Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini Şirəli Hacıyevin cinayət işi üzrə məhkəmə başa çatıb. “Azadinform xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şirəli Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həbibə/AZADİNFORM. Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “İmişli” və “Sabirabad” EŞ-lərinin əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

Həbibə/AZADİNFORM. “Azərbaycandan Rusiyaya tərəvəz ixracı əhəmiyyətli dərəcədə arta bilər”. “Azadinform” yap.org.az saytına istinadən bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyib.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində iştirak ediblər. “Azadinform” xəbər verir ki, tədbirdə, həmçinin FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.

Mübariz Aslanov/AZADİNFORM. “Əgər 2003-cü il seçkilərində ikinci yeri tutan Müsavat partiyası özünün ikinciliyini tanısaydı, bununla da gələcək dialoqun yolu açılardı”.

Atif Eyvazov/AZADİNFORM. AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya” şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Azərbaycan dilinin terminologiyası” kitabı işıq üzü görüb. Bu barədə məlumatı “Azadinform”a AMEA-dan veriblər.

Elcan/AZADİNFORM. İngiltərə hökuməti bu il dəfələrlə uşaq və gənclərlə bağlı qərar və layihələrlə gündəmə gəldi. Onlara dünyadakı ən yaxşı təhsil və tibb müayinə hüququ verən hökumət indi də öz gələcəyini mənəvi və psixoloji cəhətdən sağlam mühitdə böyütməyin qayğısına qalır.

Həbibə/AZADİNFORM. 14-15 iyunda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclası keçiriləcək.

Aytən İmanova/AZADİNFORM. Jurnalist Araşdırmalar Mərkəzinin (JAM) yaratdığı www.azerihostage.com saytının daha üç dildə fəaliyyətə başlaması nəzərdə tutulur. JAM sədri Seymur Verdizadənin “Azadinform”a verdiyi məlumata görə, hazırda həmin sayt Azərbaycan və ingilis dillərində yayımlanır.

Hacı Murad/AZADİNFORM. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xəzər İntellektual Gənclər Klubu və Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Breyn-rinq oyunu üzrə “Universitet liqası” layihəsi çərçivəsində Yubiley kuboku keçirib. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Bu gün AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov İtaliyaya səfər edib. Bu barədə məlumatı “Azadinform”a AMEA-da veriblər.

AZADİNFORM. Hərbi cinayətlərdə və soyqırımında ittiham olunan Ratko Mladiç Haaqa məhkəməsi onun tələblərini yerinə yetirməyəcəyi təqdirdə quru aclıq aksiyasına başlayacağı ilə hədələyib.

AZADİNFORM  Rusiyalı oliqarx Roman Abramoviçin yaxtası venesiyalıları əməlli-başlı özündən çıxarıb. Hər səhər Müqəddəs Mark körfəzinə baxmağa öyrəşən şəhər sakinləri indi milyarderin Venesiya sahillərində yan alan «Luna» yaxtasına baxmalı olurlar.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Müasir İnkişaf” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan tarixi” dərsliyinin monitorinqi” adlı layihənin nəticələrini açıqlayıb.

Xədicə/AZADİNFORM. «Eurovision» təmsilçimiz Aysel Teymurzadənin London səfəri və orada lentə yazdırdığı «Tonight» kompozisiyası haqqında məlumat vermişdik.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AZADINFORM  Pakistanda Amerikaya məxsus pilotsuz təyyarənin endirdiyi hava zərbəsi nəticəsində 14 yaraqlı öldürülüb. «Azadinform»  RİA «Novosti»yə istinadən xəbər verir ki, Pakistan təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, zərbələrdən ikisi Cənubi Vəziristana endirilib. Ölən yaraqlılar arasında əcnəbilərin də olduğu bildirilir.

AZADİNFORM. Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün tarixi dəqiqləşib.

Həbibə/AZADİNFORM. Millət vəkili Çingiz Qənizadə təmsil etdiyi 80 saylı İmişli-Beyləqan seçki dairəsində görüşlərini davam etdirib.

AZADİNFORM.  Fransanın birinci imperatoru Napoleon Bonapartın ingilis dili üzrə dəftərləri hərracda 93 min avroya satılıb.

 
Страница 5930 из 6093 << < 5926 5927 5928 5929 5930 5931 5932 5933 5934 > >>
 Лента новостей
19.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo