Mübariz Aslanov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Axısxa Türkləri “Vətən” Cəmiyyətinin İdarə Heyəti ümumi yığıncaq keçirib. “Azadinform” xəbər verir ki, konfransda 26 martda bir qrup şəxsin keçirdiyi qurultayın saxta olması, bunun Axısxa türkləri arasında yaratdığı anlaşılmazlığa aydınlıq gətirilməsi müzakirə edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Suraxanı rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, Hövsan qəsəbə sakini Səməd İsgəndərov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Metro polisi oğurluq edən şəxslər tutub. Bakı Şəhər Baş Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, cinayət hadisəsi metronun “Nəriman Nərimanov” stansiyasında baş verib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 2 il keçir. “Azadinform” xəbər verir ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun Pakistanda ingilis dilində nəşr olunan “States Times” qəzetində müsahibəsi dərc olunub. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyi məlumat yayıb.
Müsahibədə səfir Pakistan-Azərbaycan münasibətləri, iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar pakistanlı jurnalist Zahida Amirin suallarını cavablandırıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonunda yeni poliklinikanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZADINFORM. Əfsanəvi musiqiçi və kinoaktyor Adriano Çelentano İtaliyanın baş naziri Silvio Berlsukonini kəskin tənqid edib. Bu barədə məlumatı «Azadinform» RİA «Novosti»yə istinadən yayıb.

AZADINFORM. Artıq bundan sonra əcnəbi ali məktəbləri qurtaran türkmən məzunların diplomatları ölkə ərazisində də tanınacaq. Onlar dövlət idarələrində də işləyə biləcəklər. Bu barədə «Azadinform» «İTAR-TASS»a istinadən məlumat yayıb.

AZADINFORM. Bu gün Suriyada minlərlə adam siyasi islahatlar, hökumətin demokratiya tərəfdarlarının mitinqlərini dağıtmasına etiraz əlaməti olaraq küçələrə çıxıb. Şahidlər aksiyaların paytaxt Dəməşqin yaxınlığında, Homs, Banisa şəhərlərində, eləcə də ölkənin sahilyanı ərazilərində keçirildiyini bildirirlər.

AZADİNFORM. İkinci Respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova Fizuli rayonunun Horadiz şəhərində ilk solo konsertini verəcək.

Elvin Xəzər/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağcabədi rayonunda keçirib. İİN-dən “Azadinform”a verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 180-dək sahibkar iştirak edib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı verib.

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 25 şəhərində sınaq imtahanı keçirəcək. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.


Mübariz Aslanov/AZADİNFORM. Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 105-120, Quba-Xaçmaz bölgəsi çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Kiçik Qafqazın çaylarında 100-110, Naxçıvan MR çaylarında isə 60-70%-i təşkil edir. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən veriblər.

AZADINFORM. Yanvar ayının 1-nə olan məlumata görə, Ermənistanda daimi yaşayanların sayı 3 mln. 262 min 600 nəfərdir. Şəhərlərdə 1 mln. 88 min 500 nəfər yaşayır.


Mübariz Aslanov/AZADİNFORM. Mayın 1-dən etibarən “Azercell”in pre-paid abonentləri üçün yeni pul tarifi sisteminə keçid abonentin xərclərinə nəzarət etməyə imkan verəcək. “Azadinform” xəbər verir ki, bu barədə “Azercell” şirkətinin prezidenti Əli Ağan bu gün keçirdiyi mətbuat konfansında bildirib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda mənzilləri qarət etməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri tutulub.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin evlə təmin olunması üçün sosial ipotekaların verilməsində başqa statuslu təbəqələrin də daxil edilməsi gözləniləndir. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Gənclər və İdman Nazirliyində Gənclərlə İş üzrə İctimai Şura “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanması ilə bağlı müzakirələr aparıb. “Azadinform” xəbər verir ki, müzakirələrdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, proqramın hazırlanması ilə bağlı ölkə prezidenti aprelin 6-da Sərəncam imzalayıb, dövlət orqanları və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

 
Страница 5796 из 5853 << < 5792 5793 5794 5795 5796 5797 5798 5799 5800 > >>
 Лента новостей
16.02.2018
15.02.2018
 Архив
«Фев.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo