Atif Eyvazov/AZADİNFORM. Almaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Parlament təqaüdünün alınması üçün sənədlərin qəbulunu elan edir. Almaniyanın Azərbaycandakı səfirliyindən “Azadinform”a verilən məlumata görə, təqaüd ölkələrinin demokratik gələcəyinin formalaşmasında fəal sürətdə və məsuliyyətlə iştirak etmək istəyən, yüksək ixtisaslı və siyasətə maraq göstərən gənc qadınlar və kişilər üçün nəzərdə tutulub.

AZADINFORM. Gürcüstan Daxili İşlər Nazirliyinin Konstitusiya Təhlükəsizliyi Departamenti əldə etdiyi operativ informasiya nəticəsində gürcü futbol klublarının üzvlərini həbs edib. Onlar totalizatorların qara biznesində iştirak və korrupsiya əməllərində günahkar biliniblər.

Hacı Zeynalov/AZADİNFORM. Neftçala rayonunda qətl hadisəsi törədilib. Neftçala rayon prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini Sahib Baxışov qısqanclıq zəminində həmkəndlisi Zamiq Həsənovu bıçaqlayaraq qətlə yetirib.

Həbibə/AZADİNFORM. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən may ayında dövlət qeydiyyatına alınmış dövlət qiymətli kağızların buraxılışları haqqında məlumat açıqlanıb.

Atif Eyvazov/AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün psixoloji-fizioloji rolun artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunan “Heydər Əliyev dövlət quruculuğunun banisidir” mövzusunda elmi praktik konfrans keçirib.

AZADINFORM. Misirdə fəaliyyət göstərən «Müsəlman qardaşları» hərəkatı ABŞ prezidenti Barak Obamanı qoşunlarını dərhal Əfqanıstan və İraqdan çıxarmağı tələb edib. Onlar yaydığı bəyanatda göstəriblər ki, Üsəma bin Laden məhv edildikdən sonra Birləşmiş Ştatların həmin ölkələrdə qalması artıq yersizdir.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda ilk dəfə olaraq “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun qəbul olunur.

Elvin Xəzər/AZADİNFORM. Vyetnam Sosialist Respublikasının 10 nəfərdən ibarət bir sıra dövlət struktur nümayəndələri mayın 1-dən 5-dək Azərbaycanda səfərdədir. ANAMA mətbuat xidmətindən Azadinforma bildiriblər ki, səfərin məqsədi Azərbaycanda minatəmizləmə sahəsində görülən işlərlə tanışlıq və gələcək əməkdaşlıq üzrə müzakirələr aparmaqdır. Səfər çərçivəsində, nümayəndə heyəti ANAMA-nın Göygöl Regional Bazasında, ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu tərəfindən TTKT Qurumunun fəaliyyəti, eləcə də yeni təlim metodları, tədqiqatlar, monitorinq/keyfiyyətə təminat və nəzarət prosedurları ilə tanış olacaqlar.

Həbibə/AZADİNFORM. Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8 mlrd. 366 mln. manat təşkil edib. Mərkəzi Bankdan “Azadinform”a verilən məlumata görə, kreditlərin 33 faizi və ya 2 mlrd. 760,8 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 mlrd. 183,7 mln. manat (26,1 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 448,4 mln. manatı (5,4 faiz), sənaye və istehsalın payına isə 483,3 milyon manatı (5,8 faiz) düşüb.

Xədicə/AZADİNFORM. Rəqsanənin yaxın vaxtlarda jurnalı işıq üzü görəcək. “Bu mənim çoxdan planlaşdırdığım bir ideya olub. Sadəcə, başıma gələn olaylar səbəbindən həyata keçirə bilmirdim. İndi insanlar eşidəndə ki, Rəqsanə də bu addımı atdı, düşünəcəklər ki, Röya və Aygünü təkrarlayır. Amma həqiqətən də bu barədə uzun müddət idi düşünürdüm”.

Həbibə/AZADİNFORM. Aprelin 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 8 mlrd. 115,5 mln. manat təşkil edib. Mərkəzi Bankdan “Azadinform”a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz çox deməkdir.

AZADINFORM. «İnterpol»un rəhbəri Ronald Noubl təşkilata üzv ölkələri xəbərdar edib. O, beynəlxalq terrorçu Üsəma bin Ladenin öldürülməsi ilə terror aktlarının baş vermə riskinin yüksək olacağını deyib.

Lalə Səfərli/AZADİNFORM. “Mahnılarımı elə müğənnilərə vermək istəyirəm ki, ürəyimdən tikan çıxsın”.  Bu sözləri “Azadinform”a  müsahibəsində bəstəkar Xanım İsmayılqızı deyib.

Günel Əbilova/AZADİNFORM. “Əl Qaidə” terror təşkilatının başçısı Bin Ladenin cəsədinin şəkli 10 il əvvəl çəkilmiş şəklə bənzədilib. “Azadinform” “Doğan” xəbər agentliyinə istinadən məlumat verir ki, cəsədə aid edilən şəkillə Bin Ladenin 10 il əvvəlki şəkli arasında bir çox oxşarlıq tapılıb. Bin Ladenin ağız və üz ifadəsi hər iki şəkildə eynidir.

Həbibə/AZADİNFORM. 2011-ci il aprelin 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 5 milyard 532,3 milyon manat təşkil edib. Mərkəzi Bankdan “Azadinform”a verilən məlumata görə, bunun 3 milyard 289,1 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,3 faiz çoxdur.

Atif Eyvazov/AZADİNFORM. Daxili İşlər Nazirliyi (DİN) Hacıqabul rayonu ərazisindəki Qaz Saxlama Stansiyasında baş verən partlayışla bağlı məlumat yayıb.

Həbibə/AZADİNFORM. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında “quş qripi” ilə bağlı monitorinqləri davam etdirir.

Elvin Xəzər/AZADİNFORM. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altına Azərbaycan nümayəndə heyəti mayın 10-dan 13-dək Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edəcək.

AZADINFORM. Pakistanın xüsusi xidmət orqanları «Əl-Qaidə» lideri Üsəma bin Ladenin altı uşağını və iki arvadını saxlayıblar. «Azadinform» «Sinxua»ya istinadən xəbər  verir ki, onlar İslamabad yaxınlığındakı dağlıq ərazidə həbs ediliblər. Konkret olaraq kimin həbs edildiyi açıqlanmır. Ladenin nə az, nə çox, düz 19 uşağı var.

Seymur Əliyev/AZADİNFORM. Mayın 7-8-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək.

 
Страница 6082 из 6143 << < 6078 6079 6080 6081 6082 6083 6084 6085 6086 > >>
 Лента новостей
10.12.2018
7.12.2018
 Архив
«Дек.2018»
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo