AZADİNFORM. Bu gün Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir.

Atif Eyvazov/AZADİNFORM. Beynəlxalq təşkilatlar və bəzi aparıcı dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə biganə yanaşırlar. 

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin sədri Oqtay Əsədovun başçılğı altında Azərbaycan nümayəndə heyəti sabahdan Türkiyədə səfərdə olacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.

AZADİNFORM. Azərbaycan Ordusu Naxçıvan hərbi birləşməsində növbəti genişmiqyaslı təlimlərə başlayıb.

AZADİNFORM. Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 mlrd. ton, proqnoz karbohidrogen resursları isə 10 mlrd. ton həcmindədir.

Həbibə Abdulla/AZADİNFORM. “İnformasiya texnologiyaları sahəsində bu il baş tutacaq əsas yeniliklərdən biri 3G-nin tətbiqi ilə bağlı olacaq”. “Azadinform” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın19-da BMT Baş Assambleyasının 66-cı Sessiyasında iştirak etmək məqsədilə Nyu Yorka səfər edəcək.

AZADİNFORM. Bu gün prezident İlham Əliyevin Azərbaycanda səfərdə olan Monteneqro prezidenti Filip Vuyanoviç ilə təkbətək görüşü olub. “Azadinform” xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb.

AZADİNFORM. BMT Baş Assambleyasının sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşü keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda hər bir ana ölümü ciddi araşdırılır və son illər bu sahədə müsbət nəticələr əldə olunub. Bu nəticələr Avropanın bir çox ölkəsi ilə müqayisə oluna bilər.

AZADİNFORM. Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünüidarəetmə orqanlarına”  “seçkilər” keçirilməsi ilə bağlı bəyanat yayıb.

AZADİNFORM. Prezident İlham Əliyev noyabr ayında Türkiyəyə səfər edəcək. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib. Onun sözlərinə görə, noyabrın 15-də Türkiyədə keçiriləcək Strateji Tərəfdaşlıq Şurasının toplantısına İlham Əliyev də qatılacaq. “Toplantıda iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq” - deyə səfir qeyd edib.  

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional nümayəndəliyinin direktor müavini xanım Kirsi Madi ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. Azərbaycanın Xarici İşlər Nazirliyində “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Almaniyanın GİZ təşkilatı arasında XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) imkanlarının artırılmasına texniki yardımın göstərilməsi haqda Anlaşma Memorandumu” imzalanıb.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Şamaxı rayonuna səfərə gəlib. “Azadinform” xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Mübariz Aslanov/AZADİNFORM. Yaxın illərdə Azərbaycan və Türkiyə arasında səhiyyə sistemində əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Recep Akdağ bildirib.

Atif Eyvazov/AZADİNFORM. Ötən ilki parlament seçkiləri ərəfəsində Azərbaycanda namizədlər tərəfindən 1600 görüş, piket keçirilib. “Azadinform” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Nazir müavininin sözlərinə əsasən, bunların 1500-ü müvafiq orqanlarla razılaşdırılmış mitinq olub.

AZADİNFORM. ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik dekabr ayında Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasından əvvəl fəaliyyət planını müzakirə etmək və əlaqələndirmək üçün sentyabrın 7-də Vyanada görüşüblər.


AZADİNFORM. Prezident İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak edib. “Azadinform” xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev prezident İlham Əliyevə məlumat verib ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Moldovanın ətraf mühit naziri George Şalaru Azərbaycana gəlib. “Azadinform” xəbər verir ki, moldovalı nazir Qəbələdə keçirilən 11-ci Beynəlxlq Pestisidlər Forumunda iştirak etmək üçün ölkəmizdədir. Qonaq sabah Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşəcək. G.Şalaru Qəbələdə jurnalistlərə açıqlamasında bildirib ki, azərbaycanlı həmkarı ilə görüşdə gələcəkdə Azərbaycanla həyata keçiriləcək birgə layihələri müzakirə edəcək.

 
Страница 474 из 484 << < 470 471 472 473 474 475 476 477 478 > >>
 Лента новостей
27.06.2017
26.06.2017
24.06.2017
23.06.2017
22.06.2017
 Архив
«Июн.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo