Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Eurovision-2011”-də Azərbaycan təmsilçilərindən qələbə gözləyir. “Azadinform”un məlumatına görə, nazir jurnalistlərlə söhbətində deyib ki, uzun illər idman naziri olduğundan bütün yarışmalardan yalnız qələbə gözləyir:

Həbibə/AZADİNFORM. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan bir qrup qadın jurnalist mayın 9-da Tiflisdə “Varlıq” Mədəniyyət Mərkəzində  Heydər Əliyevin yubileyinə həsr olunan toplantıda iştirak edib. Assosiasiyanın prezidenti Sevil Yusifovanın verdiyi xəbərə görə, toplantıda Gürcüstan səfirinin müvəqqəti işlər vəkili Şövqü Mehdizadə çıxış edib.

Hacı Zeynalov/AZADİNFORM. Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticlənən yol qəzasını törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini Elşən Oqtay oğlu Poladova hökm oxunub. “Azadinform” xəbər verir ki, Elşən Poladov məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həbibə/AZADİNFORM. “Bakcell” şirkəti “70 gün ərzində bir Porsche Cayenne və 79 000 manat qazan!” kampaniyasının qaliblərini elan edib. “Azadinform” xəbər verir ki, uduşda olan “Porsche Cayenne”ni Elxan Köçərli adlı “Bakcell” abunəçisi qazanıb.

Atif Eyvazov/AZADİNFORM. “İstər dövlət qurumları, istərsə də jurnalistlər öz fəaliyyətlərində ədalətli olmalıdırlar”. “Azadinform” xəbər verir ki, bu fikirləri Ombudsman Elmira Süleymanova beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı səsləndirdikləri açıqlamlara münasibət bildirərkən söyləyib.

Adəm Abbaslı/AZADİNFORM. Prezident İlham Əliyevin orden və medallar, həmçinin fəxri adlar verdiyi mədəniyyət və incəsənət işçiləri bu gün təltif olunub.

Günel Əbilova/AZADİNFORM. Dünya iki hissəyə parçalanır. “Azadinform” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, ingilis fotoqrafı Aleksandr Mustardın səyahət edərkən çəkdiyi şəkil buna əsas verir.

 


AZADİNFORM. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə “Houston Grand Opera”nın səhnəsində tanınmış Azərbaycan bəstəkarı, xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Adın Dənizdir” (“Your Name Means the Sea”) operasının premyerası olub. Bu barədə məlumatı “Azadinform”a Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nəsimi rayonunda quldurluq cinayəti törədilib. Nəsimi rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Tbilisi prospektində baş verib. Naməlum şəxs Xaçmaz rayon sakini Nadir Qurbanovu ülgüclə hədələyərək, quldurluq yolu ilə ondan pul alıb.

Aytən İmanova/AZADİNFORM. Bu gün ATƏT-in Bakı ofisi və Mətbuat Şurası qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans təşkil olunub.

AZADINFORM. «Əl-Qaidə» lideri Üsəma bin Ladenin oğulları BMT-ni atalarının necə öldürüldüyü şəraiti təhqiq etməyə çağırıblar. «The New York Times»ın redaksiyasına daxil olan bəyanatda qeyd edilir ki, Laden öldürülən zaman silahsız olub. Bu isə bəyanat müəlliflərinin qənaətincə, insan hüquqlarının baza prinsiplərinin pozulmasıdır.

Hacı Zeynalov/AZADİNFORM. Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Samux rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Qarayeri qəsəbəsində törədilib.

AZADİNFORM. Bu gün Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan-Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçirilir. Nəqliyyat Nazirliyindən “Azadinform”a verilən məlumata görə, iclasdan əvvəl Komissiyanın dördüncü iclasının Protokol layihəsinin razılaşdırılması məqsədilə ekspertlərin görüşünün keçirilməsi nəzərdə tutulur.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi törədilib. Nərimanov rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Ağa Nemətulla küçəsi ev 79-un qarşısında baş verib.

Mübariz Aslanov/AZADİNFORM. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Atif Eyvazov/AZADİNFORM. “Hazırda Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdur”. “Azadinform” xəbər verir ki, bu fikirləri jurnalistlərə Prezident Administrasiyasının  ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. Onun sözlərinə görə, bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər.

AZADINFORM. Türkiyənin Millətçi Hərəkat Partiyası ilə bağlı qalmaqal davam edir. MHP-nin iki yüksək səlahiyyətli rəsmisi internetdə videoların yayılmasından sonra istefa verib. Videoda onların ailədənkənar münasibətləri nümayiş etdirilir. Bülent Didinməz və İhsan Barutçunun istefası iyun ayının 12-si seçkilərindən öncəyə təsadüf edir.

Hacı Zeynalov/AZADİNFORM. Şabran rayonunda mağazadan oğurluq edən şəxslər tutulub. “Azadinform” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həbibə/AZADİNFORM. Ötən il fəaliyyət göstərmiş turizm müəssisələrinin sayı 2009-cu illə müqayisədə 2 vahid artaraq 126-ya çatıb, onların gəlirləri 1,2 milyon manat, yaxud 6,9 faiz artaraq 19,1 milyon manat təşkil edib.

AZADINFORM. Amerika administrasiyası əvvəlkitək Üsəma bin Ladenin ölüm fotolarını dərc etmək niyyətində deyil.

 
Страница 6204 из 6291 << < 6200 6201 6202 6203 6204 6205 6206 6207 6208 > >>
 Лента новостей
17.05.2019
16.05.2019
 Архив
«Май.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo