Xədicə/AZADİNFORM. Başı müxtəlif layihələrə qarışan Xalq artisti Aygün Kazımova sonuncu Afrika sərgüzəştlərini başa vurduqdan sonra klip çəkilişinə başlayacaq. Amma Afrika macəraları ilə müğənni birdəfəlik vidalaşmır.

Mübariz Aslanov/AZADİNFORM. Hiss olunur ki, Rusiya Azərbaycanla münasibətlərinə yenidən baxmaq istəyir. Təbii ki, Ermənistan kimi “övladı”nı unutmamaq şərtilə. Əslində, burada qeyri-adi heç nə yoxdur. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra Qarabağ kartını əlindən burxmayan Rusiya Cənubi Qafzada itirilən nüfuzunu heç cür bərpa edə bilmədi. Əksinə, regionda geostrateji səhnə dəyişdi, dünya müstəvisində Azərbaycan kimi cəlbedici ölkə meydana gəldi.

AZADİNFORM. «Qarabağ münaqişəsinin baza prinsipləri ilə bağlı tərəflərin öz mövqelərini bildirmələrinin vaxtı gəlib çatıb». «Azadinform» erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Strasburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 24-də Kazanda keçirəcəkləri görüşlə bağlı sualı cavablandırarkən bəyan edib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Şurasında  2011-ci ilin birinci yarısında səhiyyə məsələləri və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə edilib. Bu barədə məlumat “Azadinform”a Şuradan verilib.

AZADİNFORM. 2008-ci ildə keçirilən prezident seçkilərində Barak Obamanın əsas rəqibi olmuş Con Makkeyn qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətində deyil. «Azadinform» «RBK»yə istinadən xəbər verir ki, bunu Makkeyn amerikalı jurnalistlərlə söhbətində bildirib.

Natiq Bağırov/AZADİNFORM. Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Aşağı Zeynəddin kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 245 kiloqram olan 610 ədəd çətənə kolu yığılaraq məhv edilib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

AZADİNFORM. «Biz Ermənistanla hər hansı bir şərt irəli sürmədən münasibətlərin normallaşdırılmasını nəzərdə tutan danışıqlar aparmağa hazırıq». «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, bunu Türkiyənin ana müxalifət partiyası hesab edilən Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Türkiyə, Ermənistan və ABŞ jurnalistləri ilə görüşündə bildirib.

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə “Azadinform”a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda hibrit poçt ticarətinin tətbiqi imkanları nəzərdən keçirilir. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) poçt sektorunun müdiri Novruz Məmmədov verib.

AZADİNFORM. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe Sabirabad rayonuna səfər edib. “Azadinform’ xəbər verir ki, səfiri səfər zamanı onun xanımı və səfirliyinin əməkdaşı Yoşiko Ozava müşayiət edib.

Natiq Bağırov/AZADİNFORM. Şabran şəhərinin ərazisindəki çayxanada cinayət hadisəsi baş verib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan və Fransa arasında turizm əlaqələrinin genişləndirilməsi üçün daha bir addım atılıb.

AZADİNFORM. Suriyanın xarici işlər naziri Valid Müallim bəyan edib ki, onun hökuməti Avropa Birliyi ölkələri tərəfindən tətbiq edilən sanksiyaları müharibə elan edilməsi kimi başa düşür.

AZADİNFORM. Rusiyanın Ədliyyə Nazirliyi müxalifət Xalq Azadlıq Partiyasını qeydiyyata almaqdan imtina edib. «Azadinform» «Lenta.ru» ya istinadən xəbər verir ki, ötən ay keçmiş baş nazir Mixali Kasyanov, baş nazirin sabiq müavini Boris Nemtsov və bir neçə siyasətçi yeni müxalifət partiyasının yaradılması üçün sənədləri nazirliyə təqdim edib.

Həbibə/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə Əmri ilə “Standartlaşdırma üzrə Turizm və yerləşdirmə vasitələrinin xidmətləri” Texniki Komitənin (TK 06) əsasnaməsi və yeni tərkibi təsdiq edilib.

Natiq Bağırov/AZADİNFORM. Oğuz rayonunda müvafiq sənədləri olmayan meşə materiallarından hazırlanmış kömür aşkar edilib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

AZADİNFORM. İş saatlarınızdan zövq almağınız üçün əsas şərt əyləşdiyiniz ofisdir. Dizaynerlər ofis tərtibatı zamanı görüləcək işin xarakterindən asılı olaraq fərqli üslublar və rənglərdən istifadə edirlər.

Elvin Xəzər/AZADİNFORM. ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun Silahların Məhvi və Qadağan Edilməsi İdarəsinin proqram meneceri, xanım Katerina Boynton Azərbaycana gəlib. Bu barədə məlumatı “Azadinform”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) veriblər.

Həbibə/AZADİNFORM. 2011-ci ildə MDB regionunda iqtisadi artım proqnozu yaxşılığa doğru dəyişib. “Azadinform” dünya iqtisadiyyatının iyun icmalına (“World Economic Outlook”) istinadən xəbər verir ki, yaxşılaşma BVF-nin proqnozlarında qeydə alınıb. Qurumun iyun ayına olan proqnozuna əsasən, 2011-ci ildə MDB-də iqtisadi artım aprel ayında verilən 5 faiz səviyyəsində proqnoza qarşı 5,1 faiz təşkil edəcək.

Natiq Bağırov/AZADİNFORM. Balakən rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, hadisə rayon ərazisindəki “Qubek” adlandırılan dağlıq sahədə qeydə alınıb.

 
Страница 6024 из 6233 << < 6020 6021 6022 6023 6024 6025 6026 6027 6028 > >>
 Лента новостей
19.03.2019
18.03.2019
 Архив
«Мар.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo