AZADİNFORM. Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfəri başlayıb.

AZADİNFORM. Bu gün yerli vaxtla saat 05:42:51–də Xəzər dənizində zəlzələ qeydə alınıb. AMEA Seysmoloji Xidmət Mərkəzindən “Azadinform”a verilən məlumata görə, zəlzələ hiss olunmayıb. Zəlzələ maqnituda 3.90, dərinliyi isə 128 km olub.

AZADİNFORM. Ermənilər iyulun 24-də saat 09.05-dən 09.30-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.30-dan 14.45-dək Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 25-də saat 00.25-dən 00.30-dək və 00.35-dən 00.40-dək Füzuli rayonu Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu gün enerji təhlükəsizliyi, qlobal iqlim dəyişmələri və ətraf mühitin çirklənməsi bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Onların həlli üçün müxtəlif istiqamətlər təklif edilir ki, bunlardan bu gün üçün önəmli bərpa olunan və alternativ enerji mənbələrindən istifadədir.

AZADİNFORM. Ermənilərin katalikosu II Qaregenə və onun rəhbərlik etdiyi quruma qarşı kampaniya start götürüb. «Nə üçün Eçmiədzin monastr tikintisinə pul tapmır, ancaq avtomobillərə tapılır?»

AZADİNFORM. Rusiyanın Daxili İşlər Nazirliyi bəyan edib ki, ölkədəki rüşvətin orta miqdarı 293 min rubla çatıb, yəni 10 min dolları keçib. Bu rəqəmlər nazirliyin İqtisadi Təhlükəsizlik Baş İdarəsində açıqlanıb. «Azadinform» «İnterfaks»a istinadən xəbər verir ki, bu idarənin əməkdaşlarının araşdırdığı işlər üzrə rüşvətin orta miqdarı 10 dəfə artıqdır və təxminən 100 min dollar təşkil edir.

AZADİNFORM. Türkiyə və Ermənistan biznesmenləri Yerevanda keçirilən görüşdə qarşılıqlı ticarəti və turizmi inkişaf etdirmək barədə saziş imzalayıblar. «Azadinform» «News.am»a istinadən xəbər verir ki, bu barədə məlumat verən Ermənistanın Sənayeçilər və İş adamları Birliyinin sədri Arsen Qazaryan deyib ki, hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 250 milyon dollar olsa da, iki qonşu ölkə arasında birbaşa quru yolu yoxdur.

AZADİNFORM. NATO Əfqanıstanın şərqində həyata keçirilən hərbi əməliyyatda 50-dən çox terrorçunun öldüyünü açıqlayıb. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, Alyansdan verilən açıqlamada Paktika vilayətinin Sar Razva bölgəsində əcnəbi militanların istifadə etdiyi bir düşərgədə koalisiya qüvvələri ilə Əfqanıstan xüsusi təyinatlı qüvvələri tərəfindən keçirilən əməliyyatda terrorçuların öldürüldüyü bildirilib.

Adəm Abbaslı/AZADİNFORM. 1962-ci ildə həyatını itirən Amerikalı kino ulduzu Merlin Monronun bu vaxta qədər ekranlara çıxmayan ağ-qara rəngli filmi Argentinada açıq hərraca çıxarılacaq.

Aytən İmanova/AZADİNFORM. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinə 20-22 milyard dollar investisiya tələb olunur. “Azadinform” xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzetinə açıqlamasında ARDNŞ-nin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Braunu ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.

AZADİNFORM. Hökumətsizlik məsələsində dünya rekordu qıran Belçikada yeni kabinetin formalaşması ümidi yaranıb. Bir ildən çoxdur hökumət qurula bilməyən ölkədə səkkiz partiya arasında koalisiya formalaşa biləcəyi açıqlanıb.

AZADİNFORM. İyulun 21-də Dünya Azərbaycanlıları Konqresi Nəzarət-Təftiş Komissiyasının (DAK NTK) toplantısının keçirildiyi və həmin yığıncaqda DAK həmsədrləri Sabir Rüstəmxanlının və Firidun Pərviznianın DAK-ın Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması haqda imzaladıqları sərəncamın ləğv edilməsi barədə məlumat yayılıb.

AZADİNFORM. Azərbaycan taekvondoçuları 29-31 iyul tarixlərində Vladivostokda yarışda iştirak edəcəklər. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən “Azadinform”a bildiriblər ki, baş məşqçi Jon Jonqbayın rəhbərliyi ilə peşəkar taekvondo turnirinə yollanacaq heyətə Fariz Əliyev (74 kq), Elvin Məmmədov (74 kq), Kim Kvanqseok (75 kq), Ramik Nəzərov (80 kq), Fərid Tağızadə (80 kq) və Təvəkkül Bayramov (80 kq) daxil edilib.

Natiq Bağırov/AZADİNFORM. Şirvan Apelyasiya Məhkəməsində odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etməkdə ittiham olunan şəxslərin apelyasiya şikayəti üzrə məhkəməsi başa çatıb. “Azadinform” xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Həbibə/AZADİNFORM. “Tərxun” və “Düşes” istehsalçısına cərimə tətbiq edilib.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Cənubi Qafqazdakı münaqişələrin həlli istiqamətində Avropa təşkilatlarının, Avropa İttifaqının proseslərə təsiri yox dərəcəsindədir”.

Natiq Bağırov/AZADİNFORM. Baş Prokurorluq Bakının Suraxanı rayonunda baş verən dəhşətli qətllə bağlı rəsmi məlumat yayıb. Bu barədə “Azadinform”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Natiq Bağırov/AZADİNFORM. Bu il Bakı şəhərində 5580 cinayət hadisəsi qeydə alınıb. Bu barədə “Azadinform”a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

AZADİNFORM. Çeçenistan prezidenti Ramzan Kadırov ailəsi ilə birlikdə Antalyada məşhur milyarder Telman İsmayılovun «Mardan Palace» otelində dincəlir. «Azadinform» Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu istirahətin bəzi detalları mətbuat səhifələrinə düşüb.

 
Страница 5976 из 6273 << < 5972 5973 5974 5975 5976 5977 5978 5979 5980 > >>
 Лента новостей
25.04.2019
24.04.2019
 Архив
«Апр.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo