Elvin Xəzər/AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 4-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Elvin Xəzər/AZADİNFORM. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 3-də saat 05.20-dən 05.55-dək Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Prezident İlham Əliyevin sərəncamı ilə Hafiz Paşayevə “Şöhrət” ordeni verilib. H.Paşayev
Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə bu ordenlə təltif edilib.

 

AZADINFORM. Gürcüstanın müxalifətdə olan «Xalq yığıncağı» hərəkatı mayın 21-də Tbilisidə prezident Mixail Saakaşvilinin istefası tələbi ilə etiraz aksiyası keçirəcək. Əsas tələb isə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir.

AZADINFORM. Ermənistanın hökumət binasının qarşısında qeyri-adi aksiya keçirilib. «İrs» partiyasının üzvlərinin iştirakı ilə keçirilən aksiyada əsas tələb Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəyə daşınan meyvə-tərəvəzin qarşısının alınması olub.

Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının qərarı icra olunmur. Bu barədə məlumatı “Azadinform” “Leykemiya ilə mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova verib. O qeyd edib ki, sözügedən komissiyanın 14 aprel 2011-ci il 04 saylı protokoluna əsasən, 5 yaşlı Bayramov Vahid ölkədən kənarda müalicə almalıdır.

Aytən İmanova/AZADİNFORM. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə bir qrup jurnalist xanım 30 aprel - 1 may tarixlərində Yevlax və Goranboy rayonlarına səfər edib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya Qlobal  Qadın Sammitinin zirvə  toplantısında iştirak etmək üçün mayın 4-dən 9-dək Türkiyədə səfərdə olacaq.

AZADİNFORM.  Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Dalya Qribauskaytenlə təkbətək görüşü olub.

Həbibə/AZADİNFORM. Kənd təsərrüfatı naziri İsmət Abasov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansouri ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən “Azadinform”a verilən məlumata görə, görüşdə BƏƏ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Hacı Zeynalov/AZADİNFORM. Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, naməlum şəxs Zakir Hüseynov və onun qardaşı Mənsur Hüseynovu bıçaqlayıb. Hər iki yarlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı keyfiyyətsiz məhsul aşkarlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Atif Eyvazov/AZADİNFORM. BMT-nin baş katibi Pan Gi Mun, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Navi Pillay və YUNESKO-nun Baş Direktoru İrina Bokovanın 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə bağlı birgə müraciəti olub. Bu barədə məlumatı “Azadinform”a BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən veriblər.

Bayram Niftəliyev/AZADİNFORM. Litva Prezidenti, xanım Dalya Qribauskayte Azərbaycana rəsmi səfərə gəlib.

 
Lalə Səfərli/AZADİNFORM. “Mənim oxumağıma irad tutanlar mənimlə yarışa bilərlər. Aktyorluğumu dəyişməmişəm, həm bu sahədəyəm, həm də müğənniliyimi edirəm. Mənə çox irad tutan oldu.

AZADINFORM. Türkiyə Liviyadakı səfirliyinin əməkdaşlarını evakuasiya etmək barədə qərar qəbul edib. XİN başçısı Əhməd Davudoğlu bildirib ki, yaranmış gərgin vəziyyətdə bu addımı atmaq zərurəti ortaya çıxıb.

Həbibə/AZADİNFORM. Əhalinin sovet dövründən banklarda batan əmanətləri bu il qaytarıla bilər. Bunu “Azadinform”a parlamentin deputatlarından biri deyib. Adının çəkilməsini istəməyən millət vəkilinin sözlərinə görə, böyük ehtimalla əmanətlərin qaytarılması ilə bağlı məsələ mayda büdcəyə yenidən baxılarkən qaldırılacaq:

Həbibə/AZADİNFORM. Nəqliyyat Nazirliyində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi ilə görüş keçirilib. Prezident İlham Əliyevin sərəncamı ilə orden və medallarla təltif edilmiş dəmiryolçuları nəqliyyat naziri Ziya Məmmədov qəbul edərək onlara orden və medallar təqdim edib.

Mübariz Aslanov/AZADİNFORM. “ABŞ-ın Cənubi Qafqazdakı hadisələrə, xüsusilə Qarabağ məsələsinə yanaşmasını vaxtilə Qərbi Balkanlardakı hadisələrə olan yanaşması ilə heç vaxt qarışdırmaq olmaz. Vaşinqtonun heç vaxt Qərbi Balkan ölkələrində strateji marağı olmayıb”. Bu barədə “Azadinform” müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.

 
Страница 6231 из 6293 << < 6227 6228 6229 6230 6231 6232 6233 6234 6235 > >>
 Лента новостей
24.05.2019
23.05.2019
22.05.2019
20.05.2019
 Архив
«Май.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo