AZADİNFORM. Bu gün prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Avstriya Respublikasının Federal prezidenti Haynts Fişer və xanımı Margit Fişer ilə birgə görüşü olub. “Azadinform” xəbər verir ki, sonra Azərbaycan prezidenti İlham Əliyevin və Avstriya prezidenti Haynts Fişerin təkbətək görüşü keçirilib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Əl-Cəzirə Televiziya kanalının müxbiri Devid Frosta müsahibə verib.

Həbibə/AZADİNFORM. Maliyyə Nazirliyi gələn ilin dövlət və icmal büdcə layihələrini ictimai müzakirəyə çıxarıb.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə dünəndən strat götürən GUAM PA ilə Baltik Assambleyasının (BA) “Sərhədlər üzərində əlaqələrin qurulması” adlı Birgə Beynəlxalq Konfrans çərçivəsində “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir.

Mübariz Aslanov/AZADİNFORM. “ATƏT Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, buna baxmayaraq ABŞ hər il Ermənistana yardımlar edir, Rusiya bu ölkəni silahla doldurur, Fransa isə ermənilərə öz bacısı kimi baxır”. “Azadinform” xəbər verir ki, bunları bu gün GUAM PA-nın Milli Məclisdə təşkil etdiyi Dəyirmi masada Azərbaycanın qurumdakı üzvü, deputat Elman Məmmədov deyib.

AZADİNFORM. Prezident İlham Əliyev oktyabrın 10-da Türkiyənin  IX prezidenti Süleyman Dəmirəli qəbul edib.

AZADİNFORM. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub. “Azadinform” xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Atif Eyvazov/AZADİNFORM. Bakıda fəaliyyət göstərən  bəzi ali təhsil ocaqlarının paytaxtdan kənar digər yerlərə köçürülməsi və onların tikintisinə görə hansısa ərazidə  torpaq sahəsinin ayrılması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət daxil olmayıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov deyib.

Həbibə/AZADİNFORM. “Bu ilin sonunda pensiya kartlarının istifadə müddəti başa çatır. Ona görə də hazırda müvafiq komissiya tərəfindən pensiyaların plastik kartlarla avtomatlaşdırılmış şəkildə ödənişinin yeni dövrü üçün tenderin keçirilməsinin müzakirələri gedir”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib:

Aytən İmanova/AZADİNFORM. “Rusiyanın Minsk qrupu ilə birlikdə və ayrılıqda Qarabağ konfliktinin həllində göstərdiyi səylərə Fransa da birbaşa qoşulur”. 

AZADİNFORM. Prezident İlham Əliyev bu gün İnterpolun baş katibi Ronald Noblu qəbul edib.

Adəm Abbaslı/AZADİNFORM. Bu ilin axırına qədər Azərbaycanda lisenziya əldə etməyən otel qalmamalıdır. “Azadinform” xəbər verir ki, bu açıqlamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Bununla bağlı işlərin davam etdirildiyini vurğulayan nazir artıq müvafiq dövlət qurumlarına müraciətlərin olunduğunu da vurğulayıb: “Hal-hazırda yerlərdə monitorinqlər keçirilir. Çalışacağıq ki, verdiyimiz sözə əməl edək. Bu ilin axırına qədər Azərbaycanda fəaliyyət göstərən otellər lisenziyalı şəkildə fəaliyyət göstərəcək”.

Atif Eyvazov/AZADİNFORM. Bu il "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasına ayrılan vəsait artırılıb. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı təhsil nazirinin müavini Qulu Novruzov deyib.

AZADİNFORM. «Serj, xahiş edirəm, tualetləri aç. Xalqa  nümayiş etdir ki, sən bir məsələni həll edə bilirsən». Bu bəyanatla Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan «Azadlıq» meydanında keçirdikləri sutkalıq mitinq zamanı hazırkı dövlət başçısı Serj Sarkisyana müraciətində deyib. «Azadinform» «Armenia Today»a istinadən xəbər verir ki, sanitar-gigiyenik məsələ Ermənistanın daxili siyasətində əsas müzakirə mövzusuna çevrilib. Bu, tualetlər məsələsidir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün prezident İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olub. “Azadinform” xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcək. 

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.

Atif Eyvazov/AZADİNFORM. Doktoranturaya sənəd qəbulu artıq başa çatmaq üzrədir. Sənəd qəbulunun vaxtı artırılmayacaq. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib.

Həbibə Abdulla/AZADİNFORM.  “Azərbaycan indiyədək Beynəlxalq Əmək Təşkilatının 56 Konvensiyasını qəbul edib”.

Mübariz AslanovAZADİNFORM. “Bu gün Cənubi Qafqaz dünyanın ən zəngin etnik və dini tolerantlıq mənbəyidir”. “Azadinform” xəbər verir ki, bunları Bakıda keçirilən Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Atif Eyvazov/AZADİNFORM. “Azərbaycanın bir sıra ərazilərində son vaxtlar baş verən sürüşmələr təbii prosesdir. Burada heç bir subyektiv amilin təsiri yoxdur”. Bu barədə açıqlamanı “Azadinform”a müsahibəsində AMEA Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə söyləyib.

 
Страница 536 из 547 << < 532 533 534 535 536 537 538 539 540 > >>
 Лента новостей
15.02.2019
14.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo