AZADİNFORM. Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, nümayəndə heyətinə NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin rəis müavini kontr-admiral İon Dimutrasku (Rumıniya Hərbi Dəniz Qüvvələri) rəhbərlik edir.

“Bülbül ölkəmizin gözəl diyarında - Qarabağda dünyaya gəlib, Şuşada doğulub. Qarabağın gözəl təbiəti, havası, bulaqları, gözəl mənzərələri ona güc, ilham verirdi. Onun təkrarolunmaz səsi məhz Qarabağ diyarının sərvətlərindən, nemətlərindən qaynaqlanırdı”. AZADİNFORM-un məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda görkəmli opera müğənnisi Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışındakı çıxışında deyib. 

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzNews.az-a eksklüziv müsahibəsində bildirib ki,  səfər Rusiyanın Prezident Administrasiyasının dəvəti reallaşıb və  əvvəlcədən planlaşdırılıb. Onun sözlərinə görə, noyabrın 1-dək davam edəcək səfərin məqsədi Rusiya-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək, gələn il keçiriləcək regional forum və digər bu kimi ikitərəfli məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaqdan ibarətdir. 

İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamneyi İran hakimiyyətinə xəbərdarlıq edib. Bu barədə çərşənbə günü liderin rəsmi saytı xəbər verib.

Tehranda tələbələr qarşısında çıxış edən Xamneyi ölkənin vəzifəli şəxsləri ilə bağlı bəyanat verib.


Mübariz Aslanov/AZADİNFORM. “Avstraliyanın hər hansı bir ştatının separatçı Dağlıq Qarabağ Respublikasını tanıması o demək deyil ki, Avstraliya özü bu qondarma respublikanı tanıyır”.

Rəsmi Bakı Ermənistanın Dağlıq Qarabağ separatçılarının tanınmasına yönəlmiş cəhdlərni heç bir nəticə gətirməyəcək növbəti avantüra kimi qiymətləndirir.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib.


AZADİNFORM. Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Respublika günü ilə bağlı keçirilən tədbirin dağıdılmasına görə tənqid edib. “Azadinform” TRT-yə istinadən xəbər verir ki, o, Ərdoğanı «Tayyib Əsəd Ərdoğan» adlandırıb: «Nəyə və niyə görə sən qadağa qoyursan? Hansı məntiqlə sən bunu qadağan edirsən. Bizim üçün Ərdoğana yeni ad qoymaq gərəkdir - Tayyib Əsəd Ərdoğan. Sənin gördüklərinlə onun etdikləri arasında nə fərq var?»

MDB dövlət başçılarının növbəti sammiti dekabrın 5-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. RİA “Novosti”nin verdiyi məlumata görə, bundan bir gün əvvəl isə Aşqabadda MDB Xarici İşlər Nazirlikləri Şurasının iclası olacaq.

Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZADİNFORM-a verilən məlumata görə, noyabrda respublika üzrə aylıq yağıntıların qeyri-bərabər paylanması gözlənilir.

Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.


AZADİNFORM. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.


Atif Eyvazov/AZADİNFORM. İtalyan dili Azərbaycanın bəzi təhsil müəssisələrində ikinci xarici dil kimi tədris oluna bilər. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

NATO və ABŞ-ın hərbi ekspertləri Azərbaycana gələcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO və ABŞ ekspertləri Bakıya gələcəklər.


AZADİNFORM. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Əsəd rejimi ilə dialoq qurub-qurmayacağı haqda sualını cavablandırıb. 

Həbibə/AZADİNFORM. Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda guya Azərbaycan dilinə hörmətsizlik edilməsi, hava limanının gözləmə zallarında bütün məlumatların sərnişinlərə yalnız rus dilində elan edilməsi ilə bağlı xəbər yayılıb.

“Bakı Şəhər İcra Hakimiyyətinin razılığı olmadan keçirilən aksiyalar icazəsiz sayılır. Polis əməkdaşları indiyə kimi keçirilən icazəsiz aksiyaların qarşısını necə alıblarsa, bundan sonra da analoji qaydada davranacaqlar”. 

Mübariz Aslanov/AZADİNFORM. “İctimai Palatanın tələblərinin yerinə yetirilməsi mümkünsüzdür”. “Azadinform” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.

Natiq Bağırov/AZADİNFORM.  Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Atif Eyvazov/AZADİNFORM. Cari  ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan “Azadinform”a verilən məlumata görə, qeyd olunan faktlar üzrə 1707 nəfər cinayət məsuliyyətinə cəlb edilib, şəxslərdən ümumi çəkisi 1 ton 20 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları müsadirə edilib. Müsadirə olunan narkotik vasitələrin tərkibində həşiş 477 kq ( 46,16 %)  təşkil edib.

AZADİNFORM. ABŞ Ukraynada keçirilmiş parlament seçkilərini ölkədəki demokratiyanın inkişafı baxımından geriyə addım adlandırıb. “Azadinform” “Rosbalt”a istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Tuner bildirib.

AZADİNFORM. 2010-cu ildə Polşa prezidentinin həlak olduğu təyyarə qəzasının əsas şahidi evində asılmış halda tapılıb. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, Varşava prokurorluğu bəyan edib ki, Remiqiusz Mus şənbə günü ölü halda aşkarlanıb. Mus 2010-cu ilin aprelində Rusiyada Smolensk yaxınlığında qəzaya uğrayan təyyarənin uçuş mühəndisi idi.

 
Страница 483 из 522 << < 479 480 481 482 483 484 485 486 487 > >>
 Лента новостей
22.05.2018
21.05.2018
 Архив
«Май.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo