Atif Eyvazov/AZADİNFORM. Təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb.

AZADINFORM. «Taliban» hərəkatı liderləri Mola Ömərin öldürüldüyü barədə xəbəri təkzib edib.

Həbibə/AZADİNFORM. “İmişli Elektrik  Şəbəkəsi”ndə elektrik enerji istehlakçılarının ümumi sayı 24 mindən çoxdur.

AZADINFORM. İspaniyada hakim Sosialist İşçi Partiyası mayın 22-də yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə məğlub olub. «Azadinform» «El Pais» qəzetinə istinadən xəbər verir ki, seçkilərdə sağ mərkəzçi Xalq Partiyası qalib gəlib. Onlar 37,6 faiz səs toplayıblar. Sosialistlər öz növbəsində yalnız 27,8 faizlə kifayətləniblər.


Seymur Əliyev/AZADİNFORM. Mahaçkalada Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından “Azadinform”a bildiriblər ki, sərbəst güləş üzrə yığmamız turniri 1 qızıl və 1 gümüş medalla başa vurub.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nizami rayonunda ticarət mərkəzindən oğurluq edilib. Nizami rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə “Orbita” Ticarət Mərkəzində qeydə alınıb. Mərkəzin qızıl-zinət əşyalarının, zərgərlik məmulatlarının satıldığı şöbələrdən birində naməlum şəxs siyirməni açaraq oğurluq etmək istəyərkən polis tərəfindən saxlanılıb.

Həbibə/AZADİNFORM. Cari ilin dörd ayı ərzində Azərbaycan iqtisadiyyatının mədən sənayesinə yatırılan investisiyalar 816,3 mln. manatı (1,033 mlrd. dollar) ötüb.

Mübariz/AZADİNFORM. Ötən il bir sıra büdcə təşkilatlarının dövlət büdcəsinə milyardlarla borcu qalıb. “Azadinform”un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Atif Eyvazov/AZADİNFORM. Gənc alimlərin Avropadakı elmi mərkəzlərin doktoranturalarında təhsil almaları ilə bağlı göndəriş  prosesi davam etdiriləcək. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib. 

Adəm Abbaslı/AZADİNFORM. 2011-ci il Kann Festivalında təqdim olunan iki “Qran-pri” mükafatının birinə tanınmış türk rejissoru Nuri Bilgə Ceylan sahib olub. Festivalın rəsmi saytında bildirilir ki, rejissor bu mükafata “Bir zamanlar Anadoluda” filminə görə layiq görülüb.

Həbibə/AZADİNFORM. 2011-ci il yanvarın 1-nə ölkədə dövlət qulluğuna aid vəzifələrdə çalışan işçilərin sayı əvvəlki ilin yanvarın 1-i vəziyyəti ilə müqayisədə 0,6 faiz artaraq 28,6 min nəfər olub və onların 28,3 faizini qadınlar təşkil edib. Bu barədə “Azadinform” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

AZADINFORM. Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili bəyan edib ki, Saakaşvili rejiminə son qoymaq üçün Parisdən Tbilisiyə yola düşür.

AZADİNFORM. Yəmən paytaxtında bu gün axşam saatlarında pulemyotlar və döyüş qumbaraları tətbiq edilməklə küçə döyüşlərinə başlanılıb. «Azadinform» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, atışmalar nüfuzlu müxalifət lideri Şahid Sadik əl-Əhmarın evinin qarşısında başlayıb.

Xədicə/AzADİNFORM. «Eurovision» təmsilçilərimizdən olan Safura Əlizadə Bakıda olduğu müddətdə bir sıra yaradıcılıq planlarını həyata keçirir. Hazırda o, daha çox xarici mahnılarla zəngin olan repertuarına Azərbaycan bəstəkarlarının kiçik əsərlərini daxil edir.

Seymur Əliyev/AZADİNFORM. FİFA-nın Oyun Meydançaları Proqramının meneceri Stüart Larman və FİFA-nın təbii ot örtüyü üzrə məsləhətçisi Stefan Baker Azərbaycanda səfərdə olub.

Atif Eyvazov/AZADİNFORM. Naxçıvan Muxtar Respublikasının 3 rayonunda seysmoloji stansiya qurulacaq. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik  Arif Həşimov söyləyib.

Günel Əbilova/AZADİNFORM. Misirdə 20 üsyançını öldürməkdə ittiham olunan polis edam olunacaq. 

Həbibə/AZADİNFORM. Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində bu ölkəyə dəyən zərər 184 milyard dolları keçə bilər. “Azadinform”un “Haberturk”ə istinadən yaydığı məlumata görə, bu barədə açıqlamanı Yaponiyanın iqtisadiyyat naziri Kaoru Yosano bildirib.

AZADİNFORM. Ermənilər dünən saat 12.55-dən 13.00-dək və 22.50-dən 22.55-dək Füzuli rayonu Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.35-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.05-dən 21.15-dək və mayın 23-də saat 00.10-dan 00.20-dək Ağdam rayonu Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.15-dən 01.25-dək isə Tərtər rayonu Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Həbibə/AZADİNFORM. 2011-ci ilin büdcəsinə əlavə və dəyişikliklər mayın 27-də parlamentin müzakirəsinə çıxarılacaq.

 
Страница 6003 из 6123 << < 5999 6000 6001 6002 6003 6004 6005 6006 6007 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo