AZADINFORM. Pakistanda İtaliya agentliyinə işləyən reportyorun öldürülməsindən sonra jurnalistlərin silah gəzdirməsinə icazə verilib. «Azadinform»  BBC-yə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Rahman Malik bəyan edib.

AZADINFORM. Liviyanın neft sənayesi naziri iyunun 1-də üsyançıların tərəfinə keçdiyini bəyan edib. «Azadinform» xəbər verir ki, nazir Şükrü Hanem bunu İtaliyanın ANSA agentliyinə bildirib. Nazir hazırda Romadadır.

AZADINFORM.  Yozef Blatter dördüncü dəfə FİFA-nın prezidenti seçilib. 230 nümayəndədən 186-sı onun lehinə səs verib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, 75 yaşlı Blatter FİFA-y 1998-ci ildən rəhbərlik edir. Seçkilər FİFA-da iri qalmaqal fonunda keçirilib. Blatter prezident seçildikdən sonra təşkilatda korrupsiyaya son qoyacağını bəyan edib.

AZADINFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Halic Konqres Mərkəzində «Türkiyə hazır hədəf-2023» layihəsinin təqdimat mərasimində bir sıra maraqlı açıqlamalar verib. «Azadinform» «Hürriyət»ə istinadən yaydığı xəbərdə göstərib ki, Ərdoğan İzmir, İstanbul və Diyarbəkir üçün yeni layihələr açıqlayıb.

Mübariz Aslanov/AZADİNFORM. Bakıda intellektual idarəetmə sisteminin tətbiqi çərçivəsində nəqliyyatın hərəkəti və avtobusların marşrutları peyk vasitəsilə müşahidə ediləcək. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşviq Əmirov verib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün abituriyentlərin ərizələrini təsdiq müddəti başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 110 min 426 abituriyent elektron ərizəsini təsdiqləyib. Bu barədə məlumatı “Azadinform”a TQDK-dan veriblər.

Atif Eyvazov/AZADİNFORM.  Azərbaycan Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasının korrupsiya ilə mübarizə sahəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi maliyyə yardımı müsabiqəsi yekunlaşıb.

AZADINFORM Tbilisi şəhər məhkəməsi eks-spiker Nino Burcanadzenin əri Badri Biçadzenin azad olunması üçün lazım olan girovun məbləğini açıqlayıb. Məhkəmənin qərarında göstərilib ki, Burcanadzenin əri 60 min dollar müqabilində ev dustağı ola bilər.

Həbibə/AZADİNFORM. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin mayında Novorossiysk limanından 209 min 274 ton, Supsa limanından 242 min 478 ton, Çeyhan limanından 1 milyon 906 min 393 ton xam neft ixrac edib.

Həbibə/AZADİNFORM. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin may ayında 9 min 698 ton avtomobil benzini, 102 min 516 ton dizel yanacağı, 4 min 784 ton təyyarə yanacağı, 1 min 161 ton soba mazutu ixrac edib.


Mübariz Aslanov/AZADİNFORM. “Təəssüf ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mobil operatorların stansiyaları ilə əlaqədar verdiyi açıqlamada nə dəqiq ünvan, nə də ki, şikayət edənin kimliyini göstərir”.

Həbibə/AZADİNFORM.  “Bütövlükdə qlobal miqyasda, o cümlədən Azərbaycanda fond bazarında proseslər dinamik inkişaf edir. Əgər statistik prizmadan baxsaq, cari ilin 4 ayı ərzində fond bazarında ticarətin həcmi 2,6 milyard manat təşkil edib ki, bu da bütün 2010-cu il ərzində bazarda bağlanmış əqdlərin həcmindən təxminən 10 faiz yüksəkdir”.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Elxan Hacıyevin məhkəməsi başa çatıb.

AZADINFORM. Məşhur rejissor Renni Harlinin «Avqustda 5 gün» filmində çəkilən Hollivud ulduzları Tbilisiyə gələcəklər. Onlar 2008-ci ilin avqust müharibəsinə həsr olunmuş filmin təqdimat mərasiminə qatılmaq üçün bazar günü Gürcüstan paytaxtında olacaqlar. «

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqla məşğul olan Cambul Cəfərov, Pərvin Bünyatov və Orxan Əsgərovun məhkəməsi başa çatıb.

AZADİNFORM. Ölkədə 20 mindən artıq nikahdan kənar uşaq doğulub. “Azadinform” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Həbibə/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyası və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə “Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir” mövzusunda dəyirmi masa keçirilib.

Atif Eyvazov/AZADİNFORM. Yevlaxda çıxan “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızının 60 illik yubileyi qeyd edilib.


Mübariz Aslanov/AZADİNFORM. “Torpaqlar geri qaytarıldığı təqdirdə Dağlıq Qarabağa geri dönən azərbaycanlılar ermənilərin keçirmək istədikləri referendumu və onun nəticəsini tanımayacaqlar”. Bunları “Azadinform”a müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Həbibə/AZADİNFORM. “Qorunmayan əmanətlərin həcminin artması təhlükəli tendensiyadır və bu, bir sıra problemlər yarada bilər”. “Azadinform”un məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 12 faizə salmasına baxmayaraq, banklar böyük həvəslə yüksək faizlə əmanət cəlbini davam etdirir, məlumatsız əhali isə yüksək faizə aldanır.

 
Страница 5968 из 6118 << < 5964 5965 5966 5967 5968 5969 5970 5971 5972 > >>
 Лента новостей
12.11.2018
10.11.2018
8.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo