“Düşmən bu cür danışmağa adət edib. Dəfələrlə belə cəfəng və sərsəm bəyanatların şahidi olmuşuq. Bunu düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik. Onun gücü və ağlı özününkü deyil, kənardan gəlmədir”.

AZADİNFORM. Rusiya Xarici İşlər Nazirliyində Azərbaycan  və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib. XİN-dən “Azadinform”a verilən məlumata görə, məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfovun və RF Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İ.B.Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezident İlham Əliyev bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitində çıxış edib. “Azadinform” xəbər verir ki, prezident çıxışında bildirib ki, ECO-ya üzv ölkələr ilə Azərbaycanın çox geniş əməkdaşlığı var.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin 12-ci sammitinin açılışı olub.

Oktyabrın 23-də Moskvada Rusiyadakı Azərbaycan və Ermənistan diaspor rəhbərlərinin görüşü keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət başçılarının 12-ci sammiti işə başlayıb. “Azadinform” xəbər verir ki, sammitdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev iştirakçı ölkələrin dövlət və hökumət rəhbərlərini qarşılayıb.

 Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb. 

“Xankəndi aeroportunun açılması Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinə neqativ təsir göstərəcək”. Bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verib. 

Bakı şəhər yol polisinin 220-dən artıq əməkdaşı xidməti fəaliyyətində nöqsanlara yol verdiyi üçün cəzalandırılıb.

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası keçirilir.

“İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və tanıyır”.

Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında deyib. 


Ermənistana məxsus yük təyyarəsi Türkiyə hava məkanında olarkən bu ölkənin Ərzurum hava limanına enməyə məcbur edilib.

Türkiyə xəbər agentlikləri təyyarədə axtarış aparıldığını bildirirlər. 


Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvlərinin görüşü keçirilib. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına həmin görüşdə iştirak etmiş YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib.

Görüş zamanı Hacıyev BMT baş katibi Pan Gi Muna sualla müraciət edib. 

Bu ilin dekabrında Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsi planlaşdırılır.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.


AZADİNFORM. Ulan Batorda 58 il bundan əvvəl Vladimir Leninin şərəfinə ucaldılmış heykəli uçurublar. Abidənin sökülməsi barədə qərarı şəhər meri qəbul edib. Qərarı şərh edən mer bildirib ki, minlərlə monqol Leninin və Stalinin siyasi repressiyalarının qurbanı olub.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardım edən ideyaların məzarlığına çevrilib. Bunun Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Gələn il Azərbaycanda dövlət büdcəsindən müdafiə xərclərinə 1 milyard 528 milyon 582 min manat (təqribən 1 milyard 947 milyon 238 min dollar) vəsaitin ayrılması planlaşdırılır. Bu 2012-ci ilin göstəricisindən 8,6% çoxdur.

Bu il paytaxt ərazisində sərnişin avtobusunun sürücüləri tərəfindən 54 yol qəzası törədilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, avtobus sürücüləri tərəfindən törədilmiş yol qəzalarında 29 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. 

AZADİNFORM. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısını almaq üçün işləri gücləndirəcək. Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

 
Страница 490 из 524 << < 486 487 488 489 490 491 492 493 494 > >>
 Лента новостей
20.07.2018
18.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo