AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməyə cəhddə ittiham olunan Pirallahı qəsəbə sakini Fariz Canağayevə hökm oxunub.

Həbibə/AZADİNFORM. “Ümumdünya Ticarət Təşkilatına üzvlük turizm sektorunda qiymətlərin ucuzlaşmasına səbəb ola bilər ki, bu da turistlərin ölkəyə axınını təmin edər”.

Atif Eyvazov/AZADİNFORM. Bakı şəhər sakini X.Kərimova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, 22 may 2011-ci il tarixdə oğlunun Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirib və məsələnin araşdırılmasını xahiş edib. Müvəkkilin tapşırığına əsasən, şikayətin araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək saxlanılan həmin şəxslə görüşüb, onun saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Ceyhun Cəfərova hökm oxunub.

Atif Eyvazov/AZADİNFORM. Ölkədə piratçılığın səviyyəsi əvvəlki illərə nisbətən  azalmağa doğru gedir. Bu problemin aradan qaldırılması üçün antipirat proqramı yaradılıb.

Ümidə Həsənli. “Azadinform”un suallarını gənc müğənni Sevda Yəhyayeva cavablandırıb.

 

Natiq Bağırov/AZADİNFORM. Füzuli Hərbi Məhkəməsində odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etməkdə ittiham olunan şəxslərin məhkəməsi başa çatıb.

Mübariz Aslanov/AZADİNFORM. “Rusiya hesablayır ki, Azərbaycan-ABŞ münasibətlərinin indiki nöqtəsi əvvəlkilərə nisbətən çox aşağıdır və bu situasiyadan da Cənubi Qafqazda istifadə etmək istəyir”. Bunları “Azadinform”a müsahibəsində politoloq Rasim Ağayev bildirib.

Mübariz Aslanov/AZADİNFORM. İyunun 6-8-i tarixlərində Bakıda Azərbaycan - Latviya ətraf mühitin bərpasına həsr olunan yaşıl iqtisadiyyat üzrə Biznes Forum keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.


Adəm Abbaslı/AZADİNFORM. Turizm məhsullarının satışı və turist səfərləri zamanı qanunlara riayət olunmalıdır.

Mübariz Aslanov/AZADİNFORM. İyunun 5-i Azərbaycanda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd olunacaq.

 

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları, elmi müəssisələrinin müasir elmi cihazlarla təchiz edilməsi istiqamətində ciddi işlər görülür.  Cihazların alınması üçün 10 mln. manata  yaxın vəsait ayrılıb. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə” mövzusunda Dəyirmi masa təşkil edilib.

Həbibə/AZADİNFORM. “Vergi ödəyicilərinin pasportlaşdırılmasının birinci mərhələsi başa çatmaq üzrədir”. “Azadinform”un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

AZADİNFORM. Məşhur israilli milyarder, tərsanə maqnatı Təl-Əvivdə öz evində ölü vəziyyətdə aşkarlanıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, Şərqin ən məşhur milyarderlərindən olan 89 yaşlı Sami Ofer uzun müddət davam edən xəstəlikdən sonra ölüb.

Xədicə/AZADİNFORM. Azərbaycanın məşhur müğənnisi Zamiq Hüseynov və “Eurovision-2011” müsabiqəsinin milli seçim turlarının iştirakçısı Çingiz Mustafayev duet yazdırmaq qərarına gəliblər.

Mübariz Aslanov/AZADİNFORM. Bu il Azərbaycanda ali məktəblərə qəbulla bağlı bir neçə rayonda sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə artıb. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Həbibə/AZADİNFORM. GUAM-ın Nəqliyyat üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib. Nəqliyyat Nazirliyinin də təmsil olunduğu iclasda Azərbaycan tərəfindən işlənib hazırlanmış “GUAM nəqliyyat dəhlizinin inkişafı Konsepsiyası” layihəsinin yekun variantının razılaşdırılması, “GUAM üzv-dövlətlərinin Transqafqaz tranzit potensialının reallaşdırılması və Avropa – Asiya istiqamətində beynəlxalq avtomobil daşımalarının inkişafı üzrə Yol xəritəsi” layihəsi və digər məsələlər müzakirə edilib. 

AZADİNFORM. Peruda iyunun 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində spirtli içkilərin satışını qadağan edən qanun qüvvəyə minib.

Elvin Xəzər/AZADİNFORM. ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) iyunun ortalarında regiona səfər edəcəklər.

 
Страница 5894 из 6052 << < 5890 5891 5892 5893 5894 5895 5896 5897 5898 > >>
 Лента новостей
19.09.2018
18.09.2018
 Архив
«Сен.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo