Mübariz Aslanov/AZADİNFORM. Yaxın illərdə Azərbaycan və Türkiyə arasında səhiyyə sistemində əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Recep Akdağ bildirib.

Atif Eyvazov/AZADİNFORM. Ötən ilki parlament seçkiləri ərəfəsində Azərbaycanda namizədlər tərəfindən 1600 görüş, piket keçirilib. “Azadinform” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Nazir müavininin sözlərinə əsasən, bunların 1500-ü müvafiq orqanlarla razılaşdırılmış mitinq olub.

AZADİNFORM. ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik dekabr ayında Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasından əvvəl fəaliyyət planını müzakirə etmək və əlaqələndirmək üçün sentyabrın 7-də Vyanada görüşüblər.


AZADİNFORM. Prezident İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak edib. “Azadinform” xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev prezident İlham Əliyevə məlumat verib ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Moldovanın ətraf mühit naziri George Şalaru Azərbaycana gəlib. “Azadinform” xəbər verir ki, moldovalı nazir Qəbələdə keçirilən 11-ci Beynəlxlq Pestisidlər Forumunda iştirak etmək üçün ölkəmizdədir. Qonaq sabah Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşəcək. G.Şalaru Qəbələdə jurnalistlərə açıqlamasında bildirib ki, azərbaycanlı həmkarı ilə görüşdə gələcəkdə Azərbaycanla həyata keçiriləcək birgə layihələri müzakirə edəcək.

Aytən Imanova/ AZADİNFORM. “Azərbaycan mətbuatı hələ sözün əsl mənasında 4-cü hakimiyyət deyil. Mətbuat nə zaman ki bu statusa tam malik olacaq, o zaman mətbuata qeyri-peşəkar şəxslərin axını tamamilə kəsiləcək”.

AZADİNFORM. «Qarabağ münaqişəsi Cənubi Qafqazda əlverişli mühitin yaranmasında ən böyük maneədir. Mən hesab edirəm ki, Türkiyənin bu məsələdə mövqeyi Rusiyanın nöqteyi-nəzəri ilə üst-üstə düşür.

Aytən İmanova/AZADİNFORM. Seçki hüququnun pozulması ilə bağlı müraciətlər olduqca azalıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Dairə Seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Ali Məhkəmənin sədri Ramiz Rzayev söyləyib.


Mübariz Aslanov/AZADİNFORM. “Əgər İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır”.

AZADİNFORM. “Bələdiyyələr öz fəaliyyətlərini açıq və demokratik pirinsiplər əsasında qurmalıdırlar”. “Azadinform” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu öz işinə başlayıb. “Azadinform” xəbər verir ki, forumun açılışında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, hazırda Azərbaycanda aktual ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.


AZADİNFORM. “Konfederasiya tipli dövlətlərin yaranması artıq tarixdə qalıb. Bu gün dünyada proseslər o istiqamətdə hərəkət edir ki, ölkələr bu və ya digər təşkilatda birləşə bilirlər”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.

AZADİNFORM. Bu gün Azərbaycana işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovla müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü olub.

AZADİNFORM. Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 50 illik yubileyinə həsr olunmuş xarici işlər nazirləri səviyyəsində növbəti tədbir işə başlayıb. Tədbirdə 106 ölkəni təmsil edən nümayəndə heyətləri iştirak edir. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

AZADİNFORM. “Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək xətti tutduq”. “Azadinform” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

AZADİNFORM. Bu gün xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşüb.

Həbibə/AZADİNFORM. 2011-ci ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 faiz artaraq avqustun 31-nə 7 mlrd. 114,2 mln. dollara çatıb. “Azadinform” bu barədə AMB-nin rəsmi məlumatına istinadən xəbər verir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) dəstəyilə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) Türkiyə, İran və MDB ölkələri də daxil olmaqla 14 ölkə üzrə Azərbaycanda regional ofisinin açılışı olub. “Azadinform” xəbər verir ki, mərasimdə yeni ofisin rəhbəri, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynli bildirib ki, regional ofis bu ölkələr üzrə koordinator rolunu oynayacaq.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib.

AZADİNFORM. Azərbaycanda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri bu gün Milli Məclisdə olublar. Parlamentdən “Azadinform”a bildiriblər ki, nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

 
Страница 520 из 529 << < 516 517 518 519 520 521 522 523 524 > >>
 Лента новостей
19.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo