AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Estoniyanın Tallin şəhərində “Şərq tərəfdaşlığı – kibercinayətkarlığa qarşı kooperasiya” (CyberCrime@EAP) beynəlxalq konfransında iştirak edib.

“The Times”: “Yəmənin paytaxtında su qıtlığı”

 

Həbibə/AZADİNFORM. “Biznes sahəsində yaş səviyyəsinə görə əlavə güzəştlərin edilməsini normal qəbul etmirəm”.

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonu ərazisində göldə batan gəncin meyiti tapılıb. Bu barədə “Azadinform”a Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Həbibə/AZADİNFORM. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi 2011-ci ilin iyunun 1-nə ötən ilin müvafiq dövrünə nisbətən 1 537,8 mln. dollar və ya 28,7 faiz artaraq 6 898,8 mln. ABŞ dolları təşkil edib. “Azadinform” qurumun mətbuat xidmətinə istinadən bildirir ki, cari ilin əvvəlindən valyuta ehtiyatları üzrə artım 491,2 mln. dollar və ya 7,7 faiz olub.
İki ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 180,4 milyon və ya 2,6 faiz artıb.
2011-ci il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları 6 milyard 407,6 milyon dollar təşkil edib. Bundan başqa, 2010-cu ildə bankın valyuta ehtiyatları 24,1 faiz artıb.
AMB-nin qiymətləndirmələrinə görə, 2012-ci ilə kimi bankın valyuta ehtiyatları 8 milyard dollara çata bilər.

 

Natiq Bağırov/AZADİNFORM. Bakının Xətai rayonunda dələduzluqla məşğul olan qadın tutulub.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nərimanov rayonunda küllü miqdarda narkotik vasitə aşkar edilib. Bu barədə “Azadinform”a Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən məlumat verilib.

AZADİNFORM.  Malaziyanın paytaxtı Kuala-Lumpurda ərlərinin sözünə baxan qadınların klubu açılıb. «Azadinform» «Franc Press» agentliyinə istinadən xəbər verir ki, təşkilata qadın fəalı Mazna Tauifik rəhbərlik edir.

Aytən İmanova/AZADİNFORM. Ali təhsil məktəb tələbələrinin X Respublika Universiadası qalibləri mükafatlandırıldı. “Azadinform” xəbər verir ki, X Respublika Universiadası idmanın 10 növü üzrə keçirilib.

Həbibə/AZADİNFORM. Avropa Mərkəzi Bankının rəhbəri Jan Klod Triş Avrozonada mərkəzləşdirilmiş Maliyyə Nazirliyinin yaradılmasını təklif edib. “Azadinform” yap.org.az saytına istinadən bildirir ki, Jan Klod Triş mərkəzləşdirilmiş Maliyyə Nazirliyinin yaradılmasının Avropa qitəsi ölkələrinin borclarını tez bir zamanda qaytarmağa köməklik göstərə biləcəyini deyib.

AZADİNFORM. “Azərbaycan lideri ilə danışıqdan sonra  mən onun sözlərindən görüşlə bağlı optimist notlar eşitdim”. “Azadinform” “Hürriyyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu prezident İlham Əliyevlə görüşünün nəticələrini şərh edərkən deyib.

Günel Əbilova/AZADİNFORM. İnterneti öyrənmək üçün kursa gedən 106 yaşlı İngiltərə sakini Lilli Strugnel “Faceboook”un ən yaşlı istifadəçisi olmaq iddiasındadır.

Həbibə/AZADİNFORM. “Post-terminalların kütləviləşdirilməsi məsələsi ölkə başçısı tərəfindən müvafiq orqanlar qarşısında öhdəlik kimi qoyulub, bu istiqamətdə ötən il fərman da verilib”. “Azadinform”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlərlə bağlı vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artıb.

AZADİNFORM. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Bakı kəndlərində “Gənclərin narkomaniya asılılığına qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində sorğu keçirib. Bu layihə çərçivəsində respondentlərə gənclərin narkomaniya asılılığına qarşı  maarifləndirici tədbirlərlə bağlı bir neçə sual verilib.

Həbibə/AZADİNFORM. “Hazırda Azərbaycanda 27 vergi terminalı fəaliyyət göstərir, təkcə bu il 10 terminal istifadəyə verilib”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.


AZADİNFORM. Avstriyanın OMV Tədqiqatlar və İstehsalat şirkəti Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi tədqiqatları əsasında Cənubi Xəzər hövzəsinin geoloji quruluşunu və neft-qazlılığını öyrənir.

AZADİNFORM. Türkiyənin Trabzon şəhər məhkəməsi erməni jurnalist Hrant Dinkin qətli ilə bağlı 6 hərbi zabiti azadlıqdan məhrum edib. «Azadinform» «Milliyyət»ə istinadən yaydığı xəbərdə bildirir ki, məhkəmə zabitləri jurnalistə qarşı sui-qəsd cəhdinə göz yummaqda günahlandırıb.

Natiq Bağırov/AZADİNFORM. Bakının Binəqədi rayonu Mehdiabad yolunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə “Azadinform”a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

AZADİNFORM. ABŞ-ın xüsusi təyinatlı dəstəsi Üsəma bin Ladeni donuz yağı ilə yağlanmış güllə ilə öldürüb. «Azadinform» «The Daily Mail»ə istinadən xəbər verir ki, bu güllələri ABŞ dəniz piyadaları da alır.

 
Страница 5969 из 6126 << < 5965 5966 5967 5968 5969 5970 5971 5972 5973 > >>
 Лента новостей
21.11.2018
20.11.2018
19.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo