Atif Eyvazov/AZADINFORM. Ölkəmizdə narkotikdən istifadə hallarına meyllik artıb və xüsusən də gənclər arasında bu özünü daha qabarıq göstərməkdədir. “Azadinform” xəbər verir ki, bu fikirləri Narkotiklərə dair Milli Təbliğat ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib. 

 

 

 

Atif Eyvazov/AZADINFORM. Bu gün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində xaricdə və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr, həmin proqram çərçivəsində şirkətin idarə və müəssisələrində işə qəbul olunan gənclərlə görüş keçirilib. 

AZADİNFORM. “Ukrayna 2013-cü ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Dağlıq Qarabağ və Dnestryanı münaqişəni ölü nöqtədən tərpətməyə cəhd göstərməyə çalışacaq”.

AZADİNFORM.Manatın dollara nisbətən bahalaşması az da olsa davam edir. Belə ki, ABŞ valyutası Azərbaycanda son 13 ildə ən aşağı həddə düşüb. “Azadinform” “İqtisadi forum” jurnalına istinadən xəbər verir ki, dolların manata olan rəsmi məzənnəsi 11-12 iyul tarixlərində aşağı düşərək 1 dollar üçün 78,55 qəpik təşkil edib. Bu, son 13 ildə ən aşağı səviyyədir.

Atif Eyvazov/AZADİNFORM. Təhsil Nazirliyinə məktəblərdə vakant müəllim yerlərinə keçirilən imtahanda iştirak etmək üçün 10 mindən çox ərizə daxil olub. “Azadinform”un məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

AZADİNFORM. Bu gün Prezident İlham Əliyev və Tacikistanlı həmkarı Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər. “Azadinform” xəbər verir ki, dövlətimizin başçısı Tacikistan Prezidentini Azərbaycanda bir daha salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin tarixində mühüm hadisə olduğunu vurğulayıb. 

AZADİNFORM. “Status-kvo Qarabağ münaqişəsinin həlli yolu deyil”. “Azadinform” erməni saytlarına istinadən xəbər verir ki, bu sözləri Yerevanda keçirdiyi mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zannier bəyan edib. O bildirib ki, münaqişə Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllini tapa bilər. Baş katib vurğulayıb ki, bu onun Bakı və Yerevanda keçirdiyi görüşlərdə əsas çağırış olub. 

 

Mübariz Aslanov/AZADİNFORM. Bakıda səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmon Dövlət Bayrağı Meydanı ilə tanış olub. “Azadinform” xəbər verir ki, qonağa Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilib. 

 

Mübariz AslanovAZADİNFORM. “Meksika Azərbaycanın işğal olunmuş torpaqlarının tez bir zamana qaytarılmasının tərəfdarıdır”. “Azadinform” xəbər ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Meksika Senatının vitse-spikeri Fransisko Arroyo Vieyra bildirib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən bu gün  22 avtomobil karvanından ibarət növbəti humanitar yardım Rusiyanın Krasnodar diyarında yola salınıb. 

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib. 

Mübariz Aslanov/AZADİNFORM. “Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə mətbuat nümayəndələrinin görüşündə çoxsaylı təklif olub”. 

Mübariz Aslanov/AZADİNFORM. “Türkmənistan Azərbaycana rəsmi olaraq heç bir təklif və yaxud nota göndərməyib”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev iyulun 6-da Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, Dövlət Dumasına yeni seçkilərdən qısa müddət ötməsinə baxmayaraq, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirən prezident İlham Əliyev bunu həm parlamentlərarası əlaqələrin, həm də ümumilikdə ölkələrimiz arasında mövcud əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycana səfəri nəzərdə tutulan ATƏT-in baş katibi Lamberto Zannierin səfər proqramı açıqlanıb. Bu barədə məlumatı “Azadinform”a ATƏT-in Bakı ofisindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. İndiyə qədər Azərbaycanda minalardan 1840 nəfər zərər çəkib, 520 nəfər həlak olub. “Azadinform” xəbər verir ki, bu barədə baş nazirin müavini Abid Şərifov bu gün ANAMA və NATO-nun Bakıda keçirdiyi birgə tədbirdə bildirib.

Mübariz AslanovAZADİNFORM. “Azərbaycan NATO-ya üzv olmağa hələlik maraq göstərmir. Bu məsələ ümumiyyətlə gündəlikdə deyil”. “Azadinform” xəbər verir ki, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay Bakıda ANAMA və NATO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.

Mübariz Aslanov/AZADİNFORM. “Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi ortadadır, ərazi bütövlüyü prinsipi aparılan danışıqların əsasını təşkil edir”. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda açılışı olan “Crans Montana” Forumunda bildirib.

AZADİNFORM. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin ölkənin qərbindəki Sameqrelo regionunda baş vermiş daşqınlarla əlaqədar Azərbaycana səfərini yarımçıq qoyub.

AZADİNFORM. “Vestnik Kafkaza” informasiya-analitik jurnalının baş redaktoru, MDU-nin tarix fakültəsinin dekan müavini Aleksey Vlasov hesab edir ki, 2013-cü il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində sınaq ili olacaq. “Azadinform”un məlumatına görə, bu barədə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

 
Страница 487 из 510 << < 483 484 485 486 487 488 489 490 491 > >>
 Лента новостей
19.02.2018
 Архив
«Фев.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo