей
20.11.2018
19.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo