Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məcburi köçkünlərə və əlillərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilib.
Bakıda bədbəxt hadisə nəticəsində əcnəbi ölüb. Səbail rayon Prokurorluğundan AZADİNFORM–a verilən məlumata görə, Yeni Zelandiya vətəndaşı, 41 yaşlı Conatan Edvard Səbail rayonu, Əlizadə küçəsi 8 ünvanında kirayədə yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.
Azərbaycan Müəllif Hüquqları Agentliyi maddi-mədəni irsin qorunması və ona qarşı mütəmadi edilən təcavüzlərlə bağlı müxtəlif aksiyalar hazırlayır.
Bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyev və onun başçılıq etdiyi mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
ATƏT, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı çərçivəsində Bakıda mülkiyyət hüquqları ilə bağlı Dəyirmi masa keçirilib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin mart ayı ərzində 2,164,827 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Bu gündən etibarən İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, son dövrlərdə İçəri Şəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) Abşeron yarımadasında televiziya yayım xidmətinin keyfiyyətini yoxlayıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, M.Rəhim küçəsi 535 ünvanında yerləşən fiziki şəxs A.Babayevaya məxsus müəssisədə unlu qənnadı məmulatların istehsalı zamanı standartların tələblərinə riayət olunmasını araşdırıb.
“İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Gənclərin narkomaniya asılılığına qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.
Parisdə imzalanan elmi əməkdaşlıq sazişinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransa Milli Elmi Tədqiqat Mərkəzi (FMETM) dəqiq, təbiət, humanitar və sosial elmlər sahəsində fundamental və tətbiqi tədqiqatları əhatə edən ikitərəfli elmi əməkdaşlıq layihələri müsabiqəsini elan edib.
Aprelin 14-ü Azərbaycan Media Mərkəzində Qadın bələdiyyə üzvlərinin forumu keçiriləcək. Forum “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq.
Cari ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən 34 164 müraciət daxil olub.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Seçici hüquqlarının müdafiəsi və seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihənin icrasına başlayıb.
Fransada ictimai yerlərdə niqab və çarşabı yasaqlayan qanun bu gündən qüvvəyə minib. Qanun 2010-cu ilin oktyabrında prezident Nikola Sarkozinin təşəbbüsü ilə qəbul olunub.
Prezidentin aprelin 8-də imzaladığı Fərmanla əhalinin 85%-dən çoxunun cari il fevralın 01-nə qədər suya olan borcları ləğv edilmiş hesab olunur.
Misirin ictimai prokuroru eks-prezident Hüsni Mübarəki nümayişçilərin ölümləri və qanunsuz pul mənimsəmə ittihamları ilə bağlı dindirmək üçün prokurorluğa çağırıb.
Liviya lideri Müəmmar Qəddafi Afrika Birliyinin təqdim etdiyi “Yol xəritəsi”ni qəbul edib.
Son iki ildə ABŞ özünün Cənubi Qafqazda nüfuzunu bir növ ixtisara salıb.
Bu gün axşam Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Azərbaycan üzrə əlaqələndiricisi Andrey Çupovun Bakıya səfəri başlayır.
 
Страница 5755 из 5756 << < 5751 5752 5753 5754 5755 5756 > >>
 Лента новостей
17.08.2017
15.08.2017
14.08.2017
11.08.2017
 Архив
«Авг.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo