Aytən İmanova/AZADİNFORM. “İnflyasiyanın birrəqəmli olacağına inanıram”. “Azadinform” xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov bildirib. O, inflyasiyanın səviyyəsinin artacağının gözləndiyini qeyd edib.

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa ölkələrinin BMT yanında Daimi nümayəndələri ilə görüş keçirib.

Atif Eyvazov/AZADİNFORM. Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polkovnik Mehman Mehmanov daxili işlər orqanlarında xidmətkeçmənin sonuncu  yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Həbibə/AZADİNFORM. Bu ildən Azərbaycanda ov heyvanlarının qiyməti bahalaşacaq. “Azadinform”un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlər Kabinetinin “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilməsi qaydaları”nda dəyişiklik edilməsi məqsədilə müvafiq qurumlardan müsbət rəy alıb.

AZADINFORM. ABŞ Konqresinin Nümayəndələr Palatası gələn il üçün Müdafiə Nazirliyinin büdcəsini təyin edib. «Azadinform» «İTAR TASS»-a istinadən yaydığı xəbərdə göstərib ki, büdcənin həcmi 649 mlrd. dollar həcmində müəyyən edilib.

AZADINFORM Türkmənistanda prezident seçkisi ilə bağlı yeni qanun qəbul edilib.

Günel Əbilova/AZADİNFORM. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə TÜRKSAV - Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin 15-ci “Türk dünyasına xidmət” ödül mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə bir sıra millət vəkilləri və türkdilli ölkələrdən qonaqlar iştirak edib.


Günel Əbilova/AZADİNFORM. “Türkiyə ilə Ermənistan arasında sərhəd 18 ildir bağlıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Azərbaycanın torpaqları işğaldan azad edilməyənə qədər sərhəd açılmayacaq”.

Həbibə/AZADİNFORM. Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzində keçirilən ixtisasartırma kurslarının növbəti mərhələsi başa çatıb.

Mübariz Aslanov/AZADİNFORM. “Eurovision-2011” yarışmasının qalibləri Eldar və Nigarın şərəfinə “Azərmarka” şirkəti tərəfindən marka çap olunur.

Həbibə/AZADİNFORM. Bu ilin 4 ayında 150-dən çox ƏDV ödəyicisinin qeydiyyatı ləğv edilib. “Azadinform” Vergilər Nazirliyinə istinadən bildirir ki, iyunun 1-i vəziyyətinə Azərbaycanda 7935 qeydiyyatı ləğv edilmiş ƏDV ödəyicisi var.

Mübariz Aslanov/AZADİNFORM. Meşə yanğınlarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq ETSN-nin Fövqəladə Hallar Mərkəzi və bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyləri, yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirib.

Natiq Bağırov/AZADİNFORM. Göyçay şəhərində intihar hadisəsi baş verib.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 93-cü ildönümü münasibətilə, müxtəlif ştatları və siyasi partiyaları təmsil edən 8 ABŞ konqresmeni, o cümlədən  Bill Şuster (Pensilvaniya ştatı, respublikaçı), Dən Boren (Oklahoma, demokrat), Virciniya Foks (Şimali Karolina, respublikaçı), Linn Vulsi (Kaliforniya, demokrat), Şelli Kapito (Qərbi Virciniya, respublikaçı), Edolfus Tauns (Nyu York, demokrat), Ed Pastor (Arizona, demokrat) və Ed Uitfild (Kentaki, respublikaçı) ABŞ Nümayəndələr Palatasında təbrik bəyanatları ilə çıxış ediblər. Bu barədə məlumatı “Azadinform”a ABŞ-dakı səfirliyimizdən veriblər.

Elvin Xəzər/AZADİNFORM Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda ABŞ-ın Thompson Reuters, CNN, Associated Press, İnner City Press, Summit Energy kimi aparıcı KİV-lərinin nümayəndələri ilə görüş keçirib.

Prezident İlham Əliyev iyunun 1-də Romada onun üçün ayrılmış iqamətgahda Moldova prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İyunun 1-də prezident İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün paytaxt Romaya gedib.

 

AZADINFORM. 1 milyon dollar girov qoymaq müqabilində ev dustağı elan edilən Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kandan maraqlı addım. O, Nyu-Yorkda qaldığı villada qadın xadimələrin xidmətindən imtina edib. «Azadinform» «Nyu-York Post» qəzetinə istinadən yaydığı xəbərdə göstərib ki, evdə yalnız kişi qulluqçular fəaliyyət göstərir.

AZADINFORM. Pakistanda İtaliya agentliyinə işləyən reportyorun öldürülməsindən sonra jurnalistlərin silah gəzdirməsinə icazə verilib. «Azadinform»  BBC-yə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Rahman Malik bəyan edib.

AZADINFORM. Liviyanın neft sənayesi naziri iyunun 1-də üsyançıların tərəfinə keçdiyini bəyan edib. «Azadinform» xəbər verir ki, nazir Şükrü Hanem bunu İtaliyanın ANSA agentliyinə bildirib. Nazir hazırda Romadadır.

 
Страница 6117 из 6268 << < 6113 6114 6115 6116 6117 6118 6119 6120 6121 > >>
 Лента новостей
22.04.2019
19.04.2019
 Архив
«Апр.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo