Aytən İmanova/AZADİNFORM. Avtoxuliqanlara qarşı görülən tədbirlər günbəgün sərtləşdirilir.

Mübariz Aslanov/AZADİNFORM. Əfqanıstanda qəzaya uğramış Azərbaycanın “Silk Way” aviaşirkətinin İL-76 4K-AZ 55 təyyarəsinin aşkar olunmuş “qara qutusu”nu şifrini açmaq üçün Dövlətlərarası Aviasiya Komitəsinə (Moskva) göndərmək nəzərdə tutulur. “Azadinform” xəbər verir ki, bu barədə bu gün Bakıda mətbuat konfransı keçirən qəzanın araşdırılması üzrə komissiyanın rəhbəri, “Azərbaycan Hava Yolları” QSC-nin baş direktorunun müavini İlham Əmirov bildirib.

AZADİNFORM. Xəzərin hüquqi statusuna dair Moskvada keçirilmiş beştərəfli görüşün nəticələri əsasında yekun kommünike qəbul olunub. “Azadinform” Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, sənəddə nazir müavinləri səviyyəsində iki gün davam etmiş iclasda irəliləyişin əldə edilyi vurğulanır: 

Atif Eyvazov/AZADİNFORM. Baş nazirin müavini,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr edilən kollegiya iclası keçirilib.

AZADİNFORM. Bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası öz işinə başlayıb. “Azadinform” xəbər verir ki, iclasda Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edir.

AZADİNFORM. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu olaraq bəyanatla çıxış ediblər. “Azadinform” ATƏT-in saytına istinadən xəbər verir ki, bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 11-18 iyul tarixlərində Moskva, Vilnüs, Bakı və İrəvanda səfərdə olduqları bildirilir.

AZADİNFORM. «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi əhəmiyyətli və aktiv diplomatik mərhələyə daxil olub. Bu proses çərçivəsində vasitəçilər və liderlər qərarın qəbul edilməsi üçün danışıqlar prosesini aktivləşdirməyə cəhd göstərirlər». «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri amerikalı həmsədr Robert Bradtke Yerevanda bildirib.

Həbibə/AZADİNFORM. “2011-ci ilin ilk yarısında Fondun xərcləri 905,8 mln. manat təşkil edib”. “Azadinform” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov fondun kollegiya iclasında bildirib.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, bu gün E.Məmmədyarov rusiyalı həmkarı Serqey Lavrovla görüşərək, bir sıra ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaq.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclis erməni terroru nəticəsində həyatını itirmiş 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı və anası 32 yaşlı Şahmalıyeva Elnarə Məmmədtağı qızı ilə bağlı ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş məruzəçisinə yazılı müraciət ünvanlayacaq.

AZADİNFORM. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Tovuz rayonunda 13 yaşlı qızın faciəli ölümü ilə bağlı açıqlama yayıb. Səfirlikdən “Azadinform”a verilən məlumatda bildirilir ki, səfir 13 yaşlı Aygün Şahmalıyevanın çaya atılan, içinə partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirdiyini bildirib, bu qeyri-insani davranışı hiddətlə qınayıb.

 
AZADİNFORM. “ATƏT beynəlxalq təşkilat kimi artıq uzun müddətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vasitəçilik missiyası həyata keçirir. Ötən dövr ərzində münaqişənin həlli istiqamətində bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olub”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin komitə sədri Eldar İbrahimov bildirib.

Aytən İmanova/AZADİNFORM. “Biz Əfqanıstanda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan hökuməti və “Silk Way” şirkəti ilə sıx əlaqə saxlayırıq. “Silk Way” ABŞ və NATO üçün vacib partnyordur”. 

 

Aytən İmanova/AZADİNFORM. ANAMA layihəsinin 36 faizini Azərbaycan maliyyələşdirib. “Azadinform” xəbər verir ki, bu barədə baş nazirin müavini Abid Şərifov “Azərbaycanda partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsi”nin bitməsi ilə bağlı keçirilən tədbirdə deyib.

AZADİNFORM. “Azərbaycan öz düzəlişlərini geri çəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplərə dair irəliləyiş əldə etmək mümkün olar”. “Azadinform” “Novosti-Armeniya” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün jurnalistlərə açıqlamasında belə deyib.

AZADİNFORM. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə ona rusiyalı həmkarı Dmitri Medvedevin təkliflərini və müraciətini çatdırıb.

Mübariz Aslanov/AZADİNFORM. İyulun 3-də III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin əksər hissəsi 0-100 bal arası bal toplayıb. Bunların da əksəriyyəti orta məktəbi bu il qurtarıb. “Azadinform” xəbər ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bir sıra rayonların meşə təsərrüfatı idarələrinin rəisiləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun əmri ilə vəzifəsindən uzaqlaşdırılıb. “Azadinform”a xəbər verir ki, bu barədə açıqlamanı nazir H.Bağırov özü deyib.

AZADİNFORM. Tbilisidə həbs edilən fotojurnalistlərə qarşı xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamı irəli sürülüb.

Həbibə/AZADİNFORM. Bakıdakı hotellər “Eurovision – 2012” mahnı yarışmasında iştirak etmək üçün Azərbaycanın paytaxtına gələcək qonaqları qəbul etməyə hazırdır.

 
Страница 522 из 529 << < 518 519 520 521 522 523 524 525 526 > >>
 Лента новостей
16.10.2018
15.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo