Günel Əbilova/AZADİNFORM. ABŞ-ın Memorial Xəstəxanasında 6 əkiz dünyaya gəlib. “Azadinform” “Xəbərtürk”ə istinadən xəbər verir ki, 3 qız, 3 oğlan olan əkizlər dünən doğulub.

Mübariz Aslanov/ AZADİNFORM. ATƏT-in Minsk Qrupu həmsədr ölkə prezidentlərinin Dovildə qəbul etdiyi bəyanat Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ciddi sənədin imzalanmasına şərait yarada bilər.

Natiq Bağırov/AZADİNFORM. Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, Hövsan qəsəbəsində “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinə məxsus neft mədəninin ərazisindən işlək vəziyyətdə olan, su borusunun 305 metrlik hissəsi kəsilərək oğurlanıb.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Füzuli rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Adəm Abbaslı/AZADİNFORM. İyunun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Palma” İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil ediləcək.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nərimanov rayonun da bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun F.Xoyski küçəsi 118-in qarşısında qeydə alınıb. 1996-cı il təvəllüdlü Ceyhun Abdullayev həmyaşıdı, 1996-cı ildə anadan olmuş Ülvi Məmmədovu bıçaqlayıb.

Seymur Əliyev/AZADİNFORM. Bu gün Astana şəhərindəki “Rixos President Astana” otelində Azərbaycan millisinin futbolçuları – Rəşad Sadıqov, Rail Məlikov və Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti bayramları qayğıya ehtiyacı olan uşaqlarla birgə qeyd etməyi artıq bir ənənəyə çevirib. Bu dəfə Bakcell şirkəti Suraxanı rayonu 7 saylı xüsusi internat məktəbinin uşaqlarına bayram sevinci bəxş edib. 

AZADİNFORM. Pul köçürmələri və ödəniş xidmətləri üzrə dünya lideri olan Western Union şirkəti (NYSE: WU) 160-illik yubileyini qeyd edir. “Azadinform” xəbər verir ki, hazırda Western Union dünyanın 200-dən yuxarı ölkəsində 455 000-dən çox xidmət məntəqələrini birləşdirir. Şirkət 2010-cu ildə hər gün orta hesabla 1,7 mln. pul köçürməsi, yaxud saniyədə 19 transaksiya əməliyyatını həyata keçirib.

Seymur Əliyev/AZADİNFORM. İyunun 6-da saat 9:00-da, Mərdəkan qəsəbəsində AFFA tərəfindən inşa olunmuş AFFA Futbol Mərkəzinin, eyni zamanda bu mərkəzə daxil olan “Dalğa Arena”nın açılış mərasimi keçiriləcək.

AZADINFORM. Moskva şəhərinin keçmiş meri Yuri Lujkov xəstəxanaya düşüb. O, böyrəklərindən şikayətçidir. «Azadinform» «İnterfaks»a istinadən yaydığı xəbərdə göstərib ki, bu məlumat tibb dairələrindəki mənbəyə istinadən yayılıb. Lujkov hazırda Moskvadakı mərkəzi klinik xəstəxanada yatır.

 

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsi tərəfindən “2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabatı hazırlanıb. SAM-dan “Azadinform”a verilən məlumata görə, hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyatımız üçün müsbət nəticələri təhlil edilir.

Natiq Bağırov/AZADİNFORM. İsmayıllı rayonunda ağır qətl hadisəsi baş verib. Bu barədə “Azadinform”a İsmayıllı rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Qaraqaya kəndində qeydə alınıb. 43 yaşlı Lahıc sakini Vəsilə Allahyarovanın üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti Qaraqaya kəndində tapılıb.

Atif Eyvazov/AZADİNFORM. Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır. “Azadinform” xəbər verir ki, Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

“The Times”: “Mladiçin məhkəmədə ilk günü”

AZADINFORM Çində hamını şoka salacaq olay baş verib. Anhoy əyalətinin sakini “iPad 2” planşet kompyuterini almaq üçün sağ böyrəyini satıb. «Azadinform» «Dunfan» peyk telekanalına istinadən yaydığı xəbərdə göstərib ki, 17 yaşlı Syao Çjen bu il 10-cu sinfə keçib və “iPad 2” almaq onun çoxdankı arzusu olub.

Seymur Əliyev/AZADİNFORM. Bu gün Astana şəhərindəki «Rixos President Astana» otelində Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib.

Natiq Bağırov/AZADİNFORM. Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZADİNFORM. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cari ilin 5-6 iyun tarixlərində Parisdə Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 3-cü iclasında iştirak edəcək.

Adəm Abbaslı/AZADİNFORM. “Mənim qarşımda elə bir məqsədim olmayıb ki, müğənni olum”. Bunu “Azadinform”a müsahibəsində aktrisa, müğənni Sənubər İsgəndərli deyib:

 
Страница 5973 из 6126 << < 5969 5970 5971 5972 5973 5974 5975 5976 5977 > >>
 Лента новостей
21.11.2018
20.11.2018
19.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo