Aytən İmanova/AZADİNFORM. Seçki hüququnun pozulması ilə bağlı müraciətlər olduqca azalıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Dairə Seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Ali Məhkəmənin sədri Ramiz Rzayev söyləyib.


Mübariz Aslanov/AZADİNFORM. “Əgər İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır”.

AZADİNFORM. “Bələdiyyələr öz fəaliyyətlərini açıq və demokratik pirinsiplər əsasında qurmalıdırlar”. “Azadinform” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu öz işinə başlayıb. “Azadinform” xəbər verir ki, forumun açılışında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, hazırda Azərbaycanda aktual ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.


AZADİNFORM. “Konfederasiya tipli dövlətlərin yaranması artıq tarixdə qalıb. Bu gün dünyada proseslər o istiqamətdə hərəkət edir ki, ölkələr bu və ya digər təşkilatda birləşə bilirlər”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.

AZADİNFORM. Bu gün Azərbaycana işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovla müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü olub.

AZADİNFORM. Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 50 illik yubileyinə həsr olunmuş xarici işlər nazirləri səviyyəsində növbəti tədbir işə başlayıb. Tədbirdə 106 ölkəni təmsil edən nümayəndə heyətləri iştirak edir. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

AZADİNFORM. “Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək xətti tutduq”. “Azadinform” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

AZADİNFORM. Bu gün xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşüb.

Həbibə/AZADİNFORM. 2011-ci ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 faiz artaraq avqustun 31-nə 7 mlrd. 114,2 mln. dollara çatıb. “Azadinform” bu barədə AMB-nin rəsmi məlumatına istinadən xəbər verir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) dəstəyilə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) Türkiyə, İran və MDB ölkələri də daxil olmaqla 14 ölkə üzrə Azərbaycanda regional ofisinin açılışı olub. “Azadinform” xəbər verir ki, mərasimdə yeni ofisin rəhbəri, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynli bildirib ki, regional ofis bu ölkələr üzrə koordinator rolunu oynayacaq.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib.

AZADİNFORM. Azərbaycanda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri bu gün Milli Məclisdə olublar. Parlamentdən “Azadinform”a bildiriblər ki, nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

AZADİNFORM. Sabah Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycana işgüzar səfər edəcək.

Atif Eyvazov/AZADİNFORM. Fransanın Azərbaycandakı səfirliyi  bir neçə gün öncə fransalı deputatların Dağlıq Qarabağa olan  səfəri ilə bağlı məlumat yayıb.

AZADİNFORM. Türkiyə Böyük Millət Məclisi erməni-türk protokollarını qüvvədən düşmüş hesab edib. “Azadinform” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə BMM-in daxili nizamnaməsinə əsasən, qurumun əvvəlki heyəti tərəfindən müzakirə olunmayan qanun layihələrinin hüquqi qüvvələri bitmiş sayılır.

AZADİNFORM. Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini, aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib.

Həbibə/AZADİNFORM. Gümüşün qiyməti tarixdə maksimuma çatıb. “Azadinform” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu gün dünya qiymətli metallar bazarında gümüşün unsiyası (31.1 qramı) 46.3 dollara yüksəlib.

AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sabah Çeçenistanın paytaxtı Qroznı şəhərinə səfərə yola düşəcək.

AZADİNFORM. ABŞ Dövlət Departamenti 2010-cu ildə dünyada terrorizmə qarşı mübarizəyə dair ənənəvi illik hesabatını açıqlayıb. «Azadinform» «Amerikanın səsi»nə istinadən xəbər verir ki, Azərbaycana həsr olunan bölmədə deyilir ki, ölkə Qafqaz vasitəsilə adamları, pul və materialları keçirməyə cəhd göstərən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparır.

 
Страница 524 из 533 << < 520 521 522 523 524 525 526 527 528 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo