Adəm Abbaslı/AZADİNFORM. Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2012-ci ilin birinci yarısının yekunlarına dair səyyar kollegiya iclasları keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə məlumatı “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

 

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda həmkarlar ittifaqlarının yaşlı üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər demək olar ki, hazırdır”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev bildirib.

 

AZADİNFORM. Prezident İlham Əliyev bu gün  Heydər Əliyev Mərkəzində olub. “Azadinform” xəbər verir ki,  iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında aparılan qaynaq işləri nəticəsində yanğın baş vermişdi.

AZADİNFORM. Bu gün Vaşinqtonda növbəti ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu keçiriləcək. XİN-dən “Azadinform”a verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar nazirliklərinin, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidmətinin təmsilçiləri daxildir. ABŞ nümayəndə heyətinə isə dövlət katibinin müavini Endrü Şapiro rəhbərlik edir.

AZADİNFORM. Bu gün Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti XXX Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşüb. “Azadinform” xəbər verir ki, idmançılardan ibarət növbəti heyət iyulun 26-da, avqustun 2 və 4-də Londona yola düşəcək.Azərbaycanın London Yay Olimpiya Oyunlarındakı komandasının bayraqdarı isə Elnur Məmmədli olacaq.

İyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsinin başvermə səbəblərinin araşdırılması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Atif Eyvazov/AZADİNFORM. Cari ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 7391,9 milyon manat, büdcə xərcləri isə 4878,1 milyon manat təşkil edib.

AZADİNFORM. Macarıstanın dövlət katibi, Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Piter Siyarto bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşüb. 

 

AZADİNFORM. Bakıda Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzində yanğın başlayıb. “Azadinform” xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub. 

 

AZADİNFORM. Səhiyyə Nazirliyi dünən Dövlət Sərhəd Xidmətinin Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən hərbi hissəsinin bazasında baş verən yanğınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, 19.07.2012-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən hərbi hissəsinin bazasında güclü yanğın baş verib. Hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

AZADİNFORM. Azad Suriya Ordusunun komandanı Riyad Əl Əsəd prezident Bəşər Əsədin hücum zamanı yaralandığını və Lazkiyə şəhərinə qaçdığını bildirib.  

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foksu qəbul edib.

 

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentiyabrda BMT Baş Assambleyasının növbəti sessiyasının açılış mərasimi çərçivəsində olacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

AZADİNFORM. Cari ilin I yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya ilə əlaqədar vətəndaşların 1328 müraciətinə baxıb. “Azadinform” xəbər verir ki, bunu idarənin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Kamran Əliyev bildirib ki, daxil olmuş 27 müraciət və 83 digər məlumatlara (ümumilikdə 110) cinayət xarakterli material kimi baxılıb. Onlardan 61-i və ya 55,45 %-i üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

 

Atif Eyvazov/AZADINFORM. Ölkəmizdə narkotikdən istifadə hallarına meyllik artıb və xüsusən də gənclər arasında bu özünü daha qabarıq göstərməkdədir. “Azadinform” xəbər verir ki, bu fikirləri Narkotiklərə dair Milli Təbliğat ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib. 

 

 

 

Atif Eyvazov/AZADINFORM. Bu gün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində xaricdə və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr, həmin proqram çərçivəsində şirkətin idarə və müəssisələrində işə qəbul olunan gənclərlə görüş keçirilib. 

AZADİNFORM. “Ukrayna 2013-cü ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Dağlıq Qarabağ və Dnestryanı münaqişəni ölü nöqtədən tərpətməyə cəhd göstərməyə çalışacaq”.

AZADİNFORM.Manatın dollara nisbətən bahalaşması az da olsa davam edir. Belə ki, ABŞ valyutası Azərbaycanda son 13 ildə ən aşağı həddə düşüb. “Azadinform” “İqtisadi forum” jurnalına istinadən xəbər verir ki, dolların manata olan rəsmi məzənnəsi 11-12 iyul tarixlərində aşağı düşərək 1 dollar üçün 78,55 qəpik təşkil edib. Bu, son 13 ildə ən aşağı səviyyədir.

Atif Eyvazov/AZADİNFORM. Təhsil Nazirliyinə məktəblərdə vakant müəllim yerlərinə keçirilən imtahanda iştirak etmək üçün 10 mindən çox ərizə daxil olub. “Azadinform”un məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

 
Страница 499 из 523 << < 495 496 497 498 499 500 501 502 503 > >>
 Лента новостей
20.06.2018
14.06.2018
 Архив
«Июн.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo