Həbibə/AZADİNFORM. Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatını həyata keçirmək üçün müvafiq proqramların hazırlanmasına start verib. “Azadinform”un məlumatına görə, bunu vergilər nazirinin müavini Natiq Əmirov deyib.

AZADİNFORM. «Rusiya prezidenti Dmitri Medvedyev onun təşəbbüsü ilə Kazanda keçirilən görüşün nəticələrini analiz edib və yaxın günlərdə bu istiqamətdə atacağı gələcək addımlarla bağlı qərar qəbul edəcək». «Azadinform» «Rossiya 24» telekanalına istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Aytən İmanova/AZADİNFORM. Azərbaycanın valyuta rezervləri 40 mlrd. dollara bərabərdir. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə iqtisadi inkişaf naziri Şahin Mustafayev söyləyib. Onun sözlərinə görə, bu vəsait Azərbaycanın xarici borcundan 7 dəfə  artıqdır.

AZADİNFORM. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Müqəddəs Taxt-Taca səfəri nəzərdə tutulub.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti Serbiyanın Belqrad şəhərinə səfərə yola düşüb. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Həbibə/AZADİNFORM. “2015-ci il üçün kağız pullar saxlanılan pul kisələrinə ehtiyac olmayacaq. Ələlxüsus da amerikalılara gündəlik həyatlarında”. “Azadinform” xəbər verir ki, bunu “PayPal” elektron ödəniş sisteminin prezidenti Skott Tompson öz bloqunda yerləşdirdiyi mətndə bildirib:

Həbibə Abdulla/AZADİNFORM. Vergilər Nazirliyi bu gündən etibarən fiziki şəxslərin elektron qeydiyyatını həyata keçirməyə start verib. “Azadinform” xəbər verir ki, bu proses dövlət başçısının 23 may 2011-ci il tarixində imzaladığı “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası kimi həyata keçirilir.

1.07.2011
Pensiyalar artdı

Həbibə/AZADİNFORM. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində 2011-ci il iyul ayının 1-i tarixindən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb.

Atif Eyvazov/AZADİNFORM. Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək.

Atif Eyvazov/AZADİNFORM. Bu gün baş nazir Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Argentinanın Gömrük İdarəsinin baş direktoru Maria Siomara Ayeranı qəbul edib. “Azadinform” xəbər verir ki, görüşdə argentinalı qonaq regionun ən inkişaf etmiş dövlətlərindən biri olan Azərbaycana gəlişindən şərəf duyduğunu deyərək, ölkəmizdə müşahidə etdiyi böyük quruculuq işlərindən, iqtisadi inkişafın səviyyəsindən, o cümlədən, dövlət qayğısı sayəsində qurulan müasir gömrük xidməti sistemindən və onun yüksək texniki təchizatından məmnunluqla danışıb.

AZADİNFORM. Analitiklər Kazanda keçirilən uğursuz danışıqlar fonunda Cənubi Qafqazda yeni müharibənin baş verə biləcəyindən ehtiyat edirlər. «Azadinform»un məlumatına görə, bu barədə «Reuters»in analitik məqaləsində qeyd edilir.

AZADİNFORM. Fələstin Dövlətinin prezidenti Mahmud Abbas Azərbaycana rəsmi səfərə gəlib. “Azadinform” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı baş nazirin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında Milli preventiv qrup yaradılacaq. “Azadinform” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) haqqında” qanuna edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

AZADİNFORM. “ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin yaxın zamanlarda keçirilməsi mümkündür”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. 

Həbibə/AZADİNFORM. İyuldan etibarən vergi bəyannamələrinin, hesabat və arayışların on-layn formada (məs: sadələşdirilmiş vergi bəyannaməsi kimi) vergi orqanlarına təqdim olunması, saxlanılması və çap edilməsi imkanlarının yaradılması tam başa çatdırılacaq.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda həkimlərin və müəllimlərin dövlət qulluğu ilə bağlı statusu müəyyən edildikdən sonra onların əmək haqları  iki dəfəyədək qaldırılacaq.

AZADİNFORM. “Dağlıq Qarabağ münaqişəsi nə qədər tez həll olunsa, bu, regional təhlükəsizliyə ən böyük töhfə olar”. “Azadinform” xəbər verir ki, bu sözləri Brüsseldə Krans Montana Forumunun rəsmi açılışında Prezident İlham Əliyev deyib.

AZADİNFORM. ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endrü Şapiro Azərbaycana gəlib. “Azadinform” xəbər verir ki, Endrü Şapiro Azərbaycan-ABŞ təhlükəsizlik dialoqunun növbəti raundunda iştirak edəcək ABŞ nümayəndə heyətinə rəhbərlik edir.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Brüsseldə Albaniyanın baş naziri Sali Berişa ilə görüşüb. “Azadinform” xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb, Albaniyanın Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyi qeyd edilib.

AZADİNFORM. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ilə bağlı bəyanat yayıb. “Azadinform” xəbər verir ki, bəyanatda bildirilir ki, sabah Kazanda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə görüşü keçiriləcək:

 
Страница 523 из 529 << < 519 520 521 522 523 524 525 526 527 > >>
 Лента новостей
16.10.2018
15.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo