AZADİNFORM. Ombudsman Elmira Süleymanova  Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına baxış keçirib. Məlumatı “Azadinform”a Ombudsman Apatarının mətbuat xidmətindən veriblər.

 

AZADİNFORM. Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib. Bu barədə məlumatı “Azadinform”a DSMF-dən veriblər.

 

AZADİNFORM. Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Husəm əl Əsəd üsyançılar tərəfindən ələ keçirilib. “Azadinform” “Əl Ərəbiyə”-yə istinadən xəbər yayıb ki, bu haqda Suriyanın nüfuzlu sələfi dini lideri Şeyx Adnan Arur “Twitter” hesabında məlumat verib. Onun söylədiyinə görə, Husəm Əsəd “Azad Suriya Ordusu”-nun “Əl Faruq” briqadası tərəfindən ələ keçirilib.

2012-ci il Nobel mükafatının ilk laureatlarının adları məlum olub. İlk olaraq, tibb və ya fiziologiya sahəsində bu mükafata britaniyalı Con Qordon və yaponiyalı Sinya Yamanaka layiq görülüblər.

Natiq Bağırov/AZADİNFORM. Dənizkənarı Milli Parkda yerləşən “YaxtKlub”da ofisant işləyənlər Belçika vətəndaşının pulunu oğurlayıblar. Bu barədə “Azadinform”a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. 

Atif Eyvazov/AZADİNFORM. “Vaxtilə Bakı şəhərində tikilən “Xruşşovka”ların sökülməsi məsələsi hələlik gündəmdə deyil”. “Azadinform” xəbər verir ki, bu barədə baş nazirin müavini Abid Şərifov deyib.

Atif Eyvazov/AZADİNFORM. “Azərbaycanda 1967-ci ilə qədər tikilən binalar barəsində heç bir antiseysmoloji tədbirlər nəzərə alınmayıb. Yəni o vaxtadək tikilən binaların layihəsində antiseysmik tədbirlər qeyd edilməyib. Hətta Yasamal rayonunda tikilən 5 mərtəbəli binalarda bu tədbir görülməyib”. 

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Milli Məclisinin rəhbərliyinin bəzilərinin oktyabr ayı üçün qəbul günləri açıqlanıb. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Xəzərin Azərbaycan sektorunda  dənizdibi 3 seysmoloji stansiya quraşdırılacaq. “Azadinform” xəbər verir ki, bu barədə ABŞ-ın “Kinemetrik” şirkətinin vitse-prezidenti Ogie Kuraica deyib. 

Bu gün İsveçin paytaxtı Stokholmda 111-ci Nobel həftəsi başlayır. 2012-ci il Nobel mükafatı laueratlarının adları oktyabrın 8-dən 15-dək açıqlanacaq.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Tərtər rayonuna səfər edib.

Oktyabrın 4-5-də keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçıları Birləşmiş Millətlər Təşkilatının "Minillik Bəyannaməsi"ni rəhbər tutaraq, qloballaşma prosesinə ədalətli xarakter verilməsinin vacibliyini qəbul edərək siyasi və elmi elitanı, nüfuzlu beynəlxalq strukturları dinamik qloballaşan cəmiyyətdə humanitar problemlərə xüsusi diqqət yetirməyə çağırır.

Natiq Bağırov/AZADİNFORM. Bakıda saxta diplom satan şəbəkə ələ keçib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Mübariz Aslanov/AZADİNFORM. “Fransada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Azərbaycanla münasibətlər daim yüksək səviyyədə olacaq”. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisində keçirdiyi mətbuat konfransında Avropa Parlamentinin fransalı üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati bildirib.

Ölüm səbəblərinin araşdırılması üçün meyiti ekshumasiya olunan Türkiyənin 8-ci prezidenti Turqut Özal yenidən torpağa tapşırılıb. 

AZADİNFORM. ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland Türkiyənin Suriyaya adekvat cavab verdiyini deyib.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu davam edir. 

AZADİNFORM. Ermənistanda korrupsiya halları tüğyan edir. Rüşvət alma faktlarına daha çox Sosial Sığorta Nazirliyində rast gəlinir. “Azadinform” “ArmTodey”ə istinadən xəbər verir ki, Ermənistan KİV-ləri xəbər verirlər ki, baş nazirin nəzarət xidməti bununla bağlı hesabat hazırlayaraq hökumətə təqdim edib.

Atif Eyvazov/AZADİNFORM. “Heç bir təhsil sistemi onun sahib olduğu müəllimlərdən daha yaxşı deyil. Müəllimlər təhsil keşikçiləridirlər, onlar bilik, bacarıq və dəyərləri təmsil edirlər. Müəllimlər, ən yaxşı halda, gənclərin istedad və təfəkkürünü aşkara çıxararaq onların daha məhsuldar vətəndaş kimi inkişaf etmələri üçün vasitəçi olurlar”.  “Azadinform” xəbər verir ki, bu fikirlər BMT-nin baş katibinin 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ilə bağlı yayılan məlumatda əks olunub. 

 

Türkiyə  mətbuatının məlumatına görə, Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə hücum edərək səfir Kristofer Stivensi öldürdüyü iddia edilən şəxslərdən ikisi Türkiyədə saxlanılıb. Saxlanılan şəxslərin Tunis vətəndaşı olduğu bildirilir. 

 
Страница 516 из 547 << < 512 513 514 515 516 517 518 519 520 > >>
 Лента новостей
15.02.2019
14.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo