Mübariz Aslanov/AZADİNFORM. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub. Bu barədə məlumatı “Azadinform”a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunu ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb. “Azadinform” FHN-ə istinadən xəbər verir ki, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş verən partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olub.

AZADİNFORM. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər Əsəd ilə görüşüb. “Azadinform” Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq görüşün görüntüləri də yayınlanıb.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb. “Azadinform” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Mübariz Aslanov/AZADİNFORM. Cari tədris ilində ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da açıqlanacaq. “Azadinform”un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qeyd edib ki, müsabiqəyə buraxılan, lakin qəbul ola bilməyən abituriyentlər indidən seçdikləri ixtisasları ərizələrinə əlavə edərək təsdiqləyə bilərlər.

AZADİNFORM. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb. “Azadinform” xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinə dair fikir mübadiləsi aparıblar.

AZADİNFORM. “Neft Fondu kiçik olanda biz mühafizəkar investisiya siyasəti tətbiq etdik və daha çox sabit gəlirli üç əsas valyuta ilə investisiya qoyduq: ABŞ dolları, avro və funt-sterlinq. Bizim hüquqi şirkətlərə və korporasiyalara investisiya qoyan qarışıq sabit gəlir vasitələr profilimiz var, lakin fond böyüdükcə biz daha riskli və daha çox mütəmadi şəkildə bərpa olunan gəlir sinifləri axtarırıq. Bu səbəbdən səhmlər, xüsusi kapital, potensial daşınmaz əmlak sahəsində diversifikasiya apara biləcəyimizə ümid edirik”.

AZADİNFORM. Bu gün Bakıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı başlayıb.

Aytən İmanova/AZADİNFORM. Avtoxuliqanlara qarşı görülən tədbirlər günbəgün sərtləşdirilir.

Mübariz Aslanov/AZADİNFORM. Əfqanıstanda qəzaya uğramış Azərbaycanın “Silk Way” aviaşirkətinin İL-76 4K-AZ 55 təyyarəsinin aşkar olunmuş “qara qutusu”nu şifrini açmaq üçün Dövlətlərarası Aviasiya Komitəsinə (Moskva) göndərmək nəzərdə tutulur. “Azadinform” xəbər verir ki, bu barədə bu gün Bakıda mətbuat konfransı keçirən qəzanın araşdırılması üzrə komissiyanın rəhbəri, “Azərbaycan Hava Yolları” QSC-nin baş direktorunun müavini İlham Əmirov bildirib.

AZADİNFORM. Xəzərin hüquqi statusuna dair Moskvada keçirilmiş beştərəfli görüşün nəticələri əsasında yekun kommünike qəbul olunub. “Azadinform” Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, sənəddə nazir müavinləri səviyyəsində iki gün davam etmiş iclasda irəliləyişin əldə edilyi vurğulanır: 

Atif Eyvazov/AZADİNFORM. Baş nazirin müavini,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr edilən kollegiya iclası keçirilib.

AZADİNFORM. Bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası öz işinə başlayıb. “Azadinform” xəbər verir ki, iclasda Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edir.

AZADİNFORM. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu olaraq bəyanatla çıxış ediblər. “Azadinform” ATƏT-in saytına istinadən xəbər verir ki, bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 11-18 iyul tarixlərində Moskva, Vilnüs, Bakı və İrəvanda səfərdə olduqları bildirilir.

AZADİNFORM. «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi əhəmiyyətli və aktiv diplomatik mərhələyə daxil olub. Bu proses çərçivəsində vasitəçilər və liderlər qərarın qəbul edilməsi üçün danışıqlar prosesini aktivləşdirməyə cəhd göstərirlər». «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri amerikalı həmsədr Robert Bradtke Yerevanda bildirib.

Həbibə/AZADİNFORM. “2011-ci ilin ilk yarısında Fondun xərcləri 905,8 mln. manat təşkil edib”. “Azadinform” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov fondun kollegiya iclasında bildirib.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, bu gün E.Məmmədyarov rusiyalı həmkarı Serqey Lavrovla görüşərək, bir sıra ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaq.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclis erməni terroru nəticəsində həyatını itirmiş 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı və anası 32 yaşlı Şahmalıyeva Elnarə Məmmədtağı qızı ilə bağlı ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş məruzəçisinə yazılı müraciət ünvanlayacaq.

AZADİNFORM. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Tovuz rayonunda 13 yaşlı qızın faciəli ölümü ilə bağlı açıqlama yayıb. Səfirlikdən “Azadinform”a verilən məlumatda bildirilir ki, səfir 13 yaşlı Aygün Şahmalıyevanın çaya atılan, içinə partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirdiyini bildirib, bu qeyri-insani davranışı hiddətlə qınayıb.

 
AZADİNFORM. “ATƏT beynəlxalq təşkilat kimi artıq uzun müddətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vasitəçilik missiyası həyata keçirir. Ötən dövr ərzində münaqişənin həlli istiqamətində bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olub”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin komitə sədri Eldar İbrahimov bildirib.

 
Страница 529 из 537 << < 525 526 527 528 529 530 531 532 533 > >>
 Лента новостей
7.12.2018
6.12.2018
 Архив
«Дек.2018»
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo