Xədicə/AZADİNFORM. İlhamə Qasımova «Eurovision-2011»-in milli finalından məğlub kimi ayrılsa da, qarışda onu böyük dünya səhnələri gözləyir. Sənətçi bundan sonra yaradıcılığının demək olar ki, əsas hissəsini Almaniya ilə bağlayacaq.

Seymur Əliyev/AZADİNFORM. Futbol üzrə Çempionlar Liqasında daha 2 yarımfinalçı müəyyənləşib. AZADİNFORM xəbər verir ki, ¼ final mərhələsinin cavab görüşlərində də möcüzə baş verməyib.

Hacı Zeynalov/AZADİNFORM. Qaradağ rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, hadisə Qaradağ-Lökbatan yolunda baş verib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gündən etibarən MDB-nin Bədən Tərbiyəsi və İdman sahəsində Əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasına sədrlik Azərbaycana keçib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Türkiyə İş adamları Birliyinin (ATİB) İctimaiyyətlə əlaqələr şöbəsi “2010-cu ilin ən yaxşı PR xidməti” nominasiyası üzrə qalib olub. ATİB-dən AZADİNFORM-a verilən məlumata görə, “İlin ən yaxşı PR-xidməti” müsabiqəsinin  ənənəvi olaraq hər il “Press-reliz Yayım Xidməti” tərəfindən həyata keçirilir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclası başlayıb.

AZADINFORM. Rusiyanın baş naziri Vladimir Putin bəyan edib ki, nə o, nə də prezident Medvedyev 2013-cü ilin prezident seçkilərinə qatılacaqlarını istisna etmirlər.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 08.30-dan 08.35-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 08.35-dən 08.40-dək Noyenberyan rayonu Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, aprelin 14-də saat 00.10-dan 00.16-dək və 01.10-dan 01.15-dək Füzuli rayonu Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutub.

AZADİNFORM. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında təlimlərə start verib.


Hacı Zeynalov/AZADİNFORM. Azərbaycanda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakinləri – Ərəstun İsmayılov, Orxan Behbudov və Əlihüseyn Mirzəzadəyə hökm oxunub.

Seymur Əliyev/AZADİNFORM Azərbaycan milli komandasının baş məşqçisi Berti Fotqs aprelin 15-də, saat 11:00-da Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirəcək. Bu barədə məlumatı AZADİNFORM-a AFFA-dan veriblər.

Atif Eyvazov/AZADİNFORM. ATƏT-in Bakı ofisi, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ilə birgə Gəncənin korporativ sektoru üçün qanunvericilik bazası haqqında məlumat sessiyası keçirir. ATƏT-in Bakı ofisindən AZADİNFORM-a verilən məlumata görə, tədbirin məqsədi problemlər və onların mümkün həlli haqqında məlumatlıq səviyyəsinin artırmaq, sahibkarların biznes fəaliyyətlərinin daha səmərəli idarə edilməsinə kömək göstərmək, həmçinin bu sahədə aparılan islahatların prioritetlərini müəyyənləşdirməkdir.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, millinin üzvləri – Rəşad Sadıqov, Rail Məlikov, Ruslan Abışov, Araz Abdullayev, Rauf Əliyev və Əfran İsmayılov bu gün uşaq və qocalar evlərini ziyarət ediblər.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində xəstəxanada həkimi öldürməyə cəhddə təqsirləndirilən keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvü olmuş Sabir Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Xəzər rayon Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, hadisə Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Atif Eyvazov/AZADİNFORM. Son illər ölkəmizdə  ekoloji problemlərin həllinə ayrılan investisiyanın həcmində əsaslı dəyişikliklər baş verib. 2000-ci illə müqayisədə bu vəsaitin həcmi 50 dəfə artıb. AZADİNFORM xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik Mahmud Kərimov söyləyib.

Həbibə Abdulla/AZADİNFORM. Aprelin 21-də Azərbaycanda “Müasir İnkişaf” İctimai Birliyinin, Azərbaycan Qadın Jurnalistləri Assosiasiyasının, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin (Gürcüstan, Qardabanidə fəaliyyət göstərir) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə “Qafqaz Evi və ermənilər” mövzusunda konfrans keçiriləcək.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı şəhərində sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən Teymur Əlirza oğlu Teymurovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. AZADİNFORM xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı aprelin 18-nə təyin olunub.

Bakı/AZADİNFORM. Mətbuat Şurası tərəfindən jurnalistlərə vahid vəsiqələrin verilməsi prosesi bərpa edilib. Sadəcə keyfiyyət məsələsi ilə bağlı problem var. Bu barədə açıqlamanı AZADİNFORM-a müsahibəsində Mətbuat Şurası Aparatının rəhbəri Rəhim Hüseynzadə söyləyib.

Elvin Xəzər/AZADİNFORM. Türkiyə qardaş Azərbaycanın maraqlarını Ermənistanın maraqlarına qurban verməz. AZADİNFORM SNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Strasburqda AŞ PA-nın yaz sessiyasında çıxışı zamanı bildirib.

 
Страница 6170 из 6181 << < 6166 6167 6168 6169 6170 6171 6172 6173 6174 > >>
 Лента новостей
24.01.2019
23.01.2019
 Архив
«Янв.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo