AZADİNFORM. Ramil Səfərovla bağlı məsələnin AŞPA gündəliyinə çıxarılması bir daha göstərir ki, qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində balanslaşdırılmış siyasət yeritmir. “Azadinform” xəbər verir ki, bu barədə AŞPA-nın iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

AZADİNFORM. “Seçkiqabağı kampaniya gərgin keçsə də biz birlikdə işləməyə öyrənməliyik”. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Gürcüstan prezidenti Mixel Saakaşvili çıxış edib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri arasında deputat nişanı üstündə mübahisə düşüb. “Azadinform” xəbər verir ki, bu barədə təşəbbüslə çıxış edən deputat Etibar Hüseynov nişanın indiki formasına etirazını bildirib.
“Biz deputatların nə maaşı fərlidir, nə də döş medalımız.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında Ramil Səfərov məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət üçün yaradılmış komissiya Avropa Parlamentinin müvafiq qətnaməsinə qarşı bəyanat hazırlanıb. “Azadinform” xəbər verir ki, bəyanatı komissiyanın üzvü, deputat Sədaqət Vəliyeva oxuyub.

Mübariz Aslanov/AZADİNFORM. Millət vəkili Gülər Əhmədova ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyasının qərarından sonra parlamentin müzakirəsinə çıxarılacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda partlayış olması ilə bağlı xəbərləri təkzib edib. “Azadinform” şirkətin rəsmi saytına istinadən xəbər verir ki, zavodun 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb: “Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır.

Mübariz Alsnaov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında İran-Azərbaycan münasibətləri ətrafında mübahisə düşüb. “Azadinform” xəbər verir ki, iclasda çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov ABŞ Konqresinin üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərkən deyib ki, İranla Azərbaycanın dostluq münasibətləri var və kimin nə problemi varsa özü həll etsin. O, bəzi tərəfləri Azərbaycana və azərbaycanlılara problem yaratmaqda, İranla Azərbaycanın arasını vurmaqda ittiham edib: “İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır.

Həbibə/AZADİNFORM. Rusiya istehsalı olan bəzi avtomobillərin Azərbaycana idxalı bu gündən qadağan edilib. 

Həbibə/AZADİNFORM. Türk Hava Yolları şirkəti Bakı-İstanbul-Bakı aviareysinə endirim tətbiq edib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Milli Məclisində Deputatların Etik Davranış Kodeksi qəbul oluna bilər. “Azadinform” xəbər verir ki, bu barədə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün, oktyabrın 1-i Azərbaycanın  prokurorluq orqanlarının işçiləri peşə bayramını qeyd edirlər. 

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında ATƏT və bir sıra beynəlxalq təşkilatlara qarşı etiraz çıxışları olub. “Azadinform” xəbər verir ki, iclasda YAP-dan olan deputat Mübariz Qurbanlı təmsil olunduğu partiyanın təşkilatçılığı ilə Avropa Parlamentinə etriraz məktubunun göndərildiyini xatırladıb. Onun sözlərinə görə, bu onu göstərir ki, Azərbaycanın siyasi partiyaları ümummilli məsələlərdə eyni nöqtəyə vurur.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı məsələ müzakirəyə çıxarılıb. “Azadinform” xəbər verir ki, spiker  Oqtay Əsədov qeyd edib ki, R.Səfərov yerli və beynəlxalq konvensiyalara uyğun şəkildə Azərbaycana ekstradisiya olunub: “Erməni tərəfi bu məsələni gündəmdə saxlamaqla status-kvonun qalmasını istəyirlər. Bu isə yolverilməzdir. AŞ PA-nın toplantısında erməni tərəfinə bizim prezidentin saytına baxdıqları üçün təşəkkür etdim və əlavə etdim ki, öz prezidentinizin də saytına baxın".

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin bu ilin payız sessiyasının ilk plenar iclası başlayıb. “Azadinform” xəbər verir ki, ilk iclasın gündəliyinə 17 məsələ daxil edilib. Deputatlar cari məsələlərdən sonra Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planını təsdiq edəcəklər. Sonra Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərara dəyişiklik olunacaq.

Atif Eyvazov/AZADİNFORM.  Bu il Azərbaycanda  korrupsiya ilə bağlı 209 nəfər vəzifəli şəxs barəsində açılan 114 cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün məhkəmələrə göndərilib. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı baş prokuror Zakir Qaralov deyib.

Atif Eyvazov/AZADİNFORM. Heç bir siyasi qüvvə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən millət vəkili Gülər Əhmədova ilə bağlı yayılan videoçəkilişlə bağlı açılan cinayət işinin materiallarını siyasiləşdirməməlidir. “Azadinform” xəbər verir ki, bu fikirləri jurnalistlərə baş prokuror Zakir Qaralov deyib.

AZADİNFORM. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gülər Əhmədovanı öz sıralarından xaric edib. “Azadinform” xəbər verir ki, bu barədə Modern.az saytına YAP-dan məlumat verilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında çıxış edib.

AZADİNFORM. Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu “Azadinform"a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Gülər Əhmədova ərizəsində son günlər yayılan videonu əsas gətirərək deputatlığına xitam verilməsini istəyib.

Həbibə/AZADİNFORM. Yay turizm mövsümündə aparılan müvafiq monitorinqlərin nəticəsinə uyğun olaraq regionlarda fəaliyyət göstərən 4 otelin lisenziyası alınıb. “Azadinform”un məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir həmçinin qeyd edib ki, əlavə olaraq 5-6 otelə xəbərdarlıq edilib: “Hazırda onların adları yadımda olmadığı üçün deyə bilməyəcəyəm, amma yaxın vaxtlarda həmin otellərin siyahısı ictimaiyyətə açıqlanacaq”.

 
Страница 495 из 524 << < 491 492 493 494 495 496 497 498 499 > >>
 Лента новостей
16.07.2018
13.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo