Elvin Xəzər/AZADİNFORM. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub.
Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyədə TCS-2011 imtahanlarında iştirak etmək üçün sənəd vermiş Azərbaycan abituriyentlərlə bağlı elan verib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.
Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan regionda elə siyasi proseslər yaşayır ki, qonşu ölkələrlə mümkün müttəfiqlik burada zəruri əhəmiyyət daşıyır. Məsələn, bu əməkdaşlıq Rusiya ilə bir çox sahələrdə reallığa çevrilsə də, yaxın qonşumuz və tərkibində kifayət qədər azərbaycanlıların yaşadığı Gürcüstanla hələ də yetərincə alınmır. Bunları “Azadinform”a müsahibəsində politoloq Fikrət Sadıxov deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu ilin sentyabr ayından Azərbaycanda gənclər Avropa Gənclər Kartından geniş miqyasda istifadə edə biləcək. Bu barədə “Azadinform”a müsahibəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov bildirib.

AZADİNFORM. Adı seksual qalmaqalda hallanan Nevadadan olan senator Con Ensayn vəzifəsindən getdiyini bəyan edib. «Azadinform» «Associated Press»ə istinadən xəbər verir ki, senator bu barədə məktubu vitse-prezident Co Baydenə çatdırıb. Məhz bundan sonra da onun istefası rəsmiləşmiş olacaq.

AZADİNFORM. Yaponiya hökuməti gələn ilin dövlət büdcəsinə 50 milyard dollar əlavələr edilməsi barədə qərar qəbul edib. Bu barədə “Azadinform” Yaponiyanın «Kiodo» agentliyinə istinadən xəbər verir.

Elvin Xəzər/Azadinform. Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. “Azadinform” xəbər verir ki, görüşdə iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada səfərdədir.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 11.50-dən 11.55-dək, 19.30-dan 19.45-dək, 00.10-dan 00.20-dək, 00.20-dən 00.30-dək və 01.30-dan 01.40-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə Qaraxanbəyli, Aşağı Ədülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

AZADINFORM. Suriyanın Dövlət televiziyası bu gün rəsmən elan edib ki, prezident Bəşər Əsəd fövqəladə vəziyyətin ləğvi barədə dekret imzalayıb. Bu hal 1963-cü ildən ölkədə qüvvədə idi.

AZADINFORM. Birləşmiş Ştatların dünya şöhrətli «Time» jurnalı 2011-ci ilin ən nüfuzlu şəxslərinin siyahısını dərc edib. Bu dəfə siyahıya Misir inqilabının koordinatoru Vael Qonim də düşüb.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübündə 14631 vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb. “Azadinform” Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinə istinadən bildirir ki, hesabat dövründə 4874 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 1601 vergi ödəyicisi tərəfindən valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübü ərzində büdcəyə 967,4 milyon manat proqnoza qarşı 1 milyard 161,5 milyon manat vəsait daxil olub, proqnoz 120,1 faiz yerinə yetirilib. “Azadinform” Vergilər Nazirliyinin Analitik infirmasiya şöbəsinə istinadən bildirir ki, dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 152,0 milyon manat və ya 15,1 faiz artıb.

Həbibə Abdulla/AZADİNFORM. Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbələ rayon şöbəsi üçün inşa edilən yeni binanın açılış mərasimi keçirilib. Fondun mətbuat xidmətindən “Azadinform”a daxil olan məlumatda bildirilir ki, mərasimdə DSMF-nin sədri Səlim Müslümov və rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış ediblər.

Həbibə Abdulla/AZADİNFORM. Bu il pambıq əkini 6 dəfədən də çox artıb.

Həbibə Abdulla/AZADİNFORM. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə yazlıq bitkilərin əkini çoxalıb. Bu barədə “Azadinform”a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Atif Eyvazov/AZADİNFORM. Ombudsman  Elmira Süleymanova Avropa Şurasının (AŞ) Media bölümü üzrə proqram məsləhətçisi Leyla Dervisagici qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. Son vaxtlar Dağlıq Qarabağ məsələsində Ermənistana ciddi təzyiqlər var və bu səbəbdən rəsmi İrəvanın mövqeyində yumşalmalar gözlənilir. Lakin beynəlxalq ictimaiyyət unutmasın ki, münaqişənin həlli İrəvanın yox, Xankəndinin mövqeyindən asılı olacaq”.

Günel Əbilova/AZADİNFORM. İraq məhkəməsi Səddam Hüseynin 3 yaxın adamını edam etmək qərarı çıxarıb.

AZADINFORM. Bu gün Misir məhkəməsi eks-prezident Hüsnü Mübarək və onun xanımı Suzannanın adının ictimai yerlərdən götürülməsi barədə qərar çıxarıb. “Azadinform” “Əl-Cəzirə”yə istinadən məlumat yayıb ki, qadağa park, küçə, meydan, məktəb, kitabxana və digər obyektlərə şamil olunacaq.

 
Страница 6198 из 6232 << < 6194 6195 6196 6197 6198 6199 6200 6201 6202 > >>
 Лента новостей
18.03.2019
15.03.2019
 Архив
«Мар.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo