AZADİNFORM. Prezident İlham Əliyev bu gün Dənizkənarı Milli Parkda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olub.

AZADİNFORM. Mərakeş Krallığının Mərrakeş şəhərində BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 4-cü sessiyası keçirilib. Konfransda Konvensiyaya tərəf 154 dövləti, həmçinin müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarını təmsil edən 1600-dən çox nümayəndə iştirak edib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda nəqliyyat vasitələrinin idarəetmə vərdişləri üzrə imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera quraşdırılması nəzərdə tutulub. “Azadinform” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hazırlanan “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Həbibə/AZADİNFORM. 2011-ci ilin 9 ayı ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 11 831,4  manat, büdcə xərcləri isə 4 366,7 milyon manat təşkil edib.

AZADİNFORM. Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti plenumu keçirilib. Bu barədə məlumatı “Azadinform”a Ali Məhkəmədən veriblər.
Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumun iclasını açaraq bildirib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verilən Azərbaycanda son illər ailə problemlərinin həllinə yönələn və uşaq hüquqlarının müdafiəsinə həsr olunan fundamental qanunvericilik bazası yaradılıb, bu sahənin fəaliyyətini tənzimləyən Milli Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

AZADİNFORM. Sabah Türkiyənin ədliyyə naziri Sadullah Ergin Azərbaycana səfərə gəlir. Bu barədə məlumat “Azadinform”a Ədliyyə Nazirliyindən verilib.

Həbibə/AZADİNFORM. Bakıda MDB-yə üzv dövlətlərin vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının 13-cü iclası başlayıb. “Azadinform” xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Ukrayna, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Tacikistan respublikaları, həmçinin müşahidəçi qismində Litva və Latviyanın vergi və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak edir.

Aytən İmanova/AZADİNFORM. Cari ilin sonuna kimi İsveçrə prezidenti xanım Mişelin Kalmi-Reyinin və vitse-prezidentinin Azərbaycana səfəri gözlənilir.

AZADİNFORM. Türkiyənin Van əyalətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 220nəfərə çatıb, 1090 nəfər yaralı var. “Azadinform”  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Ombudsman Aparatında “20 oktyabr-20 noyabr uşaq hüquqlarının müdafiəsi” aylığına başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. “Azadinform”un məlumatına görə, ombudsman Elmira Süleymanova bildirib ki, uşaq hüquqlarının Azərbaycanın hüquq sistemində xüsusi yeri var.

AZADİNFORM. Bu gün Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısı işə başlayıb. “Azadinform” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edir.

AZADİNFORM. Bu gün BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçkisi keçiriləcək. “Azadinform” BMT-nin internet saytına istinadən xəbər verir ki, Avropa ölkələri qrupundan bir yerə Azərbaycan, Macarıstan və Sloveniya iddia edir. Afrika və Asiya-Sakit okean ölkələri qrupundan yerlər uğrunda Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo mübarizə aparacaq. Qəbul olunmuş təcrübəyə görə, bu dəfə iki yeri Afrika, bir yeri isə Asiya ölkəsi tutmalıdır.

AZADİNFORM. Liviyanın keçmiş lideri Müəmmar Qəddafi tutulub.

AZADİNFORM. Bu gün prezident İlham Əliyevin və prezident Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. “Azadinform” xəbər verir ki, “Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannamə”sini Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev imzalayıblar.

Mübariz Aslanov/AZADİNFORM. MDB və Baltikyanı ölkələr dünyanı 2020-ci il olimpiadasının Bakıda keçirilməsini dəstəkləməyə çağırıblar. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

AZADİNFORM. Qazaxıstanda rəsmi səfərdə olan Prezident İlham Əliyevin bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə təkbətək görüşü olub.

AZADİNFORM. Bu gün prezident İlham Əliyev  Qazaxıstana rəsmi səfərə yola düşüb.

AZADİNFORM. Türkiyənin cənub-şərqində, Hakkari vilayətinin Çukurca qəsəbəsi ərazisində 24 əsgərin və Bitlisin Güroymaq qəsəbəsində  5 polisin PKK terrorçuları tərəfindən şəhid edilməsindən sonra Türkiyə hərbi təyyarələri PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb.

AZADİNFORM. Biz müasir dövlət qururuq. Möhkəm ənənələr, möhkəm dəyərlər, milli mənəvi dəyərlər üzərində müasir dövlət qururuq və uğurla qururuq. Bu gün Azərbaycanı artıq bəzi dairələrdə bir örnək ölkə kimi təqdim edirlər. Bu, bizi sevindirir. Yəni bu, Azərbaycanın əldə etdiyi uğurlara verilən qiymətdir, ancaq, eyni zamanda, bizim məsuliyyətimizi də artırır. “Azadinform” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də "Buta" sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.

AZADİNFORM. Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunduğu gündür. “Azadinform” xəbər verir ki, bu gün istiqlaliyyətimizi yenidən qazanmağımızın 20 yaşı tamam olur.

 
Страница 525 из 538 << < 521 522 523 524 525 526 527 528 529 > >>
 Лента новостей
14.12.2018
13.12.2018
 Архив
«Дек.2018»
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo