Hacı Zeynalov/AZADİNFORM. Abşeron rayonunda ağır yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, rayonun Masazır qəsəbəsində Tural Dostzadənin idarə etdiyi “Range Rover” markalı minik maşını qarşıdan gələn “Zil” markalı yük maşını ilə toqquşub.

Hacı Zeynalov/AZADİNFORM. Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, hadisə Sumqayıt şəhərində, 9-cu mikrorayon ərazisində yerləşən parkda qeydə alınıb.

Günel Əbilova/AZADİNFORM. Minskdə metro stansiyasında terror aktının törədilməsində şübhəli bilinən şəxs müəyyən edilib. AZADİNFORM RİA Novosti-yə istinadən xəbər verir ki, Belarus xüsusi xidməti onun axtarışını davam etdirir. İstintaq qrupuna Belarus baş prokurorunun müavini Andrey Şvedin rəhbərlik edir.

Günel Əbilova/AZADİNFORM. Vaşinqton meri Vinsent Qrey həbs olunub. AZADİNFORM  Lenta.ru-ya istinadən xəbər verir ki, Kapitoli polisi Vaşinqton meri və Şəhər Şurasının 5 üzvünü Konqres binası qarşısında qanunsuz aksiya keçirdiklərinə görə həbs edib.

Atif Eyvazov/AZADİNFORM. Mayın 5-dən etibarən Bakı-Karlovı Varı-Bakı marşrutu üzrə yeni müntəzəm reys fəaliyyət göstərəcək.

Atif Eyvazov/AZADİNFORM. Cari ilin birinci rübündə Astara Elektrik Stansiyasında 68,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu da nəzərdə tutulandan 2,3 mln. kVt/saat çoxdur.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yuri Qaqarinin kosmosa uçuşundan 50 il ötür. Sovet kosmonavtı orbitə uçmuş ilk insan olub. Belə ki, 12 aprel 1961-ci il tarixində Baykonur kosmodromundan “Vostok” (“Şərq”) kosmik gəmisi start götürür və 108 dəqiqə ərzində Yer Kürəsi ətrafında dövr edir.

Günel Əbilova/AZADİNFORM. Serj Sarkisyan İstanbula səfər edəcək. AZADİNFORM Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, səfərin əsas məqsədi gələn ay İstanbulda keçiriləcək BMT–nin 4-cü konfransında iştirak etməkdir.

Mübariz Aslanov/AZADİNFORM. Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Moskvada keçiriləcək. AZADİNFORM xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov verib.

Elvin Xəzər/AZADİNFORM. Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilmiş “Dünya xalqları və müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoq” mövzusunda “Ən Yaxşı Fotoşəkil” müsabiqəsinin nəticələri elan olunub.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində Azərbaycanla Trinidad və Tobaqo Respublikası arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə rəsmi sənəd imzalanıb.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycan Prezident Administrasiyası sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyə başlayır. AZADİNFORM  xəbər verir ki, bu gündən etibarən www.twitter.com/AzerbaijanPA ünvanında Administrasiyanın Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 16.15-dən 16.20-dək və 19.35-dən 19.40-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.35-dək Noyenberyan rayonu Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi, saat 19.35-dən 19.40-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyi mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

İİN-dən AZADİNFORM-a verilən məlumata görə, müvafiq reseptura olmadan istehsal edilmiş 1,5 ton peçenye Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Quba-Xaçmaz bölgəsi çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-70, Kiçik Qafqaz çaylarında 50-70, Naxçıvan MR çaylarında isə 40%-i təşkil edir.
Bu gündən etibarən Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb. AZADİNFORM xəbər verir ki, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) daxilində yaradılan müxtəlifyönlü işçi qruplarının fəaliyyəti davam edir.
Aprelin 20-25-i tarixlərində şagirdlərin yaradıcı işlərindən ibarət konfrans keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) veriblər.
Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Geofiziki Tədqiqatlar Cəmiyyətinin Baş Assambleyasının toplantısı keçirilib.
Uzun illərdir Türkiyədə fəaliyyət göstərən Günel Zeynalova Bakıda verəcəyi növbəti solo konsertinə hazırlaşır.
 
Страница 5825 из 5829 << < 5821 5822 5823 5824 5825 5826 5827 5828 5829 > >>
 Лента новостей
22.01.2018
20.01.2018
19.01.2018
18.01.2018
 Архив
«Янв.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo