Mübariz Aslanov/AZADİNFORM. Hazırda Bakı-Tbilisi-Qars dəmiryol nəqliyyatının yaradılması çərçivəsində Gürcüstandan keçən hissədə bərpa və tikinti işlərinin başlanması ilə əlaqədar Azərbaycan tərəfindən əlavə maliyyələşdirmənin ayrılması məsələsinə baxılır. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Kənd təsərrüfatı ilə bağlı “Kooperasiya haqqında” AR Qanun layihəsi qəbul edilə bilər. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev 14-cü Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına məktub göndərib. Məktubda deyilir:

Atif Eyvazov/AZADİNFORM. Türkiyə Azərbaycan Dərnəyinin (TAD) başçısı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədidir. Diasporla İş üzrə Dövlət Komitəsindən  AZADİNFORM-a verilən məlumata görə, MHP bu qərarı ilə S.Oğanın İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olduğunu nümayiş etdirib.

Hacı Zeynalov/AZADİNFORM. Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amçansızlıqla qətlə yetirən Dahil Tapdıq oğlu Şərifovun məhkəməsi başlayıb. AZADİNFORM xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Dahil Şərifov ifadə verib. Dahil Şərifov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

AZADİNFORM/ Türkiyənin xüsusi xidmət orqanları «Əl-Qaidə» terror şəbəkəsinin yerli qanadı ilə əlaqədə şübhəli bilinən 40 nəfəri həbs edib.

Atif Eyvazov/AZADİNFORM. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov İspaniyanın Bilbao şəhərində səfərdə olub.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Dövlət Gömrük Komitəsinin və özəl şirkət əməkdaşlarından ibarət 11 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə başlayıb.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Minskdə baş vermiş terror aktı ilə əlaqədar Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkoya başsağlığı verib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları gənclər birliklərinin sədrləri üçün treninqlər başlayıb. Partiyadan AZADİNFORM-a bildiriblər ki, treninqlər partiyanın Xətai rayon təşkilatının qərargahında keçirilir.

Elvin Xəzər/AZADİNFORM. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı səfir Roland Kobia Xarici İşlər Nazirliyinə dəvət olunub və Avropa İttifaqının ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş “Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə” dair bəyanatı ilə əlaqədar Azərbaycan Hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın rayon və şəhər təşkilatlarının gənclər birlikləri sədrlərinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, toplantıda çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib.

AZADINFORM/ ABŞ-ın Hərbi-Dəniz Qüvvələri ilk dəfə Amerikanın Kaliforniya ştatının sahillərində lazer topunu sınaqdan keçirib. Bunu “AZADINFORM” Amerikanın "Los-Anceles Tayms" qəzetinə istinadən xəbər verib.

Mübariz Aslanov/AZADİNFORM. “Orta məktəblərin birində şagirdlər arasında insident nəticəsində baş verən ölüm hadisəsində siyasi məqam axtarmağın özü siyasi savadsızlıqdır”. Bu barədə AZADİNFORM-a müsahibəsində millət vəkili Fəzail İbrahimli seçildiyi Cəlilabad rayonunda orta məktəbdə baş verən insidentlə bağlı açıqlama verərəkən belə deyib.

AZADİNFORM/ Ermənistan parlamenti Rusiya hərbi bazasının ölkə ərazisində qalma müddətinin 2046-cı ilə qədər uzadılması haqqında protokolu ratifikasiya edib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın II iclası keçirilib.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün “Bakı” klubunun məşqini izləyib.

Atif Eyvazov/AZADİNFORM. AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru Nəriman Quliyev elm və təhsil sahəsindəki xidmətlərinə görə “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülüb. AMEA-dan AZADİNFORM-a verilən məlumata görə, mükafat aprelin 22-si Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 20 illik yubileyi çərçivəsində keçiriləcək tədbirdə təqdim olunacaq.

AZADİNFORM. London qəzetlərində Britaniya bank sistemindəki islahatların konsepsiyası dərc edilib. Sənəd hökumətin sifarişi ilə tanınmış iqtisadçı Con Vikersin rəhbərliyi altında fəaliyyət göstərən Banklar üzrə Müstəqil Komissiya tərəfindən hazırlanıb.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Bakı Biznes Tədris Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı sayca 4-cü tədbir keçirilib.

 
Страница 5759 из 5765 << < 5755 5756 5757 5758 5759 5760 5761 5762 5763 > >>
 Лента новостей
23.09.2017
22.09.2017
21.09.2017
 Архив
«Сен.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo