Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Milli Məclisinin bu mövsümdə son növbədənkənar iclası iyunun 24-də olacaq. Bu barədə məlumatı “Azadinform”a parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu verib. Onun sözlərinə görə, iclasda ümumilikdə 20 məsələnin müzakirəsi nəzərdə tutulub.

Həbibə/AZADİNFORM. Müştərilərin müraciət imkanlarının genişləndirilməsi, onları maraqlandıran sualların operativ cavablandırılması məqsədilə “KapitalBank”ın “196” nömrəli müştəri xidməti (“Call Centre”) yenilənib.

Həbibə/AZADİNFORM. Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri dünya iqtisadiyyatını təhlükəyə məruz qoyan risklərin səviyyəsinin artdığı barədə həyəcan təbili çalır.

AZADİNFORM. Ermənilər bu gecə saat 00.30-dan 00.40-dək Füzuli rayonu Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.40-dan 02.00-dək isə Ağdam rayonu Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

AZADİNFORM. İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə müştərilərinə növbəti yay sürprizini təqdim edir. Şirkət abunəçilərinə yay gecələrində qeyri-pik saatlarında tamamilə pulsuz danışmaq imkanını yaradan “Yatma, danış”kampaniyasına start verib. “Yatma, danış”kampaniyasına qoşulmaq çox sadədir.

AZADİNFORM. Bəhreyn əmirinin oğlu Xalid Xamad bin İsa əl-Xəlif Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Abdel Əziz əs-Səudun qızlarından biri ilə ailə qurur. «Azadinform»un məlumatına görə, bunu «Associated Press» Bəhreynin xəbər agentliyinə istinadən yayıb. Əldə olunan məlumata görə, gələcək ər-arvad nikah müqaviləsi də imzalayıblar.

AZADİNFORM. Gürcüstanın maliyyə naziri Kaxa Bainduraşvili öz istəyi ilə vəzifəsindən getmək qərarına gəlib. «Azadinform» «Novosti Qruziya»ya istinadən xəbər verir ki, baş nazir Nikoloz Qilauri bildirib ki, Kaxa öz fəaliyyətini özəl sektorda davam etdirmək qərarına gəlib. Bu mərhələdə isə o, «Gürcüstan poçtu» Müşahidə Şurasının rəhbəri olacaq. Bainduraşvilini onun müavini Dmitri Qvinadze əvəzləyəcək.

Xədicə/AZADİNFORM. NEXT qrupunun heyətində dəyişiklik baş verib. Ancaq bu dəfə dəyişikliyin nəticəsi olaraq qrupa yeni üzv qəbul olunmayıb. Məlum olduğu kimi, bir müddət öncə qrupda fəaliyyət göstərən müğənni Arzumun qardaşı Əli səhhətində yaranan müəyyən problemlərə görə qrupdan uzaqlaşmışdı.

AZADİNFORM. “Rusiya neftin yüksək qiymətinə və ya hər zaman qiymətlərin artmasına arxalanmamalıdır”. Bunu Sankt-Peterburqda keçirilən iqtisadi forumda çıxış edən Rusiya prezidenti Dmitri Medvedyev deyib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı səfir Xəzər İbrahim NATO-nun baş katibi Anders Foq Rasmussen tərəfindən qəbul edilib.

Natiq Bağırov/AZADİNFORM. Baş Prokurorluq Tovuz rayonunda baş verən dəhşətli qətllə bağlı məlumat yayıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) 22 iyul Milli Mətbuatın yaranmasının 136 illiyi ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsini elan edib. Bu barədə məlumatı “Azadinform”a fonddan veriblər.

Natiq Bağırov/AZADİNFORM. Sumqayıt şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Dünya Azərbaycanlıları İctimai Mərkəzi Qurtuluş Günü münasibətilə ərsəyə gətirdiyi “Müdriklik zirvəsi: Heydər Əliyev” kitabının təqdimatını keçirib.

AZADİNFORM. İran prezidenti Mahmud Əhmədinejad ikinci oğlu Əlirzaya toy edib. Təmtəraqlı olmayan mərasim İmam Əlinin doğum günü keçirilib. Mərasimdə bir sıra rəsmi şəxslər iştirak edib. «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, mərasim zamanı qonaqlara yalnız meyvə, şirniyyat və soklar verilib.

Həbibə/AZADİNFORM. Sahibkarlığa Kömək Milli Fondu Bakının Binə, Bakıxanov və Lökbatan qəsəbələrindən sonra növbəti tədbiri iyunun 17-də Hövsan qəsəbəsində keçirib. “Azadinform”un məlumatına görə, tədbirdə Suraxanı rayonunda fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Abşeron rayonunun Məhəmmədi kəndindəki "Nəzər" KTM müəssisəsinin inşa etdirdiyi illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatında aparılan tikinti işlərinə və “Baxçasaray” MMC-nin inşa etdirdiyi illik istehsal gücü 8 milyon ədəd dekorativ bitkilər olan istixana təsərrüfatında aparılan son tamamlama işlərinə baxış keçirilib.

AZADİNFORM. Barak Obama administrasiyasında informasiya texnologiyaları departamentinin direktoru Vivek Kundra öz postuna tərk edəcək. “Azadinform” “The New York Times”a istinadən xəbər verir ki, məmur istefası barədə qərarı Ağ evin inzibati-büdcə idarəsinin rəhbəri Ceykob Lyu bildirib. Kundranın idarəsi onun rəhbərliyi altındadır.

Natiq Bağırov/AZADİNFORM. Ağdam rayonunun Quzanlı kəndi ərazisində ağır yol qəzası baş verib. Ağdam rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, rayonun Kürdlər kənd sakini Vahid İsgəndərov “Mercedes” markalı avtomaşını idarə edərkən hasara vurub.

Mübariz Aslanov/AZADİNFORM. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakının ətraf kənd və qəsəbələrində yaşayan sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə 15 yeni elektron ATS binasını tikməyi planlaşdırır.

 
Страница 5811 из 6009 << < 5807 5808 5809 5810 5811 5812 5813 5814 5815 > >>
 Лента новостей
23.07.2018
20.07.2018
18.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo