Həbibə/AZADİNFORM. “Hazırda “Bakcell”in 2,5 milyon aktiv abunəçisi var”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş kommersiya direktoru Krasimir Genov deyib.

Xədicə/AZADİNFORM. Azərbaycanın “Eurovision-2011” təmsilçiləri - Eldar və Nigar Düsseldorfdakı “Euroklub”da Türkiyə nümayəndə heyətinin rəsmi tədbirində çıxış edib.

Aytən İmanova/AZADİNFORM. Bu gün Mətbuat Şurasında ATƏT-lə birgə hazırlanmış "Diffamasiya haqqında" qanun layihəsinin ilk müzakirəsi keçirildi. “Azadinform” xəbər verir ki, MŞ sədri Əflatun Amaşov hazırda bir jurnalistin – Eynulla Fətullayevin həbsdə olduğunu xatırlatdı.

Həbibə/AZADİNFORM. “Konturdan manata keçiddən sonra abunəçilərimizə təklif etdiyimiz tariflər çox ədalətlidir”. “Azadinform”un məlumatına görə, bunu “Bakcell”in baş icraçı direktoru Riçard Şirer jurnalistlərə açıqlamasında bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbir keçirilib.

Atif Eyvazov/AZADİNFORM. Demokratik və hüquqi dövlətimizdə hər bir cinayətin qarşısı qətiyyətlə alınacaq, heç bir cinayət bağlı qalmaycaq. “Azadinform” xəbər verir ki, bunu ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov söyləyib. 

Hacı Zeynalov/AZADİNFORM. Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Şəmkir rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Adəm Abbaslı/AZADİNFORM. Mayın 7-8-i tarixlərində ABŞ-ın Hyuston şəhərində İpək Yoluna həsr olunacaq Hyuston Beynəlxalq Festivalı keçiriləcək. Festival çərçivəsində təşkil olunacaq tədbirlərdə İpək Yolu ölkələri və Hyustonla qardaşlaşmış şəhərlərlə yanaşı, ölkəmizin rəsmi heyət və ifaçı qruplarından ibarət nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Mübariz Aslanov/AZADİNFORM. “Gürcüstanla Rusiya arasındakı məlum münaqişəni biz heç vaxt unutmamalıyıq, çünki bu göstərdi ki, donmuş münaqişələrin həlli nə dərəcədə vacibdir və beynəlxalq münasibətlərə necə böyük təsir edə bilər”. Bu barədə “Azadinform” müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycandan insan alveri qurbanları əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, qismən İran və digər ölkələrə aparılır. “Azadinform” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov bildirib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyevin Muğan bölgəsinə səfəri başlayıb. “Azadinform” xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı Sabirabad rayonuna gəlib.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Babək prospektində yerləşən “Dalğa” istirahət mərkəzinin saunasında qeydə alınıb.

Adəm Abbaslı/AZADİNFORM. Bir müddət əvvəl Sankt-Peterburqdakı “Puşkinskiy dom” Rus Ədəbiyyatı İnstitutunda Azərbaycan musiqi folkloru nümunələrinin (səs yazılarının) və həmin materiallara aid yazılı sənədlərin saxlanıldığı müəyyən edilmişdir. Keçən əsrin 20-30-cu illərində keçirilmiş ekspedisiyalar zamanı toplanmış bir sıra muğam, aşıq musiqisi, digər Azərbaycan folkloru nümunələri erməni xalq musiqisi kimi qeydə alınmışdır. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, nazirliyin Rusiya tərəfi ilə apardığı danışıqlar nəticəsində sözügedən materiallar rəqəmsal daşıyıcılara köçürülərək Vətənə qaytarılıb.

Hacı Zeynalov/AZADİNFORM. Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. Hacıqabul rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə rayonun  Mişovdağ qışlaq sahəsində qeydə alınıb.

 

Mübariz Aslanov/AZADİNFORM. “Dağlıq Qarabağla bağlı son bir ildə danışıqların nəticəsiz dalana girməsi bir daha göstərdi ki, Rusiya çökmədən nə bu danışıqların sonu, nə də imzalanan sənədlərin əhəmiyyəti olacaq. Təbii ki, bundan sonar belə imzalanan sənəd olarsa əgər”. Bunları “Azadinform”a müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.

Elvin Xəzər/AZADİNFORM. Mayın 10-13-ü tarixlərində Türkiyənin İstanbul şəhərində “IDEF-2011” X Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçiriləcək. Sərgidə iştirak etmək üçün müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Тürkiyədə səfərdə olacaq. Bu barədə məlumatı “Azadinform”a MSN-dən veriblər. 

Elvin Xəzər/AZADİNFFORM. “flydubai” şirkəti və səyahət sənayesi üçün biznes xidmətləri göstərən “Travelport” şirkəti ilə müqavilə imzalayıb. Şirkətdən “Azadinform”a verilən məlumata görə, müqaviləyə uyğun olaraq bütün dünya üzrə “Travelport” şirkəti ilə əməkdaşlıq edən səyahət agentlikləri “flydubai” şirkətinin qiymətləri ilə bağlı məlumatlara tam çıxış imkanı əldə edəcəklər. 

Seymur Əliyev/AZADİNFORM. AZAL Peşəkar Futbol Klubu tərəfindən stadion inşa olunmasını AFFA yüksək qiymətləndirib. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda muğam sənətinin qorunması üçün ayrıca Dövlət Proqramı qəbul ediləcək. “Azadinform” xəbər verir ki, bununla bağlı Milli Məclisdə hazırlanan “Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” yeni Qanun layihəsində nəzərdə tutulub.

 
Страница 6199 из 6271 << < 6195 6196 6197 6198 6199 6200 6201 6202 6203 > >>
 Лента новостей
24.04.2019
23.04.2019
 Архив
«Апр.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo