Elvin Xəzər/AZADİNFORM. Bu gün Yuri Qaqarinin kosmosa uçuşundan 50 il ötür. Sovet kosmonavtı orbitə uçmuş ilk insan olub. Belə ki, 12 aprel 1961-ci il tarixində Baykonur kosmodromundan “Vostok” (“Şərq”) kosmik gəmisi start götürür və 108 dəqiqə ərzində Yer Kürəsi ətrafında dövr edir.

Günel Əbilova/AZADİNFORM. Serj Sarkisyan İstanbula səfər edəcək. AZADİNFORM Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, səfərin əsas məqsədi gələn ay İstanbulda keçiriləcək BMT–nin 4-cü konfransında iştirak etməkdir.

Mübariz Aslanov/AZADİNFORM. Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Moskvada keçiriləcək. AZADİNFORM xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov verib.

Elvin Xəzər/AZADİNFORM. Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilmiş “Dünya xalqları və müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoq” mövzusunda “Ən Yaxşı Fotoşəkil” müsabiqəsinin nəticələri elan olunub.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində Azərbaycanla Trinidad və Tobaqo Respublikası arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə rəsmi sənəd imzalanıb.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycan Prezident Administrasiyası sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyə başlayır. AZADİNFORM  xəbər verir ki, bu gündən etibarən www.twitter.com/AzerbaijanPA ünvanında Administrasiyanın Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 16.15-dən 16.20-dək və 19.35-dən 19.40-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.35-dək Noyenberyan rayonu Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi, saat 19.35-dən 19.40-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyi mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

İİN-dən AZADİNFORM-a verilən məlumata görə, müvafiq reseptura olmadan istehsal edilmiş 1,5 ton peçenye Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Quba-Xaçmaz bölgəsi çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-70, Kiçik Qafqaz çaylarında 50-70, Naxçıvan MR çaylarında isə 40%-i təşkil edir.
Bu gündən etibarən Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb. AZADİNFORM xəbər verir ki, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) daxilində yaradılan müxtəlifyönlü işçi qruplarının fəaliyyəti davam edir.
Aprelin 20-25-i tarixlərində şagirdlərin yaradıcı işlərindən ibarət konfrans keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) veriblər.
Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Geofiziki Tədqiqatlar Cəmiyyətinin Baş Assambleyasının toplantısı keçirilib.
Uzun illərdir Türkiyədə fəaliyyət göstərən Günel Zeynalova Bakıda verəcəyi növbəti solo konsertinə hazırlaşır.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu həftə Fransaya gedir.
Aprelin 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış dramaturq Əli Əmirlinin M.S.S. – “Mən səni sevirəm” adlı pyesi əsasında eyniadlı iki hissəli lirik komediyasına ictimai baxış keçiriləcək.
Rusiya baş naziri Vladimir Putin 2010-cu ildə 5 milyon 42 min 257 rubl qazanc əldə edib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin sabiq müdiri Azər Hüseynova hökm oxunub.
Əfqanıstan hökuməti bahalı toylara qadağan qoymaq qərarına gəlib. Hökumətin tapşırığı ilə Ədliyyə Nazirliyi yeni qanun layihəsi hazırlayır.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Məmmədvəli Xalıqova hökm oxunub.
 
Страница 5777 из 5780 << < 5773 5774 5775 5776 5777 5778 5779 5780 > >>
 Лента новостей
18.10.2017
17.10.2017
16.10.2017
 Архив
«Окт.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo