Hacı Zeynalov/AZADİNFORM. Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev və daha 8 nəfər şirkət əməkdaşının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. “Azadinform” xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq və soyğunçuluqda ittiham olunan Bakı sakini Cahangir Rzazadəyə hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Rzazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini Etibar Mustafayevə hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Etibar Mustafayevə 13 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Nemət Abdullayev və Samirə Əzizovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. AZADİNFORM xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı mayın 3-nə təyin edilib. 

Hacı Zeynalov/AZADİNFORM. Bakıda avtobusları qarət etməkdə təqsirli bilinən şəxslər tutulub. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən “Azadinform”a verilən məlumata görə, Bakı şəhər sakini Vilayət Əzizova məxsus “Çinar” MMC-nin həyətindən 14 ədəd “Daewoo” markalı avtobusların yan güzgüləri oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Yasamal rayonunda avtomobil oğurluğu edən şəxs tutulub. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, rayon ərazisində yaşayan Meyrə Həsənovaya məxsus “VAZ-2107” markalı avtomaşın oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda saxta əsginas aşkar edilib. Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Bakı şəhər sakini Ceyhun Əhmədovdan 1 ədəd saxta 50 manatlıq əsginas aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov/AZADİNFORM. Abşeron rayonunda ağır cinayət hadisəsi baş verib. Abşeron rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə Xırdalan dairəsi yaxınlığında, “AS” yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Qadın alveri ilə məşğul olan şəxs tutulub. “Azadinform” xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Əzizə Vəliyeva həbs edilib.

Hacı Zeynalov/AZADİNFORM. Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsinin gizirindən külli miqdarda narkotik vasitə götürülüb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Qaradağ rayonunda yerləşən xəstəxanada həkimi öldürməyə cəhddə təqsirləndirilən keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvü Sabir Hüseynov məhkəmə qərarından kasasiya şikayəti verib. Bu barədə məlumatı “AZADİNFORM”a Bakı Apelyasiya Məhkəməsindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Son bir ay ərzində Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 20 nəfər ifşa olunaraq yaxalanıb, onlardan ümumilikdə 27 kq-dan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orta məktəblərdən oğurluq etməkdə təqsirli bilinən Bakı şəhər sakini Yusif Rzayevin məhkəməsi başlayıb. “Azadinform” xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İdman Sağlamlıq Kompleksində oğurluq hadisəsi törətməkdə təqsirli bilinən Röyal Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. AZADİNFORM xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı mayın 3-nə təyin edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Elxan Hacıyevin məhkəməsi başlayıb. “Azadinform” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirli bilinən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmə mayın 3-də davam etdiriləcək.

Hacı Zeynalov/AZADİNFORM. Neftçala rayonunda ağır yol qəzası baş verib. Neftçala rayon Polis şöbəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Xıllı qəsəbəsi ərazisində qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Əbu Bəkir” məscidində terror aktı törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin başçısı Samir Mehdiyevin məhkəməsi başlayıb. AZADİNFORM xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı mayın 3-nə təyin olunub.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulub. Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, Bakı şəhər sakini Əhməd Talıbova məxsus “VAZ-2106” markalı avtomaşının ehtiyat hissələri oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq və soyğunçuluqda ittiham olunan Bakı sakini Cahangir Rzazadənin məhkəməsi keçirilib. AZADİNFORM xəbər verir ki, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror C.Rzazadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə aprelin 28-də hökm elan edəcək.
 
Страница 202 из 206 << < 198 199 200 201 202 203 204 205 206 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo