Hacı Murad/AZADİNFORM. Cənubi Koreya Respublikasının Gyonqju şəhərində taekvondo üzrə dünya çempionatına start verilib. Yarışda Azərbaycanla yanaşı, 149 ölkədən 1050-dək idmançı iştirak edir. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. 

AZADINFORM. Liviya dövlət televiziyası Müəmmar Qəddafinin oğlu və nəvələrinin milli bayraqlara bükülən meyitlərini nümayiş etdirib. «Azadinform» «Əl-Cəzirə» kanalına istinadən yaydığı məlumatda göstərib ki, Saif əl-Ərəb və Qəddafinin üç nəvəsi bombardman nəticəsində ölsə də, Qəddafi möcüzə nəticəsində sağ qalıb.

Günel Əbilova/AZADİNFORM. “Bizim heç vaxt elit təbəqəyə daxil olmaq fikrimiz olmayıb. Yoxsa kliplərimizi “Range Rover”də çəkərdik”. “Azadinform” xəbər verir ki, bu sözləri “Əli və Nino” kitab evində oxucuları ilə görüşən Milli Kitab Mükafatının ötən ilki qalibi və HOST qrupunun üzvü Elxan Qaraqan deyib. Onun sözlərinə görə, elit təbəqəni tutmaq çox asan, amma gənclərə nəsə çatdırmaq çox çətindir, çünki onlar ağıllı və məntiqləri daha güclü olur.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Özbəkistanın baş prokuroru Rəşid Kadırovun Azərbaycana səfəri başlayır. Səfər Azərbaycanın baş prokuroru Zakir Qaralovun dəvəti ilə reallaşıb.

 

Atif Eyvazov/AZADİNFORM. Litva prezidenti Daliya Qribauskaytenin Azərbaycana rəsmi səfəri zamanı paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə məlumatı “Azadinform”a Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov verib. 

Xədicə/AZADİNFORM. Bir neçə həftə öncə klipini təqdim edən müğənni Sevda Yəhyayeva daha bir yeniliyi ilə gündəmə gələcək. Müğənni “Azadinform”a bildirib ki, fanatları ilə ilk böyük görüşünü təşkil edəcək. Mərasim mayın 15-nə planlaşdırılıb.


Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də respublikanın 25 şəhərində keçirdiyi sınaq imtahanının nəticələrini bu həftə açıqlayacaq. Bu barədə məlumatı “Azadinform” TQDK-nın mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Çox təəssüf ki, bu gün Bakı ilə Vaşinqtonun münasibətləri 4-5 il bundan əvvəlki vəziyyətə deyil”. Bu barədə “Azadinform”a müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, son 5-6 il ötən 2 ildəki kimi də deyil.

Mübariz Aslanov/AZADİNFORM. Sabah İsveçrədə Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan ibarət İşçi Qrupun görüşü keçiriləcək. Görüşdə Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri təmsil edəcək.

AZADINFORM. Keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Pakistanın Abbottabad şəhərində «Əl-Qaidə» terror təşkilatının lideri Üsəma bin Laden öldürülüb. Bu barədə məlumatı ABŞ prezidenti Barak Obama özünün televiziya ilə xalqa müraciətində bəyan edib. Onun sözlərinə görə, Ladenin meyiti ABŞ xüsusi xidmət orqanlarının əlindədir.

Həbibə/AZADİNFORM. May ayında 5 dəfə hərrac keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə, hərraclar mayın 3-də, 17-də və 31-də baş tutacaq. 31-də üç hərrac keçiriləcək ki, bunlardan biri səhmdar cəmiyyətlərin səhmlərinin satışı olacaq.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər mayın 1-də saat 13.10-dan 13.15-dək və 18.25-dən 18.30-dək Ermənistanın İcevan rayonu Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu Qızılhacılı və Ağstafa rayonu Köhnə Qışlaq kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, mayın 2-də saat 03.40-dan 03.54-dək isə Füzuli rayonu Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Hacı Zeynalov/AZADİNFORM. Bakı polisi külli miqdarda narkotik vasitə satan şəxsi tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Sərdar Hacıyevdən 2 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik  və  müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə  heyəti “Avronest” Parlament Assambleyasının təsis iclasında iştirak etmək üçün mayın 2-dən 3-dək Belçikada səfərdə olacaq. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda rəsmi sənədi saxtalaşdırmaqda təqsirli bilinən şəxs tutulub. “Azadinform” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xədicə/AZADİNFORM. Bu günlərdə paytaxt restoranlarının birində qarmon ifaçısı Gülbahar Şükürlü oğluna nişan mərasimi təşkil edib. Sənətçi “Azadinform”a bildirib ki, oğlu Rusif özünün sevib seçdiyi Əfsanə adlı xanımla ailə həyatı qurmağa qərar verib.

Hacı Zeynalov/AZADİNFORM. Qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən şəxs tutulub. “Azadinform” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hacı Zeynalov/AZADİNFORM. Qaradağ rayonunda ağır yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Lənkəranda qadağan edilmiş dini vəsaitlər aşkarlanıb. “Azadinform” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mübariz Aslanov/AZADİNFORM. Gürcüstan ərazisindəki doğma yerlərinə qaytarılması üçün Axısxa türklərinin bu ölkədə köç komissiyası yaradılıb. Komissiyaya Gürcüstandan olan hökumət nümayəndələri də daxildir. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Axısxa Türklərinin “Vətən” Cəmiyyətinin İdarə Heyətinin sədri Şəmsəddin Sərvərov bildirib.

 
Страница 5970 из 6029 << < 5966 5967 5968 5969 5970 5971 5972 5973 5974 > >>
 Лента новостей
16.08.2018
15.08.2018
 Архив
«Авг.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo