AZADİNFORM. Mayın 24-də Prezident İlham Əliyev paytaxtın Şüvəlan və Sabunçu qəsəbələrində görülən işlərlə yaxından tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə Xəzər rayonunun Şüvəlan qəsəbəsinə gəldi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Şüvəlan qəsəbəsinin sxemi əsasında həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə dövlət başçısına məlumat verdi.

Atif Eyvazov/AZADİNFORM. Yaş senzinin orta və ali məktəblərdə necə tətbiq olunması və bu prosesin hansı formada aparılması ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. “Azadinform” xəbər verir ki bu fikirləri təhsil nazirinin müavini Elmar Qasımov söyləyib: “Burada heç bir əsas yoxdur ki, 65 yaşlı bütün professor-müəllim heyəti təqaüdə göndərilsin. Düzdür, bu barədə müəyyən qərar var və o qərar əsasında da müvafiq sənədlər hazırlanaraq universitetlərə veriləcək”.

Xədicə/AZADİNFORM. Üç ay bundan öncə Türkiyədə ana olan müğənni Yeganə Bakıdadır. Bu məsuliyyəti dərindən dərk edən sənətçi vaxtının çoxunu oğlu Ömərlə keçirir.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, laboratoriyalar BP-Azərbaycan şirkətinin Qafqaz Universiteti ilə birgə layihəsi çərçivəsində yaradılıb.

Mübariz Aslanov/AZADİNFORM. Cari il dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün ayrılan vəsait 70 milyon manat artırılaraq 783,3 milyon manat təşkil edəcək. “Azadinform” xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2011-ci dövlət büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Seymur Əliyev/AZADİNFORM. Sabah UEFA tərəfindən Kütləvi Futbol Günü elan olunub. Bununla əlaqədar AFFA tərəfindən bir neçə tədbir təşkil olunacaq.

AZADİNFORM. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutu (KTR) ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) arasında Anlaşma Memorandumu imzalanıb.

C.Əsgərov/AZADİNFORM. Bazar günü AIPAC konfransında yəhudi lobbi təşkilatları qarşısında çıxış edən ABŞ prezidenti Barak Obama bildirib ki, Fələstin dövlətinin yaradılmasına dair danışıqlar İsrailin 1967-ci ildəki sərhədlərindən çıxış edilərək aparılmalıdır və İsraili «çətin seçim» etməyə çağırıb: "Biz sülhün əldə olunması üçün 10, 20, 30 il gözləyə bilmərik". 

Natiq Bağırov/AZADİNFORM. Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib. Saatlı rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, hadisə Mir Cəlal kəndi ərazisində qeydə alınıb.

Mübariz Aslanov/AZADİNFORM. “Strateji tərəfdaşımız olan ABŞ və Türkiyə heç vaxt Azərbaycana deməyib ki, gəl NATO-ya üzv ol. Bu barədə heç vaxt söhbət olmayıb”. Bunları “Azadinform”a müsahibəsində politoloq Rasim Agayev bildirib.

 
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mağazalardan oğurluq etməkdə təqsirli bilinən şəxslərə hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Samir Məmmədov, Tural Qurbanov və Xətai Rüstəmovun hər birinə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə iyunun 6-da, saat 20:00-da, “Buta Palace”da təntənəli mərasim keçiriləcək.

AZADİNFORM. Prezident Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

AZADINFORM. Ukrayna məhkəməsi vəzifəsindən sui-istifadədə ittiham olunan Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun istintaq üçün Kiyevdə məhkəməyə aparılması barədə qərar çıxarıb. «Azadinform» BBC-yə istinadən xəbər verir ki, prokurorlar elan edib ki, o, şəhər məhkəməsi tərəfindən müstəntiqlərin sorğusunda iştirak etmək üçün saxlanılıb. 

AZADINFORM. Əsasən kürdlərin çoxluq təşkil etdiyi Hakkaridə seçkiqadağı mitinqdə çıxış edən Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu bəyan edib ki, hakimiyyətə gələcəkləri təqdirdə onun partiyası kürdlərlə bağlı bir sıra qərarlara imza atacaq.

Aysel/AJQA. Çoxdan arzu etdiyim bir səfər-Gürcüstan səfəri axır ki, reallaşdı. Bu reallığı biz qadın jurnalistlərə yaşatdığı üçün ilk öncə Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının prezidenti, tədbirin təşkilatçısı Sevil Yusifovaya öz təşəkkürümüzü bildiririk.

AZADİNFORM.  Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xədicə/AZADİNFORM. Azərbaycanın və Dağıstanın Əməkdar artisti Ədalət Şükürov yaxın aylarda şəxsi foto sərgisini açacaq. Müğənniliklə yanaşı, foto sənəti ilə də ciddi məşğul olduğunu “Azadinform”a deyən Ədalət Şükürov yaxın aylarda şəxsi foto sərgisinin açılacağını bildirdi:

Adəm Abbaslı/AZADİNFORM. Mayın 27-də, saat 11.00-da Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyinin IV Ümumrespublika ənənəvi kitab bayramı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Kitab bayramı - 2011”in açılış mərasimi keçiriləcək.

AZADİNFORM. Dünyanın aparıcı internet və media orqanlarının başçıları prezident Nikola Sarkozinin təklifi ilə Fransada toplaşıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, Google, Microsoft, Facebook kimi tanınmış virtual məkanların liderlərinin də iştirak edəcəyi görüş iki gün davam edəcək. Görüşdə əsas məqsəd internetin məhdudlaşdırılması və yayılan məlumatların araşdırılmasında qərar qəbul edilməsidir.

 
Страница 5848 из 5976 << < 5844 5845 5846 5847 5848 5849 5850 5851 5852 > >>
 Лента новостей
24.05.2018
23.05.2018
22.05.2018
 Архив
«Май.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo